Page 138 - Vahid Rzayev
P. 138

136




                  Çünki, Çörək,  heç  vaxt,  öz  sabitlik  həddini,  sabitliyini  dəyişməz,  Qış  vaxtı,
                  qidalananda vücutu üşütməz, Yay vaxtı, vücutda istilik həddini artırmaz!
                  Çörək  -  sabit  olar,  o,  bərabərliyi,  o,  İstiliyi,  Təndir  kimi,  bərabərliyə  bölər,  onu,
                  bərabərlikdə, saxlayar!

                  28.08.2015
                  ***

                  Aləmin, Sevdası..
                  Aləmin Sevdası, sənsən-sən!

                  Sevdanın Aləmi, sizsiz, siz!
                  İki, Aləm arasında olan, bizik, biz!

                  Aləmlərə, o, Sevdanı Bölən, Odur, “O”.

                  29.08.2015
                  ***
                  Karıxmış insan, darıxmış insan

                  İlk insanlar, keçmiş insanlar, (deyilir ki), uzun ömürlü, sağlam həyat sürərdilər!

                  Nə oldu o insana, nə oldu bu insana?
                  O  insan  uzun  ömür  yaşadı,  sağlam  yaşadı,  yer  aləmindən  vidalaşanda,  özü  ilə,  öz
                  yaddaşında, öz xəstəlikləri ilə, qayıtmadı ilkinə!

                  Özündən sonrakılara, xəstəliklər mirası saxlamadı özündən!

                  Sonrakı  tarixi  mərhələlərdə,  tədricən  insanlar  arasında  uzun  ömür,  qıssalmağa  və
                  sür'ərlə başladılar “qocalmağa”.

                  Niyə insanlar sağalmaz xəstəliklərə, sür'ətlə qocalmaya, tez bu həyatla, vidalaşmağa
                  başladılar?
                  Çünki  “insanlar”-  qidalara,  bitkilərə,  ətrafa  “elmi baza”,  deyə-  deyə,  bütün  canlılar
                  aləminə  müdaxilələr  etməyə  başlamaqla,  o  qida,  bitki  aləminin  özü  ilə  olan  təbii
                  yaddaş qədərini, “iflic”- etməyə başladılar!

                  Canlını,  ali  insanı  süni  müdaxilələrlə  daha  ölmüş,  öldürülmüş  hüceyrələrlə,  daha
                  özünü  tanımaq  iqtidarında  olmayan  “qidalarla”,  qidalandırdılar,  geyindirdilər,
                  yatırtdılar!
                  İnsanı iki hissəyə ayırdılar, bir hissəsini arıqlatmağa, bir hissəsini kökəltməyə! Plastik
                  əməliyyat adıyla, xarici körkəmə müdaxilələr təbii, natura halından uzaqlaşdırdılar!
                  Canlı aləm karıx qaldı, özünə baxdı, daha özünü, olduğu kimi, tanımadı!

                  Olduğu  təbii  yaranış,  yaddaş  halından,  məcburi  daxili  və  xarici  halını  “insanın
                  təkmilləşdirmələri” ilə, tanınmaz hala yuvarlandırdılar!
   133   134   135   136   137   138   139   140   141   142   143