Bütöv yurdun duası gərək
Redaktor: Vəli QARAXAN,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair
Tofiq Qəbul 1957-ci ildə anadan olmuşdur. O, 1979-cu ildə Naxçıvan Dövlət Pedoqoji İnstitutunu bitirib. Dil və ədəbiyyat müəllimidir. Şair 80-ci illərdən respublika mətbuatında və yerli mətbuatda maraqlı bədii nümunələri ilə çıxış edir. Onun “Döndün qövsi-qüzehə” adlı ilk şeir və hekayələr kitabı 2005-ci ildə “Məktəb” nəşriyyatında, “Nuhçıxan Naxçıvan” (2006), “Köksüm altında söz döyünür” (2008), “Qarabağdır Azərbaycan” (2010) və “Son sevgi məktubum” (2012), “Ömür boyda zaman” (2016), “Şeir özü çınqıdır” (2018), “Yer kürəmiz qatarımız” (2020) şeir və hekayələr kitabları isə “Əcəmi” nəşriyyatında çapdan çıxmışdır. “Bütöv yurdun duası gərək” şeir kitabı şairin oxucularla doqquzuncu görüşüdür.
Tofiq Qəbul 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Tofiq Qəbul. Bütöv Yurdun duası gərək (şeirlər). Naxçıvan: “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi, 2026, 120 s. Naxçıvan ədəbi mühitində yazıb-yaradan qələm sahiblərindən biri də şair Tofiq Qəbuldur. İndiyə kimi 8 şeir kitabı işıq üzü görən şair bu dəfə “Bütöv yurdun duası gərək” adlı növbəti kitabı ilə oxucuların görüşünə gəlib. Kitabda şairin son bir neçə ildə qələmə aldığı şeirləri, 1 poeması, müxtəlif düşüncələri, eyni zamanda, bir bənddən ibarət olan ədəbi nümunələri və bayatıları toplanmışdır.






