Prof. Rüfət Lətif oğlu Hüseynzadə – 75 İL.
Rüfət Lətif oğlu Hüseynzadə 1951-ci il mayın 4-də Naxçıvan şəhərində müəllim ailəsində dünyaya gəlmişdir.
Keçən əsrin ziyalı nəslinə mənsub olan atası Lətif Hüseynzadə Naxçıvanda əvvəlcə məktəb və mədrəsə təhsili görmüş, sonra yeni tipli, “Rüşdiyyə” məktəbində dövrünün böyük şəxsiyyətlərindən dərslər almışdır. Belə ki, L.Hüseynzadə türk dilini Türkiyədə təhsil almış Hüseyn Caviddən, ərəb və fars dillərini H.Cavidin Tehranda təhsil almış qardaşı Şeyx Məhəmməd Rasizadədən, rus dilini isə Qori Müəllimlər Seminariyasının məzunu olan H.Cavidin kiçik qardaşı Əlirzadan öyrənmişdir. Lətif Hüseynzadə 2008-ci ildə 106 yaşında dünyasını dəyişmişdir.
Rüfət Hüseynzadə atası haqqında xatirələrində qeyd edir ki, ailədə Hüseyn Cavid türkcə, Şeyx Məhəmməd Rasizadə ərəbcə, Əlirza isə rusca kəlmələr işlədərmiş. Anaları isə onlara həmişə: “Balalarım, ananızın dilində danışın”, — deyərmiş. Bu ailə ilə yaxından tanış olan Cəlil Məmmədquluzadənin məşhur “Anamın kitabı” əsəri məhz bu mühitin timsalında yazıldığı bildirilir.
Lətif Hüseynzadə daha sonra Bakıda, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alarkən Abdulla Şaiq, Bəkir Çobanzadə və Tağı Şahbazi Simurq kimi simalarla yanaşı, Rusiyadan dəvət olunmuş B.B.Komarovski, M.Makovelski, A.Marr və Seredinski kimi görkəmli alimlərdən dərs almışdır. O, eyni zamanda Mikayıl Müşfiqlə tələbə yoldaşı, Əhməd Cavadla isə yaxın dost olmuşdur.
Ədəbiyyatşünas alim, dosent, Əməkdar müəllim Lətif Hüseynzadə xalq maarifinin inkişafında və gənc nəslin tərbiyəsində təqdirəlayiq xidmətlər göstərmişdir. Onun çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev: “Lətif müəllim özü canlı tarixdir” — deyərək onu dövlətimizin ən ali mükafatı — “İstiqlal” ordeni ilə təltif etmişdir. Alimin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması onun elmi və pedaqoji irsinə verilən böyük dəyərin göstəricisidir.
R.L. Hüseynzadənin şərəfli elmi-pedaqoji fəaliyyəti dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 dekabr 2009-cu il tarixli sərəncamı ilə ona “Əməkdar müəllim” fəxri adı verilmiş, 2025-ci ildə isə ADPU-nun “100 illik fəxri nişanı” ilə təltif edilmişdir.
2016-cı ildə Azərbaycan Müəllimlər İnstitutu ADPU-ya birləşdirildikdən sonra o, fəaliyyətini universitetin Pedaqogika kafedrasının professoru kimi davam etdirmişdir. Qeyd etmək yerinə düşər ki, professorun eyni müəssisədə (müxtəlif illərdəki ad dəyişikliklərini nəzərə alsaq) fasiləsiz əmək fəaliyyəti yarım əsrdən çox bir dövrü əhatə edir. Bu göstərici ilə Rüfət Hüseynzadəni ADPU-nun ən təcrübəli və stajlı pedaqoqlarından biri hesab etmək olar.
Professor həm də tələbələrin böyük rəğbətini qazanmış bir müəllimdir. Onun mühazirələri çox maraqlı və məzmunlu keçir. Dərslərində kompüter texnikasından, slaydlardan geniş istifadə edilir. O, daim tələbələrin qayğısına qalır, onları elmi-yaradıcılıq işlərinə həvəsləndirir, bədii-yaradıcılıq işlərinə, mütaliə ilə məşğul olmağa ruhlandırır. Buna görə də Rüfət müəllimin tələbələri daim müvəffəq qiymətlər alır, yüksək təhsil nəticələri əldə edirlər.
