Yer üzü və insan faktoru

Print Friendly, PDF & Email

Yer üzü və insan faktoru.
Min illərlə planetimiz dağıntılara, faciələrə, bir – birini əvəzləyən sağalmaz xəstəliklərə düçar olub. Bu hallar hələ də davam etmədədir!

I.Etinasızlıqlarımız.
Bu hallar arasında səbəbləri araşdırmaq istədim. Tarixlər, elmlər, müharibələr,
inanclar da bəşəriyyəti birliyə gətirə bilmədi.
   Səbəblər nə idi?

   İnsanların bir – birinə qarşı etinasızlıqları, təşəkkürsüzlüyü, yer üzünə hakimi
– mütləqlik iddiaları! Ətrafa, varlıqlara etinasızlıqların nəticələri idi. İnsanlar arasına düşünülmüş yalan, iftira yaymaq ancaq və ancaq mədə, pul, qanlı zorakılıqlar, elmsizlik, insanı insan qarşısında bir aciz qul qədərinə yendirmək məqsədi daşıyıb. Onların əksinə isə, sağalmaz xəstəliklər, daşqınlar, uğursuzluqlar kainatdan bəşəriyyətə bir cəza kimi göndərildi.
   Bunlar heç də ekologiya, təbiət hadisələri deyildi.
   Bunlar bəşəriyyətə xəbərdarlıqlar idi.

II. Borclu insan.
Əsrlərlə bəşəriyyəti o qədər ictimai davranış, düşüncə, zorakılıqlarla məcburi borclu ediblər ki, insan insanın, kainatın qarşısında təfəkkürü və borcunun nədən ibarət olduğunu tamamilə unudub. Elə bir mərhələyə can atırıq ki, olan həqiqətləri də unudaq. Hər bir halın “sonsuz qədərində dəyərsiz və mənasızdır” anlayışlarına sürüklənirik. İnsan fərqlərdə yox, FƏRDLƏRDƏDİR. O, daha da yüksəkliklərdədir. Amma ölçü və məsafə meyarına sığmayan insan “mən niyə yaranmışam” sualı ilə üsyana qalxıb.

III. Cahillik və kamillik.
   Cahillik kamillik qarşısında aciz olmalıykən, kamillik cahillik qarşısında aciz olubdur, sanki aradan uzaqlaşıb yox olubdur.
   Bəşər bəşəri dərk etmək istəmir – bu, qəribədir!
   Bəşəriyyət arasından mehribançılıqlar uzaq olubdur – bu, qəribədir!
   Bəşər özünü bəşəriliyinin nədən ibarət olduğunu dərk edə bilmir – bu qəribədir!
   Yer üzündə olan dağıntılar gözü önündədir, görmək istəmir – bu, qəribədir!
   Bəşər bir – biri arasında sülhü görmək istəyir, sülhü görmək istəməyənlər  də var – bu, qəribədir!
   Qitələr dağıntılar arasındadır, sanki yer üzü sürünmədədir, bəşər bu halları dərk edə bilmir – bu, qəribədir!
   Bu dağıntılar – aramsız yağışlar, dözülməz istilər, səfalət, xəstəliklər bəşərə bir əlamətdir, dərk edə bilmir – bu, qəribədir!
   Çünki insanla insan arasında, ətrafdakılara etinasızlıqların, təşəkkürsüzlüyün nəticəsidir – bu isə qəribə deyil!
   Fəsillər də daha insanlarla üz – üzə durmadadır! İndiki mərhələdə (2007 – 2010 – cu illər) bütün tədavül vasitəsi olan pul sayı yerindədir, lakin insanın fəda olmaq istədiyi pul da ondan üz döndərir, o da bir birliyə yığışmır! İnsanlar tədavül vasitəsi olan pul yoxluğunun üsyanına qalxıb! Sanki pul da yer üzündən üz döndərib.
   Bunlar isə ittiham deyil, nəticədir!
   Nə qədər qərarlar, müzakirələr etsələr də, orada bəşəriyyət adına, “rifah və insan varlığı” anlayışı yoxdur, qitələr faciələrə bürəlidir. Bu gediş və davranışlarla yer üzü bir cəhənnəmə dönür, bəşəriyyət sanki “qara varlığı” çağırmaqdadır.

IV. Xilas varmı?
Yer üzü xilas ola bilərmi?
 Olar!
 Təşəkkürlümüdür insan:
   -əynindəki paltarına;
   -yeridiyi küçəsinə;
   -oturduğu stuluna;
   -ayağındakı ayaqqabısına;
   -bugünkü qidasına;
   -öz dostuna;
   -öz ərazisinə;
   -gecəsinə, gündüzünə;
   -yer üzünə…
 …Kainat, mələklər yaranmışlara rəhmlidirlər! Kainatdan müvəqqəti məhdudiyyətlər  məhrumiyyətlər deyil, mərhumiyyətlər isə məhdudiyyətlər deyil, ey bəşəriyyət!

Vahid  Rzayev.

Bu məqalə: 18.06.2013 tarixdə, baxış sayı: 1.213, www.aqra.az saytının Elm kateqoriyasının Fəlsəfə bölməsində dərc edilmişdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.