Page 41 - Vahid Rzayev
P. 41

39




                  24.06.2015
                  ***

                  Sevgi, bir də, Məhəbbət!
                  Sevgi ilə, Məhəbbətin arasında olan, İnsan!

                  Sevgi axtarar insan!
                  Sevgiyə qovuşanda, o, Sevginin, Məhəbbətini axtarar, İnsan!

                  Onun, O, Sevginin, Məhəbbətinə də, qovuşar, İnsan!
                  Qovuşduğu, O, Məhəbbətlə - Sevgi arasında, İnsan dönər, yenə də, “Sevgi”- axtarar!

                  Qəribədir, bu İnsan, müəmmadır bu, İnsan!

                  Sevgi sənsənsə, Məhəbbət səninləsə, o, Sevgi ilə, Məhəbbət arasında, “başqa, nələri
                  isə”-  “axtararsa”-  bu,  İnsanlar,  onda,  O,  Sevgi  də,  o,  Məhəbbət  də,  sənin  elə,  öz
                  qarşında, Acizləşir - aciz qalar!
                  O, Sevgi də, O, Məhəbbət də, qorunmasa, olmaz!

                  Qorumasanız, o, nə Sevgi, nə də ki, Məhəbbət, olar!
                  Adı olar, özü solar...

                  Yer  üzündə,  Sevgisizliyin,  Məhəbbətsizliyin,  arasında  qalarsa,  Bəşəriyyət,  onda,
                  bütün Bəşəriyyət, öz aralarında - Acizləşib, Aciz, qalar...
                  26.06.2015

                  ***
                  Sevdasında məhəbbət...

                  Demə ordan, demə burdan, de bu aləmin Sevdasından!
                  Aləmin Sevdası, Yaratdığından, Yarananlardan!

                  Demə sizdən, demə bizdən, de bu Aləmin sevdasından!

                  Bizim sevdamızla, Aləmin sevdası nəyimiş onda?
                  Bizim sevdamız, məhəbbət imiş!

                  Aləmin Sevdası Məhəbbətdən imiş!
                  Bu Aləmin, sevdasına bağlanmışıq!

                  Sevdasından, Məhəbbətinə bağlanmışıq!
                  27.06.2015

                  ***
                  Nə yaxşı ki, yer üzündə bütün canlı varlıqlar, bitki aləmindən qat-qat azdırlar!
   36   37   38   39   40   41   42   43   44   45   46