Prof. R.L.Hüseynzadənin əsas tədqiqat sahəsi qədim və orta əsrlər dövründə Azərbaycanda tərbiyə, təhsil və pedaqoji fikir tarixinin öyrənilməsidir ki, bu sahədə bir çox dəyərli əsərlərin müəllifidir.
Onun 20-dən artıq monoqrafiyası, kitab, dərslik, dərs vəsaiti, metodik vəsaiti, 20-dən çox fənn proqramı və 300-dən artıq pedaqoji elmin nəzəriyyə və tarixinə dair elmi əsərləri Respublikamızda, Türkiyədə, Rusiyada nəşr edilmiş bir çox beynəlxalq və respublika konfranslarının, simpoziumların iştirakçısı, bölmə rəhbəri və məruzəçisi olmuşdur.
4 may 2026-cı il tarixində ADPU -nun II tədris binasında Universitet rektorluğunun rəhbərliyi, təşəbbüsü və yüksək təşkilatçılığı ilə Tarix coğrafiya fakültəsinin və Ümumi Pedaqogika kafedrasının birgə fəaliyyəti ilə Prof. Rüfət Lətif oğlu Hüseynzadənin 75 illik yubileyinə həsr edilmiş təntənəli yubiley tədbiri keçirilmişdir. Tədbirin təşkili və keçirilməsində Ümumi pedaqogika kafedrasının xüsusi fəallığı və təşəbbüskarlığı təqdirə layiqdir.
Tədbirdə ADPU-nun rektoru prof. Cəfər Cəfərovun təbriki diqqətlə dinlənildi və alqışlandı. Tədbirdə Tarix və coğrafiya fakültəsinin dekanı dos.Asif Axundov yubilyar haqqında geniş məruzə etmişdir. Sonra ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, Tədris işləri üzrə prorektoru dos. Eldar Aslanov, ADPU-nun Həmkarlar İttifaqının sədri dos. Vaqif Əliyev, Ümumi pedaqogika kafedrasının müdiri, Fəridə Xudiyeva, Magistratura və doktorantura şöbəsinin müdiri Rəşad Sadıqov, Universitet YAP – nın sədri Sultanəli Qurbanov çıxış etmiş, yubilyarın ünvanına xoş sözlər demiş və yubilyarı Universitet Rektorluğunun və Həmkarlar İttifaqının “Fəxri Fərman”ı ilə təltif etmişlər.
Yubiley tədbirində ADPU rəhbərliyi və professor-müəllim heyəti ilə yanaşı, ölkənin nüfuzlu universitetlərindən və ictimai təşkilatlarından çoxsaylı qonaqlar iştirak etmişdir. Tədbirdə BDU-nun kafedra müdiri, prof. Ləzifə Qasımova, ADU-nun Pedaqogika kafedrasının müdiri, dos. İranə Məmmədli, Psixologiya kafedrasının müdiri, dos. Əzim Əliyev, Yasamal rayon təşkilatının Qadınlar Şurasının sədri və “Carçı” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva, “AQRA” Elmin İnkişafına Dəstək Fondunun sədri Mirələkbər Seyidov, ADPU-nun YAP- nın Sədri Sultanəli Qurbanov, ADPU–nun Məktəbəqədər təhsil kafedrtasının müdiri, professor, Müseyib İlyasov, Ümumi pedaqogika kafedrasının professoru İramin İsayev, dosenti, Əməkdar Müəllim Heydər Cəfərov, dos Sahilə Orucova, dos. Kəmalə Quliyeva, dos. Şiruyə Azadəliyeva, dos. Emilya Hüseynova, b/m. Fəridə Hüseynova, Məktəbəqədər təhsil fakültəsinin dekanı, Əməkdar Müəllim, professor Şəhla Əliyeva, İbtidai təhsil fakültəsinin dekanı, professor Qızxanım Qəhrəmanova, elmlər doktorluğu üzrə dissertant Məhbubə Məmmədova, Tarix muzeyinin elmi işçisi dos. Həbibə Əliyeva, doktorantlar Xəyalə Ramazanova, Gamze Yücel və başqaları çıxış edərək yubilyarı təbrik etmişlər.
