Page 245 - Vahid Rzayev
P. 245
243
Qida mübadiləsi nəticəsində bədən qidadan asılı olaraq temperatur hədlərini
nizamlamaq bacarığında deyil.
İnsan bədəni üç temperatur həddi arasındadır:
1.Onu əhatə edən temperatur həddi;
2.Bədənin öz temperatur həddi;
3.Qəbul etdiyi qidaların temperaturları;
O temperatur həddlərindən əlavə olaraq insanın, canlının, kütlənin daxilində də
“daxili nizamlama temperaturu” vardır.
Təbiət və insan:
Nədir insan, Sabit insan? O, mütləq olan insan? Varlığında daxili temperatur
sabitliyində olan insan?
Onu əhatə edən təbiət də belədir. Soyuq, isti arasında isti öndədir. Onları nizamlama
temperaturu özündədir.
Enerji nədir?
Enerji dediyimiz istinin əvvəli, istinin daşıyıcısı, istinin özündədir.
İsti olmasa, hərəkət yoxdur. İsti olmasa, yaranış yoxdur. İsti olmasa, hallarda
dəyişiklik yoxdur.
Soyuq hava, soyuq hal istinin öz nizamlamasıdır.
Yayda, qışda ağac, daş, torpaq, su öz daxili mütləq temperaturunda olacaqdır.
Səhrada insan, planetin iki qütbündə (elmi ekspedisiyalarda) insan.
Yenə də temperaturlar arsında insan. İnsan mənfi (50 - 60°C) soyuq havada nəfəs
aldıqca daxili üzvlər donmaz. Səhrada insan müsbət (50 - 60°C) istidə nəfəs aldıqca
hərəkət etdikcə bədən daxili nizamlama temperatur həddinə görə bədən temperaturu
dəyişmir, insan aciz olmur.
Nədir səbəb, niyə olmur?
Domna sobası qarşısında, saatlarla dayanan metalluruqun o, yüksək temperatur
həddinə görə, sabit olan bədən temperaturu dəyişilmir. (bu, maddələr mubadiləsi ilə
deyil).
Yayda əkinçi, təsərrüfat işçisi günəş şüaları altında işləyir. Onun sabit bədən
temperaturu dəyişilmir. Bədən yenə də 8-10°C temperatur həcminə nizamlanır.
Bir hala da baxaq:
Stadionda, konsert salonunda insan! Metroda, avtobusda, ailədə insan! İclasda,
tədbirdə insan! Əkində, biçimdə, istehsalatda insan!