Qədim folklorumuz – milli dəyərlərimizdir

Print Friendly, PDF & Email

TƏRCÜMEYİ-HAL

Abbasova Çimnaz Əziz qızı  1949-cu il sentyabrIn 1-də Naxçıvan şəhərində anadan olmuşdur. 1957-1967-ci illərdə Naxçıvan şəhər 1 saylı orta məktəbdə təhsil almış, 1968-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1974-cü ildə həmin universitetin Azərbaycan dili və ədəbiyyatı üzrə bitirmişdir. 1973-1978-ci illərdə Laçın rayonu Ağanus kənd orta məktəbində müəllimə, 1979-1985-ci illərdə Naxçıvan şəhər “Pioner və məktəblilər sarayı”nda kitabxana müdiri, 1985-1995-ci illərdə Naxçıvan Muxtar Vilayət Həmkarlar İttifaqı Şurasının mədəni- kütləvi işlər şöbəsinin müdiri vəzifəsində işləmişdir.

2007-ci ildə AMEA Folklor İnsitutunda elmi işçi vəzifəsində çalışır.

Topladığı  folklor materialları adları aşağıda qeyd olunan dərgi və kitablarda çap olunub.

1. Naxçıvan folklor nümunələri // «Dədə Qorqud» elmi ədəbi toplu, 2008, №1.

2. Naxçıvanda toy mərasimi // «Kimlik» elmi ictimai dərgisi.

3. Naxçıvan folklor nümunələri // Azərbaycan folklor antalogiyası. Naxçıvan folkloru. I cild, 2010-cu il

4. Deyimlər // Azərbaycan folklor antalogiyası, Naxçıvan folkloru, II cild,  Bakı, 2011-ci il.

5. Qarabağ: folklor da bir tarixdi, 1-ci kitab Bakı 2012.

6. Nənəmdən nəvəmə. Bakı,  2012 ci il.

 Aşagıda Azərbaycan Milli Elmlər Akademiyasının  Folklor İnstitutunun Elmi Şurasının  qərarı ilə çap olunan Çimnaz Əzizqızının  “Nənəmdən nəvəmə”adlı kitabı (REDAKTORu: Aynur Qəzənfərqızı, Bakı, 2012.) haqqında qısa məlumat  verilmişdir.

  Gələcəkdə mövzunun davamı nəzərdə tutulmuşdur. İzləyin…

 

Azərbaycanın zəngin folkloru vardır. Yüzillər boyu mədəniyyət beşiyi olan diyarın zəngin folklorunun olması qanunauyğun haldır. Önəmli olan bu folkloru toplayıb, saxlayaraq itməsinin qarşısını almaqdır. Çimnaz Abbasovanın “Nənəmdən nəvəmə” kitabında Naxçıvan folklorundan örnəklərlə yanaşı, həm də həyatı boyu qarşılaşdığı hadisələr, eşidib-duyduğu maraqlı nağıl və hekayələr, atalar sözü və deyimlər və s.verilib. İlk dəfə olaraq bu kitada oğlanların qızlara söz atması ayrıca bir başlıq halına salınıb və folklor örnəyi kimi verilib. “Titul yazıları” başlığında da ilk dəfə olaraq yaxın keçmişimizə qədər istifadə etdiyimiz məktubların titul sözləri, şəkil arxasına yazılmış arzular, istəklər folklor örnəyi kimi öz əksini tapmışdır. “Uşaq folkloru” bölməsində isə hələ qatı açılmamış oxşama örnəkləri vardır. Kitab yaşanmış bir ömrün təcrübələri əsasında yazılmışdır.

“AqRa”  Elmin İnkişafına  Dəstək  İctimai  Birliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.