Professor Rüfət Hüseynzadənin zəngin pedaqoji fəaliyyəti təkcə auditoriya mühazirələri ilə məhdudlaşmır; o, həm də çoxşaxəli elmi yaradıcılığı, fundamental dərslikləri və milli maarifçilik tariximizə işıq tutan araşdırmaları ilə Azərbaycan pedaqogika elminin inkişafında yeni bir mərhələ açmışdır.
Alim, ali məktəb tələbələri üçün fundamental dərsliklərin müəllifidir. Onun iki cildlik “Pedaqogika” (2013) dərsliyi, həmçinin bakalavr səviyyəsi üçün hazırladığı eyniadlı nəşrlər (2022) pedaqoji kadr hazırlığında əsas mənbələrdən sayılır. Bununla yanaşı, o, rusdilli tələbələr üçün də “Педагогика” (2015) dərsliyini hazırlayaraq elmi bazanı genişləndirmişdir. “Ailə pedaqogikası” (2016) və “Tərbiyə işi və onun metodikası” (2012) kimi vəsaitləri isə tərbiyə prosesinin nəzəri və praktiki tərəflərini elmi şəkildə izah edir.
R.L. Hüseynzadənin yaradıcılığında milli təhsil tariximizin tədqiqi xüsusi yer tutur. Onun “Azərbaycan məktəb və pedaqoji fikir tarixi” (2021) və “Şərqdə məktəb və pedaqoji fikir” (2026) kimi əsərləri bu sahədəki boşluqları doldurur. Xüsusilə, “Qədim və erkən orta əsrlərdə Azərbaycanda tərbiyə, təhsil və pedaqoji fikir” monoqrafiyası tarixi irsimizin dərindən öyrənilməsi baxımından əvəzsizdir. Alim həmçinin Məhəmməd Tağı Sidqi, M.Ə. Sabir və Zaqafqaziya Müəllimlər Seminariyasının məzunları haqqında yazdığı məqalələrlə maarifçilik tariximizi yeni məlumatlarla zənginləşdirmişdir.
Professor müəllim hazırlığının modernləşdirilməsi və pedaqoji prosesin təşkili sahəsində silsilə metodik əsərlər ərsəyə gətirmişdir. “Pedaqoji prosesdə situasiyalar, metodlar, öyüd və nəsihətlərdən istifadə” (2022) adlı 532 səhifəlik fundamental vəsaiti, habelə “Yer üzünün ən şərəfli peşəsi – müəllimlik” (2026) kitabı müəllimlər üçün praktiki rəhbər rolunu oynayır. Onun Türkiyədə işıq üzü görmüş “Sevə bilmək” (2026) və “Öğretmen-öğrenci ilişkileri” (1998) əsərləri pedaqoji münasibətlərin humanitar və psixoloji tərəflərini ön plana çıxarır.
R.L. Hüseynzadə təhsilin həm bakalavr, həm də magistratura pillələri üçün 15-dən çox fənn proqramının müəllifidir. Bura “Ali məktəb pedaqogikası”, “Sosial işdə tədqiqat metodları”, “Pedaqogikanın tarixi və metodologiyası” kimi müasir dövrün tələblərinə cavab verən proqramlar daxildir.
Alimin müxtəlif illərdə nüfuzlu jurnallarda dərc olunmuş məqalələri Heydər Əliyev fenomenindən tutmuş, distant təhsilin imkanlarına qədər geniş bir spektri əhatə edir. O, “Oğuznamələr”in pedaqoji əhəmiyyətini, Mövlana Cəlaləddin Rumi və Bəktaşiliyin mənəviyyat dünyasını tədqiq etməklə pedaqogikanı milli-mənəvi dəyərlərlə vəhdətdə təqdim etmişdir.
Göründüyü kimi, Professor Rüfət Hüseynzadənin yaradıcılığı təkcə keçmişin öyrənilməsinə deyil, həm də gələcəyin müəllim kadrlarının ən müasir standartlar səviyyəsində hazırlanmasına xidmət edir.
