“ AqRa” EİDİB-ə ünvanlanmış BAYRAM təbrikləri

Hörmətli AQRA EİDİB-in üzvləri!    AQRA EİDİB-in əhatə dairəsi Dünyanın virtual məkanında günbəgün artır.    Bu o deməkdir ki, Dünyanın müxtəlif ölkələrində geniş oxucu kütləsi AQRA EİDİB-in vasitəsi ilə Azərbaycanımızın qədim tarixi, mədəniyyəti, adət və ənənələri,ədəbiyyatı ilə yaxından tanış olaraq, haqqımızda müəyyən biliklər əldə edirlər.           AQRA EİDİB-in kollektivi ilə yanaşı, onun bütün oxucularını, pərəstişkarlarını və təəssübkeşlərini bir […]

Əşrəf Heybətovu (monumentalist, dizayner rəssam) tanıyaq!

“Onun yaradıcılığının əsas mövzusu Azərbaycandır.” Mehriban  xanım Əliyeva Əşrəf Heybətov olduqca maraqlı bir rəssamdır. Onun əsərlərindən ibarət sərgilər Rusiya və Azərbaycanda, eləcə də Avropanm bir çox dövlətlərində uğur qazanmışdır. О həm də monumental sənət ustası kimi məşhurdur. Onun özünəməxsus yaradıcılığinda Şərq üslubu ilə müasir Qərb plastikası üzvi surətdə bir-birini tamamlayır. Onun əsərləri həqiqət axtarışında olan insan qəlbinin rənglərlə ifadə olunmuş […]

Qəhrəman olmurlar, qəhrəman doğulurlar

Qəhrəman olmurlar, qəhrəman doğulurlar   Qısa məlumat. Sahil Məmmədov Ələmdar oğlu. 1964-cü il 25 fevral tarixində dünyaya gəlib. İrəvanın Uluxanlı (İndiki Masis) Yuxarı Necili kəndində doğulub. Həmin vaxt qoroskopa görə əjdaha ili, balıq bürcü idi. 6 yaşında əmisi ilə Bakı şəhərinə gəlib nənəsinin yanında qalıb. Bakıxanov qəsəbəsində yaşayır və 1971-1981-ci illərdə 96 saylı tam orta məktəbdə təhsil alıb. Uşaq yaşlarından […]

Erkən orta əsrlərdəki Azərbaycan Renessansı

Bəzi alimlər qeyd edir ki, Marağadakı və digər İslam ölkələrindəki alimlər qədim yunan alimlərinin əsərlərindən istifadə edərək, köçürücü funksiyasını yerinə yetirmişdilər. Əlbəttə, belə bir fikir ilə qətiyyən razılaşmaq olmaz. Qədimdə yaranan elmi əsərlərin surətləri çoxaldılan zaman onların inkişaf etdirilməsində Şərq alimləri elmdə əsl inqilab etmişdilər. Avropadan qabaq Renessans mədəniyyətinin şərqdə yaranmasını iddia etsək, biz bu məsələdə heç də yanılmarıq. Renessans […]

18 fevral Görkəmli Azərbaycan alimi Mühəmməd Nəsirəddin Tusinin doğum günüdür.

Elm dünyasının şahı Nəsirəddin Tusi XIII əsrdə, zəmanəsinin görkəmli filosofu, astronomu, riyaziyyatçısı, tarixçisi, coğrafiyaşünası, maliyyəçisi və hüquqşünası sayılan Azərbaycan alimi, Tusi təxəllüsünü götürmüş Mühəmməd ibn Mühəmməd ibn Həsən Nəsirəddin Tusi (1201-1274) Azərbaycanın mərkəzində yerləşən Marağa şəhərində, şəxsən özünün layihəsi ilə rəsədxana inşa etdirmiş və orada işləmişdir. Əsas mənbələrdə göstərilir ki, Nəsirəddin Tusi 1201-ci ilin fevralın 18-də Həmədan şəhərinin Bahar bölgəsində […]

