Yeni iddialarla çıxış edən yazıçı-tədqiqatçı

1 oktyabr 2015-ci ildə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış nasir, şair, tənqidçi, elm və ictimai xadimlərinin iştirakı ilə, SOKAR-ın maliyyə dəstəyi ilə çap edilmiş ədəbiyyat üzrə Prezident təqaüdçüsü, “Qızıl qələm” mükafatı laureatı, AqRa Elmin İnkişafına Dəstək İctimai Birliyinin üzvü, yazıçı-tədqiqatçı, publisist Ramiz Dənizin 16 kitabının təqdimatı keçirilibdir. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibləri: xalq yazıçısı Çingiz Abdullayev və ədəbiyyatşünas-şair İlqar […]

Fonemlərin musiqi dünyası

Dünyada müasir sivilizasiyanın başlanğıc nöqtə­si hesab edilən, Nuh peyğəmbərin məskunlaşdığı bir ərazi kimi tanınan qədim Naxçıvan, əsrlər boyu Azərbaycana, dünyaya yüzlərlə məşhur mütəfəkkir alim, me`mar, elm və mədəniyyət xadimləri, aşıq ustadları, xanəndələr, yazıçı və şairlər, görkəmli siyasət və dövlət xadimləri bəxş etmişdir. Bu proses günümüzdə də davam etməkdədir… Mövzuya keçməzdən əvvəl məni “Söz”-lərin sehrli aləminə qərq edən insana, professor Buludxan […]

Bir tay uşaq ayaqqabısı

Novella Güclü yağış kəsmək bilmirdi… Avtobusun şüşəsindən küçəyə baxırdım. Havanın əlverişsiz olduğundan avtobus yavaş sürətlə hərəkət edirdi. Dayanacağa çatırdıq, birdən asfaltın üstündə gözümə nə isə sataşdı. Diqqətlə baxdım, 4-5 yaşlı qız uşağının ayaqqabısının bir tayı idi. Bir az aralıda yola xeyli şüşə qırıqları səpilmişdi. Güclü yağışın yaratdığı gölməçənin içində bir tay ayaqqabı yavaş-yavaş yırğalanırdı. Yaraşıqlı ayaqqabı tayı sanki sola-sağa boylanmaqla […]

Deyə bilmədiyimiz sözlər…

Nitqimizdə bəzi sözlər var ki, onu deməyə çox çətinlik çəkirik. Bəzi sözlər də var ki, onu çox asanlıqla və soyuqqanlı şəkildə deyirik… Niyə görəsən, “Sevirəm” sözünü demək bu qədər çətindir? Nəyə görə başqa vaxt dil-dil ötən insan bu bir kəlmə sözü deməyə cəsarət etmir? Sözü ağzında o qədər fırladır ki, sonra onu udmalı olur.  Bir həqiqət  də var, saf məhəbbətlə […]

Xəzan

Səhərdir… Hələ günəşin şəfəqləri görünmür… Sərin, xəfif bir səhər mehi əsir… Yarpaqların pıçıltısı aydın eşidilir. Adətən belə meh əsəndə kiməsə namə gətirir.  Mən də əlimi ümidlə təbiətə açıb, gözlərimi yumdum və gözlədim.    Birdən ovcuma nə isə düşdü, ürəyim titrədi, qəlbim əsdi… Gözlərimi açanda ovcumda zərif, sarı bir yarpaq gördüm. Xəzan yarpağı… Deyəsən təbiət mənə ömrümün xəzan çağı olduğunu xatırlatmaq […]

Nəsirəddin Tusi və Azərbaycanda astronomiyanın inkişafı – II hissə

Maraqlı odur ki, Nəsirəddin Tusi astronomiyaya dair “Zic Elxani”-dən hələ xeyli qabaq elmi baxımından çox dəyərli bir əsər yazmışdır. 1235-ci ildə tamamladığı həmin əsəri alim, Kuhistan ismaililərin rəhbəri Nəsirəddin Möhtəşəmin oğlu Muinəddin Əbu aş-Şəmsin şərəfinə “Muiniyyə” (Risale “Muiniyyə fi elm əlhayya”) adlandırmışdır. Professor N. Ə. Əbdülqasımova qeyd edir ki, bu əsərdə N. Tusi planetlərin yerləşməsini qabaqcadan hesablamaq məqsədilə Ptolemey tərəfindən işlənmiş kinematik modelə […]

Nəsirəddin Tusi və Azərbaycanda astronomiyanın inkişafı – I hissə

XIII əsrdə, zəmanəsinin görkəmli filosof, astronom, riyaziyyatçı, tarixçi, coğrafiyaşünas, maliyyəçi və hüquqşünası sayılan Azərbaycan alimi Tusi təxəllüsünü götürmüş Mühəmməd ibn Mühəmməd ibn Həsən Nəsirəddin Tusi (1201-1274) Azərbaycanın mərkəzində yerləşən Marağa şəhərində, şəxsən özü-öz layihəsi ilə inşa etdirdiyi rəsədxanada işləmişdir. Tusinin tikdirdiyi rəsədxana quruluşuna, həcminə və orada görülən elmi araşdırmalara görə Şərqin bütün məşhur rəsədxanalarını geridə qoymuşdur. Ora bir növ, bütün […]

Elbrus Abbasqulu oğlu Mehdiyev

1956-cı ilin isti yay günlərindən biri idi. Həmin günü о zamanlar Naxçıvan MSSR Vilayət Komsomol Komitəsi təbliğat və təşviqat şö`bəsinin müdiri işləmiş Ənvər Məmmədov belə xatırlayır:    – Mən Puşkin küçəsi ilə tələsik Pioner və Məktəb lilər evinə gedirdim. Birdən qulağıma mahnı səsi gəldi.   Oxuyanın səsi məni çox heyrətləndirdi. Həddindən artıq gözəl, aydın  və cəzbedici səs idi. Bir anlığa tələsdiyimi […]

Marağa rəsədxanası və onun alimləri

Görkəmli Azərbaycan alimi Rəşidəddinin yazdığına görə, Marağa rəsədxanasında 100 nəfərdən çox alim və başqa işçi varmış. Onların da çoxu görkəmli Azərbaycan alimi Nəsirəddin Tusinin (1201-1274) tələbəsi olmuşdur. Maraqlı cəhət ondan ibarətdir ki, gələcəkdə həmin adamlar öz ölkələrində tanınmış alimlər kimi hörmət sahibi olmuş və əksər hallarda hökmdar saraylarında işlə təmin olunurdular. Hətta həmin alimlərin bə`ziləri Marağa rəsədxanasına oxşar bir rəsədxananın […]

Hüseyn Cavid və ümumbəşəri problemlər

Tarixdən bu günə bizə miras qalmış ədəbi, bədii, yaxud fikir mirasına baxdıqda bir həqiqətin şahidi oluruq: yalnız özünü, öz eqosunu, öz dar ailə və ya qövm maraqlarını deyil, hətta özünün mənsub olduğu milli maraqlarını deyil, yalnız bəşəriyyəti düşünən, onun dərdləri ilə dərdlənən və bu dərdlərə çarələr təklif edən şəxslər, ədiblər, mütəfəkkirlər bizim günlərədək yaşaya bilib, bizə irs qoyub gediblər. Ədəbi […]

1 17 18 19 20 21 29