Page 247 - Vahid Rzayev
P. 247

245




                  Refleks  yaddaşdır.  İmmunitet  bədənin  sabit  fəaliyyətidir.  Öz  bədənimizi  tanımaq
                  istəmədikcə “immunitet” (müqavimət) bizi-bizə tanıdacaqdır.
                  Su və aləm.

                  Planet kütləsi daxilində, nizamlanmış temperatur həddi yoxsa, nəm (nisbi) yoxdur!
                  Nəmişlik (molekulyar) yoxsa, su yoxdur. Su yoxsa bitki örtüyü yoxdur.

                  Ətrafımız soyuq da olsa, isti də olsa nəmişlik əhatəsindədir.

                  Bədən və təbiət istilik və nəmişlik əhatəsindədir.
                  Nədir isti?

                  Böyük partlayışdan yarandı kainat, rənglər, nəmişlik, bir də isti! O, ilkin hala görə
                  nəmişlik və isti mütləq olaraq mütənasibdirlər.
                  Qəribə  deyil,  mütləqdir.  Vücudlar  həyəcanlananda,  kədərlənəndə,  yük  qaldıranda
                  diafraqma  yuxarıya  sıxılacaqdır.  Qidalananda,  bir  də  sevinəndə  diafraqma  (o  ürək,
                  ciyər,  mə'də  arasıdır)  yuxarıya  sıxılmır,  o  da  sevinir,  çünki  daxili  bərabərləşdirmə
                  temperaturuna uyğunlaşır.

                  İnsan düşüncəsi çox güclü tezliyə malikdir. Hər bir insan düşüncəsi fərdi bir zəngdir.
                  Hər biri isə bir səsdir, kainat boyu səslənəcək bir səsdir. Yaxşı düşüncə kainat boyu
                  eşidiləcəkdir.  Hər  ziyankar,  pis  düşüncə  kainata  səslənsə  də,  özümüzə  dönəcəkdir.
                  Nədir kainat, nədir kütlə? İç-içə bizim günəş sistemimiz, onu əhatə edən qalaktika,
                  meqaqalaktika,  zərrələr  qalaktikası,  işıq  qalaktikası  –  budur  ovalda Kainat, buna
                  deyərik, Kainat.

                  Okeanlar, dağlar, dərələr, dənizlər, çaylar, meşələr, çiçəkliklər, buludlar yer üzünün
                  bəzəyidir. Bu gözəlliklər əhatəsində olmaqla yer üzünün ən ali dəyəri bir insan, bir də
                  bəşəriyyətdir!

                  10.01.2016

                  ***

                  Düşüncədən, söz, sözlər...

                  Bütün Bəşəriyyət düşünür, hər düşüncə tezliyi “sözə”, çevrilir.

                  Hər  bir  insan,  ancaq  ona  doğma  olan  dildə  “düşünür”,  ona  doğma  olan  dildə  öz
                  düşüncəsini “sözə”, çevirir.
                  Düşüncə ilə, nəticədə söz isə, bütün Kainat sisteminə səslənir, çünki bütün sözlər, Söz
                  sahibinə ünvanlanır.

                  Əgər  ilkdən  “söz”,  “O”  -  nun  olmasa  idi,  bizim  Azərbaycan  dilimizdəki
                  “çağırışlarımızı”, Eşidəcək, amma ki, bizim dilimizi “başa düşməyəcək?”.
   242   243   244   245   246   247   248   249   250   251   252