Professor Fuad Həsən oglu Vəliyev barədə

Vəliyev Fuad Həsən oğlu Texnika elmləri doktoru, professor, Beynəlxalq Eko-Energetika Akademiyasının həqiqi üzvü. 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Neft və Kimya institutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1985-ci ildən Azərbaycan Dövlət Neft Akademiyasının Nəzəri mexanika kafedrasının professorudur. 1993-94, 1996-97-ci illərdə Türkiyyə univeritetlərində dərs demiş, 1992, 2002-ci illərdə ABŞ-ın elmi mərkəzlərində və universitetlərində elm və tədris proqramları üzrə dəvətli […]

Fikrət Rzayevi vəfatının il dönümündə yad edək.

Fikrət Rzayevi vəfatının il dönümündə yad edək.     Bu gün – 28 fevral günü mərhum mühəndis – kosturuktor, dünya dilçilik elminə önəmli tövhələr verən Fikrət Həsən oğlu Rzayevin (16.08.1936-28.02.2013)vəfatının birinci il dönümüdür.      Fikrət müəllim həm də “AqRa” EİDİB – in yaradılmasının ideya rəhbərlərindən biri idi və birliyimizin Fəxri üzvüdür.     “AqRa” EİDİB olaraq bu günədək onun dilçiliyə aid […]

Sedaqet Musayeva

Sədaqət Musayeva artiq uzun illərdir Azərbaycan Dillər Universitetinidə baş müəllim vəzifəsində calişir. O, gənclərin  yüksək səviyyəli təhsiliylə yanaşı vətənpərvəlik, mənəvi-əxlaqi tərbiyə və hər sahədəki isdedadlarının formalaşmasına böyük qayği göstərilən ADU-nin ictimai həyatındakı könüllü fəaliyyəti ilə özünə xüsüsi  hörmət qazanmışdır.  Onun tələbə gənclərə sağlam ailənin cəmiyyətin formalaşmasındakı rolunu və sağlam həyat tərzini təbliğ edən “Sağlam fərdlər –Sağlam ailənin təməlidir’’  və “Sağlam […]

Naxçıvanda yaşayıb yaradan ustad tarzən

Musiqi dünyamız O, tarı sinəsinə sıxıb, başını tarın küpü üzərinə qoyub çalırdı. Barmaqları elə bil pərdələr üzərində uçur, tar sanki dil açıb danışır, oxuyurdu… Bu məftunedici çalğı orijinal, bənzərsiz bir ifa idi. Tar və muğam bir-birinə qovuşmuşdu. Musiqinin ehtizazından xoş həyəcan keçirirdim,”könlümün məhbubu” Vətənin milli musiqi aləti tar oxuyurdu… Onun ifa etdiyi Cahangir Cahangirovun “Ana”, “Ana yurdum”, “Dan ulduzu, bir […]

Naxçıvan bölgəsində duzla bağlı folklor nümunələri və onların şərhi

Qədim Naxçıvanın ən möcüzəli yerlərindən bir olan Duzdağın hər bir qarışında, dağında, daşında tarixin izləri vardır. Bu yer haqqında xeyli elmi və publisistik məqalələr yazılsa da, duzla bağlı Naxçıvan folklor nümunələrinin toplanması, araşdırılması həm folklorşünaslığımız üçün dəyərli mənbə olub, onu zənginləşdirər,  həm də  bu tarixi yerin öyrənilməsinə və ümumiyyətlə isə Naxçıvan diyarının daha geniş və ətraflı öyrənilməsinə bir kömək olar. […]

Duz barədə inanclar və deyimlər

Deyirlər:” Dünyanı gözəllik xilas edəcək”. Mən isə deyərdim dünyanı söz yaşadacaq. Elə söz ki, əsrlər-qərinələr keçsə də, o söz heç vaxt solmayaq, təravətini itirməyəcək. Tarixdə olan ən möhtəşəm qalalar, abidələr də zaman keçdikcə tədricən zədələnir, öz ilkin görkəmini dəyişir. Amma söz qalası heç vaxt dağılmır, uçulmur, zədələnmir. Tarixin səhifələri çevrildikcə, sözün nuru daha da artır, işığı daha da çoxalır. Ulu […]

Söz ucalığı

  …Tarix yalnız dərsliklərdə olanlar deyil, həm də söylənilənlər və    xatırlananlardır…   …Unutmayaq ki, ağız ədəbiyyatımız xalq taleyinin əks – sədasıdır,   peşəkar ədəbiyyatımızın ilkinliyi, köküdür!… … Əsrlərin sərt sınağından keçib gəlmiş ağız ədəbiyyatımız xalq taleyinin əks – sədasıdır, peşəkar ədəbiyyatımızın, ilkinliyi,köküdür. Bu qiymətli kökə hər qayıdış yenidən özünə qayıtmadır, xalqın öz gücünü, bədii duhasını yenidən kəşf etməsidir.  …Yaşı […]

Səxavət Məmmədov – 60 Ömür sürməli dövrandı ( Səxavət Məmmədovun xatirəsinə )

Onun – o, nakam taleli xanəndənin yanıqlı səsini ilk dəfə 10 yaşımda bir yay səhəri dinləmişdim. Və elə o vaxtdan da bu səs məni ovsunlayaraq, sözlər və səslər aləminin sehrinə bənd etmişdi. Elə bənd etmişdi ki, o hadisədən sonra Səxavətin yanıqlı səsini eşitməyəndə qəribsəyir, yeknəsək bir dünyanın sakininə çevrilirdim… 1982- ci ilin iyul ayı idi. Saatlarla futbol oynayıb, necə yorulmuşdumsa, […]

(Görkəmli ziyalı Elman Əliyevin nurlu xatirəsinə)

NURGƏZDİRƏN Gəzdirərdi sonsuz ümman nurunu, İslam ocağından ürfan nurunu. Yanbayan gəzdikcə möcüzələrlə, Əcəmidən Nəqşi-cahan nurunu. Nuhun sorağında Gəmiqayadan, İlkdən gələn ağır karvan nurunu. Əxz edib “Mağara qardaşları” tək “Əshabi-Kəhf” içrə asman nurunu. Nəsrəddin Tusidən dərs ala-ala, Ayrılmaz elm ilə iyman nurunu. “Fatehlər divanı”n qurduqca bir-bir, Tacdan uca duran sultan nurunu. Tuğ qaldırıb daim yalana qarşı, Həqiqət önündə vicdan nurunu. Təbriz […]

1990-cı il 20 yanvar hadisələri haqqında bəzi xatirələrim

Ermənilər tərəfindən zaman-zaman xalqımzın başına açılan faciələri heç zaman, heç kəs unutmamalıdır. Ona görə də bu hadisələri olduğu kimi yazmaq, xalqa çatdırmaq alimin, ziyalının, hər bir azərbaycanlının müqəddəs vəzifəsidir, müqəddəs borcudur. Qoy o günlər, başımıza gələn faciələr heç vaxt yaddan çıxmasın. 20 yanvar 1990-cı il faciəsindən 8 il keçir. Bu münasibətlə keçırilən yığıncaqlarda, televiziya, radio verilişlərində çıxış edənlər öz xatirələrindən, […]

1 22 23 24 25 26 29