Prof. Rüfət Hüseynzadənin 75 illik yubileyini təbrik edir, ona cansalığı və işlərində uğurlar arzulayırıq.
Prof. R.L.Hüseynzadənin çap olunmuş əsərlərindən bəzi nümunələr aşağıdakılardır:
MONOQRAFİYALAR, DƏRSLİK, DƏRS VƏSAİTİ, METODİK VƏSAİT VƏ KİTABLAR
1. Yer üzünün ən şərəfli peşəsi – müəllimlik. Metodik vəsait. Bakı, Müəllim 2026.
2. Pedaqogika. Dərslik. 2 cilddə Bakı: Mütərcim, 2013.
3. Pedaqogika. Ali məktəb tələbələri üçün dərslik Bakalavr səviyyəsi, Bakı, Mütərcim, 2022
4. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakalavr təhsil səviyyəsi. Dərs vəsaiti Bakı: ADPU, 2021
5. Pedaqoji təcrübə.Metodik kitab. Bakı: Elm və təhsil, 2021
6. Pedaqoji prosesdə situasiyalar, metodlar, öyüd və nəsihətlərdən istifadə. Metodik vəsait. Bakı: Müəllim,- 2022. -532 s.
7. Sevə bilmək. Metodik vəsait. Ankara Türkiyə, 2026
8. Ögretmen-ögrenci ilişkileri.(Monoqrafiya) Türkiye, Adana, 1998
9. Məhəmməd Tağı Sidqi dilimiz və məktəbimiz haqqında. Bakı: Müəllim, 2005.
5. Qədim və erkən orta əsrlərdə Azərbaycanda tərbiyə, təhsil və pedaqoji fikir. (Monoqrafiya), Bakı: Nurlar, nəşriyyatı, 2007.
8. Magistr dissertasiyası.(Metodik vəsait). Bakı, Nurlar, 2009.
9. Tərbiyə işi və onun metodikası. (Dərs vəsaiti) Bakı: ADPU. 2012 .
10. Pedaqogika. Dərslik. 2 cilddə. Bakı: Mütərcim, 2013.
11. Məktəbdə pedaqoji prosesin təşkili. (Metodik vəsait). Bakı: Aktiv, 2013.
12. Педагогика. Учебник. Баку: АГПУ, 2015.
14. Tərbiyə: Hüquqi normativ əsaslar. (Dərs vəsaiti) Bakı: BDU, 2015 və
2022
15. Ailə pedaqogikası. Dərslik. Bakı: ADPU, 2016 .
16. “Müəllim hazırlığının aktual problemləri və modernləşdirilməsi”. Bakı:
Mütərcim, 2015
17. Şərqdə məktəb və pedaqoji fikir. Dərs vəsaiti. Bakı: Müəllim, 2026.
PROQRAMLAR
1. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı, ADPU,2010.
2. Tərbiyə işinin metodikası. Bakı, 2010.
3. Pedaqogika elminin tarixi və metodologiyası(Təhsilin magistratura pilləsi üçün). Bakı, ADPU, 2010
4. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. (Təhsilin Bakalavr səviyyəsi üçün Proqram) Bakı: ADPU, 2010
5. Pedaqogika. (Təhsilin Bakalavr səviyyəsi üçün Proqram) Bakı: ADPU, 2010
6. Ali məktəb pedaqogikası. Magistr təhsili üçün Proqram Bakı, Avrasiya 2017
7. Azərbaycan Təhsil Tarixi. Bakalavr təhsil səviyyəsi üçün proqram. Bakı: ADPU , 2015
8. Tərbiyə prosesinin hüquqi-normativ əsasları. Magistr hazırlığı üçün Proqram. ADPU, 2015
9. Pedaqogika tarixi. Bakalavr təhsil səviyyəsi üçün proqram. Bakı: ADPU , 2010
10. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakalavr təhsil səviyyəsi üçün proqram. Bakı: ADPU, 2010
11. “Təşkilat üçün praktik tətbiqlər və ərazi siyasətinin idarə edilməsi” magistr təhsil səviyyəsi üçün. Bakı 2021
12. “Sosial işdə tədqiqat metodları” – magistr təhsil səviyyəsi üçün. Bakı, 2021
13. Sosial pedaqogika – Bakalavr təhsil səviyyəsi üçün. Bakı, 2022
14. ”Tədqiqatlar, kommunikasiya, və innovasiya” – Magistratura təhsil səviyyəsi. Bakı, 2022
15. “Pedaqogikanın tarixi və metodologiyası”. PROQRAM Magistratura təhsil səviyyəsi üçün. Sahilə Orucova ilə birlikdə Bakı ADPU, 2021.