Bu gün AMEA Geologiya İnstitutunun “Analitik cihaz və avadanlıqlardan kollektiv istifadə” mərkəzinin rəhbəri Nazim Sadıqovun doğum günüdür

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun “Analitik cihaz və avadanlıqlardan kollektiv istifadə” mərkəzinin rəhbəri Nazim Sadıqovun doğum günüdür. O, Azərbaycanın əməkdar mühəndisidir. Həmçinin 15-dən artıq elmi işləri var. Rentgenspetrik, spetrik və fiziki-kimyəvi üsulla filiz, torpaq, süxur,  bitki, bitki qalıqları, sularda atom absorbsiyası, alovlu-fotometrik elementlərin sayının hesablanması kimi elmi tədqiqat işləri son 30 ildə birbaşa onun adı ilə əlaqəlidir. […]

Dərviş Cavanşir – Cavanşir Eloğlu

Dərviş Cavanşir – Cavanşir Eloğlu – Elinin, Vətəninin oğlu Məmmədov Cavanşır Musa oğlunun bu gün 61 yaşı olacaqdı… Hələ vəfatından 40 gün keçməyib. Əlimizdəki imkanlar daxilində yazıçı dostu Əlabbasın 10 dekabr 2010-cu il tarixli yazısını diqqətinizə təqdim edirik. Sağ olsun Əlabbas müəllimi ki “SAĞLIĞINDA” onun şəxsiyyətinə, yaradıcılığına, talantına, dərvişliyinə qiymət verə bilmişdir. Şükürlər olsun ki, onun sağlığında mərhum Məhərrəm Zamanın […]

İmdad Tağıyev “Qarayazınamə”

Görkəmli ziyalı, “Təhsil” cəmiyyətinin yaradıcılarından biri, fizika-riyaziyyat elmləri namizədi, dosent İmdad Hüseyn oğlu Tağıyevin (1938-1997) doğulub boya-başa çatdığı qədim Azərbaycan diyarı Borçalı barədə yazdığı “Qarayazınamə” poeması müəllifin sağlığında “Təhsil” cəmiyyətinin nəşriyyatında “Təhsil” qəzetinin baş redaktoru Müşviq Çobanlının (Borçalı) yaxından köməyi ilə, o dövrün imkanları daxilində, cəmi 70 nüsxədə kitabça şəklində nəşr olunmuşdur.   Son aylarda “Təhsil” cəmiyyətinin sədri dosent Nuqay […]

Görkəmli pedaqoq Lətif Hüseynzadə BDU-nun ilk mətbuat orqanı barədə

BDU-nun ilk mətbuаt оrqаnı –“Studеnt-jurnаlist” qəzеti оlmuşdur. Çохlаrı еlə hеsаb еdir ki, BDU-nun ilk mətbuаt оrqаnı əvvəllər “Lеnin təbiyəsi uğrundа” аdı ilə burахılmış “Bаkı Univеrsitеti” qəzеtidir. Lаkin, bir neçə il bundan əvvəl rеdаksiyаmızа dахil оlmuş bir məqalədə göstərilmişdir ki, Universitet tarixində tələbələr üçün ilk mətbu orqan Bakı Dövlət Universitetinin “Student –jurnalist” qəzeti olmuşdur. Bu məqalənin müəllifi ədəbiyyatşünas alim, “İstiqlal” ordenli, […]

Fəxrəddin Salimi tanıyaq

Fəxrəddin Salim (Baxşəliyev Fəxrəddin Elşad oğlu) 1969-cu ildə Naxçıvan MR-in Şahbuz rn. Kükü kəndində doğulub. İlk təhsilini Naxçıvan şəhər H.Cavid adına 5 saylı orta məktəbdə alıb. 8 illiyi bitirəndən sonra Naxçıvan Musiqi texnikumuna daxil olub. 4 il də orada görkəmli tarzən Naxçıvan MR-nın əməkdar mədəniyyət işçisi Əkrəm Məmmədlinin sinfində təhsil alıb. Sonra 1988-ci ildə hərbi xidmətə gedib. 1990-cı ildə qayıdıb. […]

1 19 20 21 22 23 29