Page 40 - Vahid Rzayev
P. 40

38




                  22.06.2015
                  ***

                  Həyat...
                  Düşündürücüdür, bu Yer həyatı nədir?

                  Bəs, Həyat nədir?
                  Sözsüz ki, bu deyilən bir bənzətməyə, müqayisəyə, oxşatmağa bənzəyəcək!

                  Bu yer həyatı bir rinqə bənzər!
                  Rinqdəki, tərəf - müqabilin isə, “həyat” olar.

                  O, “həyat”, nə düşmənin, nə rəqibin olar!

                  Bu səninlə üz-üzə olan, Həyat olar!
                  Amma o rinqdə olan, sənsən, tərəf - müqabilin olan, “həyatla”, üz-üzəsən!

                  Bilirsən ki, bu həyat rinqində, laxlamaq olmaz, o rinqdə yıxılmaq olmaz!
                  Bu həyat rinqidir!

                  Bütün, deyilən, səslənən, çığırılan məsləhətlərə, vaxt ölçüsü saniyədir!
                  Bir saniyə ərzində, o saniyədə, eşitdiklərinin hamısını, çox sür'ətlə təhlil edib, nəticə
                  çıxarmalısan,  tərəf  -  müqabilinlə  üz-üzə  durmağı,  bacarmalısan,  onunla  üz-üzə,
                  durmalısan!

                  O, tərəf - müqabilin, düşmən beyil, rəqib deyil, səni məhf edən də, deyil!

                  O, hərdən silkələyib xəbərdar edir, hərdən hazırlayır, amma həmişə pıçıldayır, “səhf
                  etmək olmaz, yıxılmaq olmaz!”.
                  Bu, Həyatdır, hazırlığı pıçıldayar,  məşqçilər pıçıldayar, əhatəndə olanlar pıçıldayar,
                  Yıxılmamağı pıçıldayar!

                  “Rinq”- pıçıldayır, Həyatın özü də pıçıldayır - “səhf etmək olmaz!”.
                  O rinqdə olan, Həyatdır, mənim həyatımdır, bu “həyatda” seçdiyim, özümün seçdilim,
                  özümlə  Həyat  arasında  seçdiyim,  döyüş  üslubumdur.  Amma,  yıxılmağı,  uduzmağı
                  seçmək olmaz!

                  Rinqdəki də, Həyatdır, yer Həyatımdır!
                  Hərdən  tərpədər,  hərdən  xəbərdar  edər,  hazırlayar,  pıçıldayar,  “səhf  etmək  olmaz”-
                  deyib, pıçıldayar, amma məhf etmək, istəməz!

                  Amma, yuxarıda deyilən, bu, Həyatın, tə'rifi, düsturu deyil!

                  Bu, bir bənzətmə, bir oxşatma, bir anoqrammadır!
                  Bu yer həyatı bir seçimdir, nə seçsək, necə seçsək onu yaşayacağıq!

                  Yaşasın Həyat, yaşasın, Həyatdakılar!
   35   36   37   38   39   40   41   42   43   44   45