Nobel mükafatı alan azərbaycanlı Bəxtiyar Siracov

TƏBRİKLƏR!!!!!
“Niyə Azərbaycandan Nobel mükafatı alan yoxdur!!??” sualını verənlərə cavab:
1. Bəxtiyar SiRAcov var!!..
2. “Nobel mükafatı”nın kökündə – qaynAĞında elə Azərbaycan var!!..
3. İndiki dövrdə Həmin Mükafatı almaq istəyənlərin diqqətinə – Azərbaycan bir NURDUR Kİ!! DÜNYAYA İŞIQ SALIR!!..
4. Həmin Mükafatı almaq istəyənlər “AqRA” EİDİB – nin “FƏXRİ ÜZVÜ” Vahid Rzayev in (22.04.1947 Bakı – 21.09.2018 Bakı)
Kitablarındakı minlərlə ideyalara diqqət etsələr necə Olar!!??
İstəyənlər zəng edə bilərlər +994502100524 whatcApp İH – nin Sədri.
Mirəəkbər Seyidovun bu mövzuya paylaşdığı kiçik şərhi:
 
Nobel müka kafatı alan azərbaycanlı alim Bəxtiyar Siracovun doğum günüdür. 1957-ci il Bakıda ziyalı ailəsində doğulub. 90-cı illərin əvvəllərindən Avstriyada işləməyə başlayıb. Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə (AEBA) işləyən ilk azərbaycanlıdır. O, dünyanın ən nüfuzlu təşkilatlarından birində Azərbaycanı da təmsil edir. Bundan da qürur duyduğunu deyir: “Həmişə vətənə bağlı olmuşam, bura ilə bağlarımı qoparmamışam. Həmişə azərbaycanlı kimi yaşamışam və davranmışam. Hara getsəm də, Azərbaycan ürəyimdədir. Hələ də Azərbaycan vətəndaşıyam, pasportumu saxlamışam”.
2005-ci ildə Norveç Sülh Komitəsinin qərarı ilə Nobel sülh mükafatına layiq görülüb. Nobel mükafatı ona AEBA komandasına uğurlu işlərinə və dünyada sülhün təminatına görə verilmişdi. O, bununla azərbaycanlı alim Lev Landaudan sonra Nobelə layiq görülən ikinci azərbaycanlı kimi tarixə düşüb. Bəxtiyar Siracov elmi işləri ilə yanaşı, mədəni-ictimai fəaliyyətlə də məşğuldur. O, Vyana Beynəlxalq Mərkəzinin nəzdində yaradılmış incəsənət klubunun üzvüdür. Onun təşkilatçılığı və iştirakı ilə 2016-cı ildə Vyanada azərbaycanlı rəssamların sərgiləri keçirilib. Boş vaxtlarında səyahət etməyi və velosiped sürməyi sevir, musiqiyə də böyük marağı var. Bu da təsadüfi deyil, çünki riyaziyyatla yanaşı, musiqi təhsili də var – Bakıda 8 saylı musiqi məktəbini bitirib. Pianoda ifa etməyi bacarır. Bundan başqa, dörd xarici dil bilir.
Evlidir, Eldar və Elşən adlı iki oğlu var. Eldar Vyana Texnologiya Universitetinin məzunudur, şəxsi kompüter şirkəti var və kompüter qrafikası ilə məşğuldur. Kiçik oğlu Elşən İngiltərənin Royal Holluey Universitetində və ABŞ-da ali təhsil alıb. Hazırda Vyanada yaşayır və işləyirlər.
 
Anar Tağıyev
 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir