“Türklər öz millətinə sadiq olsunlar”

Print Friendly, PDF & Email

Məsciddə deyilmiş bu çağırış bütöv bir nəslin məhvinə səbəb olub

yaddaş I

Ölkəmiz müstəqillik əldə etdikdən sonra tarixi keçmişimizin uzun illər bağlı qalmış səhifələrinin açılmasına xüsusi diqqət və qayğı göstərilir. Prezident Heydər Əliyevin bu sahədə imzaladığı fərman və 

sərəncamlar verdiyi tövsiyələr bu işlərin gö- rünməsində əvəzsiz stimula çevrilmiş, son iki yüz ildə Azərbaycan xalqına qarşı aparılmış soyqırım siyasətinin mahiyyətinin açılması və ictimaiyyətə çatdırılmasına böyük təkan vermişdir.

Naxçıvan əhalisi ilə görüşündə 65 il əvvəli xatırlayan, vaxtilə bir yerdə böyüyüb təhsil aldığı Qazıyevlər ailəsini yada salan, yeri gəldikcə həmin ailənin üzviərindən köməyini əsirgəməyən H.ƏIiyev bölgədə çox hörmətli şəxs olan Şeyx Kərim, eləcə də onun övladları Bağır, Bətulə və Zəhra haqqında dediyi sözlər Qazıyevlər ailəsinin bütün üzvlərini təsirləndirmişdir.

Şeyxin nəvəsi, Slavyan Universiteti xarici ədəbiyyat kafedrasının dosenti Tahirə Qazıyeva babasını belə xatırlayır:

– Babam çox əhatəli biliyə malik bir insan olduğundan əhali arasında böyük nüfuzu var imiş. Nənəm danışırdı ki, son vaxtlar Şeyxin siması həmişə tutqun olar, namaz qılandan sonra isə qapalı bir guşəyə çəkilib ağlayırmış. Səbəbini soruşanda deyirmiş ki, millətimin taleyi, ailəmin sonrakı həyatı məni yaman narahat edir. Yalnız bir dəfə evə qayıtmadığı gün o, “Qurani-Kərim” özü ilə götürməmişdir. Bundan sonra həbsxana həyatının məşəqqətli günləri başlayır.

İstintaq materiallarının protokolundan.

Sual:“İstintaqa məlumdur ki, siz əksinqilabi təşkilatın üzvüsünüz. Ona görə də istintaq sizi bu barədə ətraflı ifadə verməyə çağırır.

Cavab:Mən əksinqilabi təşkilatın üzvü deyiləm və belə təşkilatların olması barədə də heç bir məlumatım yoxdur.

Sual:Axı əvvəllər də siz məscidlərdə millətçi təbliğatı aparmısınız. Nə üçün bunu boynunuza almırsınız?

Cavab:Mən bundan heç də imtina etmirəm ki, həmişə fəal təbliğat aparmışam ki, türklər öz millətlərinə sadiq olsunlar.

Sual:Deməli, siz boynunuza alırsınız ki, qatı millətçisiniz və sizin bütün təbliğatmız, fəal işiniz türklərin millətçi ruhunda tərbiyə olunmasına yönəldilmişdir?

Cavab:Bəli, mən bunu təsdiq edirəm, bu işi həm sovetləşməyə qədər, həm də Azərbaycanda sovetləşmədən sonra aparmışam”.

Lakin o zaman elə şərait yaranmışdı ki, istintaqı aparanlar bütün hallarda onlara lazım olan ifadəni almalıydılar. Əks halda, bu, onların özləri üçün acı sonluqla qurtara bilərdi. O bilirdi ki, həmin kameralara düşənlərin geriyə yolları yoxdur.

1937-ci il sentyabrın 2-də Qazıyev Şeyx Kərim üçün də ittihamnamə artıq hazır idi. Həmin ittihamnamədən:

“Naxçıvanın sovetləşməsin dən sonra Bağdadda nəşr olunan irticaçı-əksinqilabi “əl-Elm” qəzetinin redaktoru ilə əlaqəsi olmuşdur. Müntəzəm olaraq buraya Naxçıvan vilayəti barədə məlumatlar göndərmiş, həmin qəzeti almışdır. Əhali arasında müntəzəm olaraq əksinqilabi təbliğat aparmış, onları öz millətinə sadiq olmağa çağırmışdır. Axtarış zamanı evindən iran qəzetləri, təqvim götürülmüş və işə əlavə olunmuşdur”.

1902-ci ildən başläyaraq çar xəfiyyə polisinin gizli agenti olmaqda, 1905-ci ildə xəfiyyə polisinə inqilabi hərəkatda fəal iştirak etmiş şəxslər haqqında məlumat verməkdə, İranın Naxçıvandakı konsulu ilə əlaqədə olmaqda və ona casus xarakterli məlumatlar ötürməkdə, o cümlədən 1930-cü ildə silahlı üsyan zamanı konsulluğa üsyanın rəhbərləri və üsyanı yatırmaq üçün gəlmiş qırmızı ordu hissələrinin vəziyyəti və itkiləri haqqında məlumat verməkdə günahlandırılır.

8.08.1937-ci ildən Naxçıvan həbsxanasında saxlanılır.

