Sara xanım Aşurbəylinin “Bakı şəhərinin tarixi” kitabına yazdığı ön söz

Print Friendly, PDF & Email

Müəllifdən

Bu əsər oxucuları Bakının, onun ətrafının tarixi ilə tanış edir. Burada orta əsrlərdə Yaxın Şərqin ən mühüm feodal şəhərlərindən biri , Şirvanın , Bakı xanlığının , nəhayət , Azərbaycan Respublikasının paytaxtı Bakının sosial-iqtisadi, siyasi-tarixi və mədəni həyatı tədqiq olunur.

Kitabda Abşeronda neft çıxarılmasına və neft sənayesinə dair ətraflı məlumat verilir.Şəhərin iqtisadi vəziyyəti ( sənətkarlıq istehsalı, ticarət, pul tədavülü məsələləri), əhalinin tərkibi, sosial münasibətlər, hərbi toqquşmalar, şəhər hakimlərinin həyat və fəaliyyəti, şəhər mədəniyyəti (memarlıq, ədəbiyyat, incəsənət) araşdırılır.

Son illərdə İçərişəhər ərazisində və Bakının ətrafında aşkara çıxarılmış bir sıra arxeoloji materiallar şəhərin tarixi məsələsinə yenidən baxmağa , onu bir neçə əsr geri çəkməyə imkan verir. Əsərdə Suraxanı Atəşgahının tarixinə dair materiallar, onun bəzi kitabələrinin tərcüməsi verilmişdir. Kitabda Bakının  “Böyük ipək yolu”nda, Şamaxıdan və Ərəşdən Yaxın Şərqin və Qərbi Avropanın müxtəlif ölkələrinə ixrac edilən xam ipək ticarətində rolu və mövqeyi göstərilir.

Əsərdə Bakının, başlıca olaraq, feodal şəhərinin inkişafında əsas amil olan sosial-iqtisadi həyatı, yəni 2000 il ərzində istehsalın, məhsuldar qüvvələrin və istehsal münasibətlərinin inkişafı araşdırılır. Orta əsr şəhərinin feodal cəmiyyətinin daxili quruluşu məsələləri ilk mənbələrin və maddi mədəniyyət abidələrinin məlumatları əsasında açıqlanır. Bakının təkcə Azərbaycanın deyil, eləcə də bütün Yaxın Şərqin iri şəhərlərindən birinə, Xəzər dənizində Şərq və Qərblə tranzit ticarətdə iştirak edən birinci limana çevrildiyi Dərbəndilər sülaləsi şirvanşahlarının hakimiyyəti dövründəki parlaq tarixi açılıb göstərilir.

Əsər Şərq (ərəb, fars, türk), Azərbaycan (türk), gürcü, rus , Qərbi Avropa mənbələri əsasında yazılmış, numizmatik, epiqrafik və arxeoloji materiallardan geniş istifadə edilmişdir. 

Kitab tarixçilər, şərqşünaslar, ali məktəblərin müəllim və tələbələri üçün nəzərdə tutulmuşdur.

Müəllif kimi kitabın redaktoru, Azərbaycan Respublikası EA-nın akademiki Z.M.Bünyadova təşəkkürümü bildirirəm.

wikipedia az

wikipedia ru

Sara Aşurbəyli.Bakı şəhərinin tarixi. kitabı barədə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.