Xanəli Kərimli yaradıcılığında rəqəmsallıq

Xanəli Kərimli yaradıcılığında rəqəmsallıq.

  Xanəli Kərimli şeirləri səmadan vəhi şəklində gələn ,durğu işarəsinin belə hesablandığı bir qeyri-adi çağrış və böyük mənanı özündə birləşdirən nəzm nümunəsidir.

  Xanəli Kərimli şeirləri çox mənalı və poetik nöqteyi nəzərdən zəngindir. Şairin şeirlərində olan sətiraltı mənalar, iradlar, küskünlük, həqiqət çalarları, ədalət bərqərarlığı və metofizik gücü hər beytində hətda durğu işarələrində əksini tapır ki, bu da şeirin vəhi həcmli və tutumlu olduğunu sübüt edir. Onun “Tanrı müjdəsi” kitabı buna bariz sübutdur. Kitabın adından başlayan qeyri-adilik son səhifədə qoyulan nöqtəyə qədər olan arealı sirli-sehrili edir.

 Yazdıqlarımızın sübutu, onun bu kitabda nəşr olan bir şeirinin rəqəmsal hesabına nəzər salmağımıza kifayət edir. Kitabın 34-35-ci səhifəsində çap olunan “Dəlisən , dəli…” şeirinin matrik və metrik ölçüsunə baxaq…

DƏLİSƏN, DƏLİ… (hərf və durğu işarələrinin sayi 15 )

Sən Allahdan sağlıq istə, 21

Qalan şeylər bekarədir. 20

Tanrı sənlə olsa əgər, 18

Şeytan-şüytan nə karədir. 21=80 (sözlərin sayı 15, 5 durğu işarəsi.)

 

Cah-cəlalın cəlalı çox, 19

Fərəhindən məlalı çox,19

Başağrısı, qey-qalı çox,…18

Axırı da bez xarədir. 17= 74 (sözlərin sayı 15, 10 durğu işarəsi)

 

Var içində varsan özün,19

İçindədir odun, közün,18

Bu dünyaya yoxsa sözün,…18

Qələm, kağız nə çarədir. 19= 74 (sözlərin sayı 15, 8 durğu işarəsi)

 

Çox axtardım öz-özümü,18

Axırda tapdım sözümü.18

Məh haqq bildim haqq dözümü,23

Haqdan qeyri-əfsanədir. 20=79 (sözlərin sayı 15, 6 durğu işarəsi)

 

Halallıqdan halal yaxşı,21

Hərənin var öz baxışı.18

Şeir yazdım -yaz yağışı,19

Hər damlası dürdanədir. 20=78 (sözlərin sayı 14 və 1 də özü 15. Çünki novbəti beytdə şairin adı gəlir, 5 durğu işarəsi)

 

Xanəli, dəlisən, dəli!..17

Kürəyində haqqın əli.18

Bir şeirinin əssə yeli,19

Yer də, Göy də viranədir!.. 19=71 (sözlərin sayı 15, 11 durğu işarəsi)

 

Rəqəmlər həyatda mühüm rol oynayır və hətta taleyi də göstərə bilər. Rəqəmlərin təsiri numerologiya ilə öyrənilir.Bəs şeirdə olan 15 rəqəminin sirrıı nədir?

1 rəqəmi və 5 rəqəmi

1. 1-rəqəmi… Bu rəqəm liderlik, cəsarətli qərarlar və böyük məsuliyyət götürməyə hazır olmaq deməkdir. Bu rəqəmi iradəli və qətiyyətli, özünə kifayət qədər nümunə olacaq yöndən təsdiq edir-vahid, tək mənasını daşıyır.

2. 5-rəqəmi Beş ehtiras, çox yönlülük və macəraçılığın simvoludur. Bu hissi və üsyankar impulslari hiss etdirir. Və cansıxıcı həyat onu darıxmağa sövq edir.

3. 51 durğu işarəsindən istifadə edilmişdir ki, onun 45 işarə- 6 sı XANƏLİ adındadır…

4. Şeirdə həriflərin sayı ( 80+74+74+79+78+71=456= 4+5+6 = 15,… Yenə 1 və 5 rəqəmlərinin kompanentidir.)

Xanəli Kərimli şeirləri xalq tərəfindən ona görə sevilir ku, onun qələmindən çıxan hər bir durğu işarəsi xalqın dünəni, bu günu və sabahından xəbər verir.

Kitabda şeir 34 və 35 şəhifələrdə çap olunub ki, bu da yenə də 15 dir, 1 və 5 rəqəmləri . (3+4+3+5= 15)

Şairin tək bir şeiri üzərində apardığımız bu araşdırmanı onun çox şeirlərində də aparmaq olar ki, bu da Xanəli Kərimli yaradıcılığının fərqli bir yaradıcılıq yolu olduğundan xəbər verir.

Çingiz Süleymanov. İqtisadçı.

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir