Page 244 - Vahid Rzayev
P. 244

242




                  Planetlərin,  Günəş  ətrafında  birgə  hərəkəti,  Oval,  Eksentrik,  Ellipsoid  formasında,
                  tipində deyilmi?
                  Yormayım sizi.

                  Belə misallar nə qədərdir...
                  Bunların hamısı, bir Oval, bir Ellipsoid, bir Eksentrik quruluşuna sığmada deyilmi?

                  Bütün  hallar,  bütün  quruluşlar,  öz  ilkinə,  öz  əvvəlinə,  qayıdan  -  qayıtmada,
                  deyillərmi?

                  09.01.2016

                  ***

                  Kainat, Təbiyyət, Bəşəriyyət

                  Mütləq olan insan...

                  Çox hallar var. Çünki o maraqlı hallar arasında insan var. Onu əhatə edən o təbiət
                  arasında bir qanuna uyğunluqlar var.
                  Çox maraqlı hallar var, o hallar arasında bir mə'na var. İnsan mə'na deyil, mütləqdir!
                  Mütləq olan insanı əhatə edən mə'nalar var.

                  Sabit insan
                  Nədir mə'na, nədir insan, nədir hal? İnsan bədən temperaturuna görə sabitdir (36°C).
                  İnsan qida  ilə  qidalanır.  Qidalar  isə  ya  isti  və  ya  soyuq  temperaturda  olur.  İnsanın
                  sabit  bədən  temperaturu  (36°C).  Qəbul  edəcəyi  qidanın  temperaturu  isə  40-50°C  -
                  dirsə, o qidanı insan mütəmadi olaraq qəbul edir. Mə'də isə bu qida temperaturundan
                  təlatümə  düşmür.  Qidanın  temperaturu  anilikdə  8-10°C  uyğun  nizamlanaraq  mə'də
                  daxilinə çatır. İnsan bədəninə (36 - 36,5°C) görə soyuq su və qida soyuq olsa da, o
                  qida  temperaturu  da  anilikdə  8  -10°C-yə  yüksəldilib  mə'də  üçün  nizamlanır.
                  İnsan soyuq və ya isti su ilə çimərkən o su temperaturunun bədən temperaturundan
                  kəskin  fərqli  olmasına  baxmayaraq,  o  su  temperaturu  da  bədənə  görə  8  -10°C–  yə
                  nizamlanır, bədən təlatümə düşmür.

                  Bədən isti havada (mövsümə görə) yayda 40 - 50°C əhatəsində olmaqla və ya qışda
                  soyuq hava 40  -  50°C  əhatəsində  olmuş  olsa  da,  bədənin  sabit  temperatur  həddi
                  dəyişilmir. Əhatəsində olan isti, soyuq havanı yenə də 8 -10°C həddinə bədən üçün
                  nizamlanır.
                  Çox  soyuq  havada  insan  nəfəs  aldıqca  daxili  üzvləri  soyuqdan  donmur.  Çox  isti
                  havada da o istidən daxili üzvlər təngiyib dayanmır.
                  İstini  də,  soyuğu  da  insan  bədəni  öz  daxili  temperaturuna  uyğun  temperaturlar
                  həddinə nizamlayır.
   239   240   241   242   243   244   245   246   247   248   249