Fəxrəddin Salimin Azərbaycan Sufi Musiqisi adlı konserti keçirilib

Print Friendly, PDF & Email

Mayın 30-da  Azərbaycan Milli Konservatoriyasının (AMK) “Böyük zal”ında AMK-nın müəllimi, filologiya üzrə fəlsəfə doktoru Fəxrəddin Salim və tələbələrinin “Azərbaycan Sufi Musiqisi” adlı konserti keçirilib.

Konsertdə Xalq artisti Siyavuş Kərimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva, Xalq şairi Sabir Rüstəmxanlı, “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva, AMK-nın professor-müəllim heyəti, tələbələri və digər dəvət olunmuş qonaqlar iştirak ediblər.

Tədbiri Fəxrəddin Salim öz çıxışı ilə açıq e`lan edib və Sufi musiqisinin əsas mahiyəti, tarixi barədə mə`lumat verib. Bildirib ki, musiqi heç vaxt ənənəvi olmayıb, əgər ənənəvidirsə o artıq musiqi deyil. O, bizi hər gün, hər saat yormayan günəş və ay kimi yenidir.

Tədbir daha sonra konsert proqramı ilə davam edib.

Konsertdə Fəxrəddin Salim və AMK-nın tələbələrindən ibarət ansambl tərəfindən Azərbaycanın görkəmli şairlərinin: İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd  Füzuli,Yunis Əmrə, Əliağa Vahid, digər şair və mütəfəkkirlərimizin qəzəllərinə Fəxrəddin Salimin yazdığı musiqilər səslənib,onun öz əsərlərindən də parçalar ifa olunmuşdur.

AMK-nın tələbələrindən ibarət ansambl və Fəxrəddin Salimin saz musiqi alətində ifa etdiyi Sufi musiqiləri böyük maraqla qarşılanıb.

Tədbirdə çıxış edən rektor Siyavuş Kərimi bildirib ki, Fəxrəddin Salim ilk öncə böyük alimdir və olduqca vacib araşdırmalar aparmışdır. Belə görsənir ki, onun yaradıcılıq təşəbbüsü tələbələrdə böyük maraq oyadıb. Bu səbəbdən onu təbrik edirəm və belə konsertlərin davamlı olmasını arzu edirəm.

Daha sonra səhnəyə dəvət olunan Xalq şairi Sabir Rüstəmxanlı, Sona Vəliyeva, filologiya elmləri doktoru Xaliyyəddin Xəlil və AMK-nın Elmi İşlər üzrə prorektoru Lalə Hüseynova Fəxrəddin Salim yaradıcılığı və təqdim olunan konsert barədə öz fikirlərini səsləndiriblər.

Tədbir, Fəxrəddin Salimin konsertdə iştirak edən qonaqlara təşəkkürünü bildirməsi ilə sona çatıb.
İki saata yaxın AMK-nın böyük zalında anşlaqla keçən konsertdə bir çox tamaşaçılar həmin vaxtın necə keçdiyini hiss etmədilər!

Qeyd edək ki, bu artıq Fəxrəddin Salimin AMK-da müəllifi olduğu 2-ci böyük tədbirdir. 

Rəşad Sahil

Konsertdən görüntülər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.