16. Sosial işin nəzəriyyəsi və təcrübəsi. Bakalavr səviyyəsi üçün fənn proqramı. Bakı:ADPU, 2026
Məqalələr
1. Oğuznamələr və onların pedaqoji əhəmiyyəti . AMİ-nin Xəbərləri.2007, № 4
2. Mövlana Cəlaləddin Rumi və Mövləvilikdə mənəviyyat aləmi. Bakı Slavyan Universiteti “Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. 2008, № 1.
3. Məhəmməd Tağı Sidqinin yeni Əlyazmaları və pedaqoji fikirləri.Azərbaycan Müəllimlər İnstitutunun Xəbərlər”i, 2009, № 2.
4. Yaşlıların təhsilində məktəb və pedaqoji fikir tarixi irsindən istifadə. Bakı Slavyan Universiteti. “Humanitar elmlərin öyrənilməsinin aktual problemləri”. jurn. 2009, № 3
5. Zaqafqaziya Müəllimlər Seminariyasının naxçıvanlı məzunları. Azərbaycan məktəbi 2010 № 1.
6. Bektaşilik və Bektaşilikdə mənəviyyat. Bakı Dövlət Universiteti. Dil və ədəbiyyat. Seriyası. Beyəlxalq Elmi –nəzəri jurnal. Bakı, 2010, № .3 (74).
7. Bakı milyonçusu, maarifpərvər xeyriyyəçi H.Z.Tağıyevin Sultana hədiyyəsi. Azərbaycan məktəbi, 2011, № 3
8. M.Ə. Sabirin pedaqoji görüşləri. Azərbaycan dili və ədəbiyyat tədrisi 2011, № 3
9. Gənclərimizin mənəvi tərbiyəsində Heydər Əliyev fenomeni. Bakı Avrasiya Universiteti.Heydər Əliyev və gənclər siyasəti. Heydər Əliyev 90 illik yubileyinə həsr olunmuş respublika Elmi Praktik Konfransı. Bakı, 3 may 2013
10. Heydər Əliyev nəzəri irsində müəllim şəxsiyyəti. “Azərbaycan məktəbi” 2013 № 2.
11. Возможности дистанционного обучения в учебном процессе. Язык и литература . БГУ Баку, 2014, № 2
12. Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət strategiyası” və səriştəli müəllim kadrları hazırlığı problemi. AMİ. XƏBƏRLƏR. 2014, № 2.
13. Təhsil strategiyası Heydər Əliyev ideyalarının məntiqi davamı kimi. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92–ci ildönümünə həsr olunmuş Azərbaycanşünaslığın aktual problemləri. VI beynəlxalq elmi konfransın proqramı. Bakı Slavyan Universiteti 5-7 may 2015.
14. Təhsil- tarixi inkişaf prosesində. Təhsilin beşiyi – Naxçıvan, Gəmiqaya. “Azərbaycanda təhsil quruculuğunun prioritetləri: Müasir yanaşmalar. Beynəlxalq elmi konfrans. ARTPİ, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu. Naxçıvan , 5-6 iyun, 2015.
15. Təhsil tarixi inkişaf prosesində. Məktəbəqədər və ibtidai təhsil. 2015 № 4
16. BDU-nun ilk mətbuat orqanı-“Student-jurnalist” qəzeti. BDU. Sosial Elmlər və psixologiya fakültəsinin 25 illik yubileyinə həsr olunmuş “Çağdaş dövr və sosial elmlərin aktual problemləri” mövzusunda Ümumrespublika elmi-praktik konfransın Materaiallları. 19 dekabr, 2016
17. Görkəmli pedaqoq, həkim və yazıçı – Yanuş Korçak. ADPU. XƏBƏRLƏR. 2017 №1