67 yaşlı Şeyx Kərim haqda əmlakı müsadirə olunmaqla gül lələnmək hökmü verildi. İlk baxışdan çox qısa və quru görünən sərt qərar bütöv bir ailənin sonrakı taleyini müəyyən etdi. Qərar 1937-ci ilin 29 oktyabrında icra olunmuşdur. Həbsindən sonra onun ailəsinin də faciəli günləri başlanır. Şeyxin həyat yoldaşı Səkinə xanım, oğulları Bağır və Tələt, qızları Bətulə, Zəhra, Rübabə artıq daim qorxu və təhlükə içində yaşayırdılar. Şeyx Kərimin evdən çıxıb getdiyi günün səhəri qapılarında bir yük maşını dayandı və Şeyx Kərimin ailə üzvləri sorğu-sualsız həmin maşına doldurulub dəmir yol vağzalına aparıldı. Oradan da Şimali Qazaxıstanın Taldı- Kurqan vilayətinin Kirov rayonunun hələ insan nəfəsi dəyməmiş yerlərinə sürgün etdilər. Bətulə xanım sürgün həyatını belə xatırlayardı: “Vaqonlarda o qədər adam var idi ki, oturmaq belə mümkün deyildi. Gündə iki-üç dəfə vaqonun qapısını açır, vedrələrdə bir az yemək (əgər onu yemək adlandırmaq olardısa) və su verir, ölənləri və xəstələri isə çıxarıb harasa aparırdılar. Yalnız müəyyən müddət keçəndən sonra yolun əzab-əziyyətlərinə dözməyib ölənlərin hesabına yerimiz genişlənmişdi. Min bir əziyyətdən sonra salamat qalanları tikanlı məftillərlə əhatə olunmuş bir səhrada boşaltdılar”.

Ancaq ailənin iradəsini sındıra bilmədilər. Səkinə xanım övladlarının Şeyxin adına layiq böyüyüb təhsil alması üçün bütün qüvvəsini sərf etdi. Eyni zamanda həyat yoldaşının, ailə üzvlərinin bəraət qazanması üçün də aidiyyəti orqanlara bir-birinin ardınca məktublar göndərməyi və ailəsinə qarşı irəli sürülmüş ittihamlara təzədən baxılmasını xahiş etməyi də unutmadı. 1930-cu illərin minlərlə repressiya qurbanlarına 50-ci illərin ikinci yarısında bəraət verildi. Bəraət alanların siyahısında Şeyx Kərim Qazıyevin də adı var idi. Azərbaycan SSR Ali Sovetinin 30 iyul 1956-ci il tarixi 7- 0/682 N-li arayışından:

“Azərbaycan SSR Ali Məh- kəməsinin Cinayət işləri üzrə Məhkəmə Kollegiyası 26 iyul 1956-cı ildə Qazıyev Şeyx Kərim Molla Tağı oğlunun mühakiməsi üzrə işə təzədən baxmışdır. Azərbaycan SSR XDİK-nın üçlüyüriün Ş.K.Qazıyevə müna- sibətdə 11 sentyabr 1937-ci il tarixli qərarı ləğv edilmiş və ona qarşı irəli sürülmüş ittihamlar sübut olunmadığı üçün bu barə- də işə xitam verilmişdir”.

Şeyx Kərimin övladları da valideynlərinin adını uca tuta bildilər, cəmiyyətdə layiqli mövqe qazandılar, hərəsi öz sahəsində millətinə, ölkəsinə ləyaqətlə xidmət göstərdilər. Şeyx Kərimin oğlu Bağır Qazıyev sonralar Tibb institutunu qurtardı. Azərbaycanın əməkdar həkimi oldu. Respublika Vərəm Dispanserinin baş həkimi vəzifəsinə yüksəldi.

Şeyxin digər oğlu Hacı repressiya illərində İrana, sonra da Türkiyəyə getmişdi. Akar adlı qızı hazırda Almaniyanın Münhen şəhərində yaşayır. Şeyxin qızı Zəhra xanım Tibb İnstitutunu qurtarandan sonra uzun müddəl Bərdədə uşaq həkimi işləyib. Yaxşı işinə görə SSRİ Ali Sovetinə deputat seçilib, 1969-cu ilda əhalinin sağlamlığının qorunması sahəsindəki xidmətlərinə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.

Şeyxin qızı Bətulə xanım 1940-cı ildə ailə həyatı qurmuşdur. Həyat yoldaşı Camal Sultanovun atası Hidayət Sultanov da 1937-ci ildə Şeyx Kərimin aqibətini yaşamışdı, ailə üzvləri isə Qazıyevlərlə birgə sürgün həyata keçirmişlər. Bətulə xanımın qızı Gülsarə ali təhsilli müəllimə olmuş, hazırda təqaüddədir.

Şeyxin ailəsi haqqında ən böyük həqiqəti Heydər Əliyev Naxçıvanda olarkən belə söyləmişdir. “Biz ona sonsuz dərəcədə minnətdarıq. Onun ailəmiz üçün etdiyi yaxşılıqları ömrümüz boyu unuda bilmərik. Bəlkə də o zaman Şeyx Kərimə müraciətlə deyilən Şeyx kəlməsi xalqımız arasında ruhani titulundan daha çox alim sözünün sinonimi kimi işlədilmişdir. Yada salaq ki, tarixdə böyük şairlərimizə, alimlərimizə də Şeyx deyiblər, məgər Şeyx Nizami, Şeyx Füzuli müraciətləri yad daşlarda deyilmi?”

 

NÜŞABƏ

“Paritet”22-24 noyabr 2003-cü il

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − 10 =