Maddə -“ var oldu” halı yox, “var olsun” halıdır

Print Friendly, PDF & Email

     Maddə bir adlı, çox mənalıdır. Maddə var olmanın fiziki-kimyəvi halıdır. Riyazi-həndəsi halı deyil. Varlığında, bütün məlum və naməlumların məzmuisi halıdır. Maddə məzmuisi aləmlərin işıq toplum halıdır. Maddə -“ var oldu” halı yox, “var olsun” halıdır. Maddə ətrafın halına görə dəyişilə bilmir. O, ətrafın həmahəng halına uyğunlaşdırılma halını dəyişə bilən halıdır. Dəyişdiyi qədərində də yenə də naməlum məzmuisidir.

   Maddə bütün məlum elmlərin astrofiziki bağlılıq halındadır. Maddə  var olmaq, var etmək  üçün  “var”  edəndir. Nə qədər var etsə də, yenə də var edə bilənlərin toplum halıdır. Maddə bütün aləmlər üçün təməl başlanğıcı və ardıcıllıq halıdır. Onun forması “yoxdur” bütün müddət və an ardıcıllığında “vardır” – olandır, mənasıdır. İlk o böyük partlayış anında işıqla qaranlıq arasında təzahür ediləndir. O, işıq, temperatur, nəmlik, rənglərin, kütlələrin cisimlərin bir birlikdə olmasına daşıyıcı mənasındadır. İlkdən, ilk insandan onlara məlum idi ki, “ma” – Kainat və varlıqların ardıcıl dayanmayan, tükənməyən, törəyən, törədən, nizamlayan, hasilə gətirən, tamamlayan işıq, isti, nəmlilik qədərini, rəngləri özündə hasilə gətirən bir törədicidir. Yaranmışlara əsas aparıcı və törədicidir.

     O, çoxmənalı, təyinatlı olduğu üçün konkret forma daşıyıcısı deyil. Maddə Kainat yaranmasına ardıcıl hərəkət təyinatının işıq toplumudur. Zərrənin özü də yaranışa “bir adlı”, çox mənalıdır. O zərrə dediyimiz yaranışa təyinli, ilkin işıq halı, işıq daşıyıcısı bütün varlıqlara yaradıcılığın əvvəlidir.  Maddi aləm gördüyün, toxunduğun, eşitdiyin, duyduğun, məsafəyə böldüyün, hiss etdiyindir.

   Maddə isə naməlum, Maddəni görmüş olsan da, o maddənin ehtiyatının (resursunun) haradan başlayıb, harayacan yaradıcı daşıyıcısı olduğu naməlumundur. Maddə hərəkət edən, varlıqlar arasında hərəkət edib yaranışa çoxmənalı, çoxtərəfli daşıyıcıdır.

   Budur İşıq, budur zərrə, budur maddə, budur ətraf, budur yaranış, budur yaranmış olacaq. Çünki maddə itmir. O itmək, itirmək üçün yox, hallar, varlıqlar arasında varlıqları var etmək üçün toplum halıdır. Maddə insanamı aiddir? Yox, insan maddəyə aiddir. Maddə yoxsa, maddilik yoxdur. İşıq yoxsa, zərrə yoxdur, zərrə yoxsa forma, yaranış yoxdur, ilk yoxdur. Yaranış yoxsa, yaranmanın mənası yoxdur.

   Maddə həmişə sevinc halındadır. Maddə yaranmalı olacaqların ilk sevincin özündə ardıcıl yaradıcılıq halındadır. O dayanmaz, o tükənməz, o yorulmaz, o yatmaz,  yaradıcılıq hallarında mürgüləməz. Maddə maddidən deyil, maddədəndir. Maddə, maddiliyə köməkçidir. Yaranışlar arasına ötürücüdür və dayanmayan, çox tərəfli hərəkətlər halıdır. Maddə toplum yaddaş halındadır, yaddaşsız deyil. Mütləq yaddaş halında olduğu üçün itmir. Hallar arasında yenə də yaddaş halını deyir. Ona görə maddə itmir. Çünki kainat özü və kainat daxili bütün hərəkətlər yaddaşsız deyil.

Hər gördüyün, görə bilmədiyin də yaddaşsız deyil.

Vahid Rzayev.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.