Ramiz Dəniz – Brazilyanın müəmmalı kəşfi

Print Friendly, PDF & Email

“Braziliyanın müəmmalı kəşfi” elmi-tədqiqat əsəri coğrafi kəşflər sahəsində mahiyyətinə görə diqqəti cəlb edəndir. Rəsmi olaraq Braziliya aprelin 22-i 1500-cü ildə Pedru Alvareş Kabral tərəfindən təsadüf nəticəsində kəşf edilibdir. Uzun illər apardığım araşdırmalardan aydın oldu ki, həmin əraziyə Pedru Kabraldan hələ 6 il əvvəl yəni, 1494-cü ildə Duarti Paşeku Pireyranın başçılığı ilə Portuqal kralı II Juanın göndərdiyi ekspedisiya yan alıbdır. Elə həmin ildə Roma papası VI Aleksandr Borcia verdiyi bulla ilə dünyanı, Portuqaliya ilə İspaniya arasında iki yerə bölür və Tordesilyas müqaviləsinə görə portuqallar indiki Braziliyaya yiyələnirlər. Həmin tarixi hadisədə təsiredici hal odur ki, portuqallar Roma papasının vasitəsilə ispanların nümayəndəsini aldatmağa müvəffəq olmuş və bu işdə Duarti Pireyranın səyahətinin nəticəsi mühüm rol oynamışdır.

 Bir sözlə, qeyd etmək istəyirəm ki, adı çəkilən elmi əsər əldə olunan faktlara və fərziyyələrə görə, coğrafi kəşflər tarixi sahəsində çalışan hər bir mütəxəssis üçün lazımi mənbə ola bilər.       

 

Kitabı Yüklə

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 1 =