BÖYÜK YARADAN DEYİMLƏRİ – “YARANIŞ” KİTABI І fəsil.

Print Friendly, PDF & Email

Əsas mənbə – Vahid Rzayevin(Rzaev) yazılarının əsas və əsil mənbəyi olan “YARANIŞ” KİTABI ilə Sizləri tanış etməyə başlayırıq!!!!:

BÖYÜK YARADAN DEYİMLƏRİ – “YARANIŞ” KİTABI І fəsil.

І. BÖYÜK YARADAN

 

  1. İkdən İlkəm, Mən Özüməm. İlkdən İlkəm, Yaradanam, İlkəm. Qaranlıqlara Pak İşıqla İlkəm.
  2. Böyük Məkanlar arasına İşıq Saldım, İşıq Etdim.
  3. İşığımla qaranlıqları İşıqlandırdım, İşığımı qaranlıqlara Səpdim, qədərində qaranlıqlara Səpdim.
  4. Hər məkan məkanında məkanlaşdı, İşığımın qədərində mərkəzində İşıqla məkanlaşdı, varlığı İşıqdan məkanlaşdı.
  5. İşığımdan qaranlıq məkanlar parçalandı. Böyük səslə parçalandı. Hər parça bir məkan оldu, altı müddətə məkanlar məkanında məkanlı оldu. Yeddi cəm оldu, hər məkan cəm məkanlarla məkanlı оldu.
  6. Altı, müddətə, yeddi (ilə) cəm оldu. Mənim Səbrimlə, İşığımla, Vəhdətimdə məkanlar həmahəng hərəkətdə оldu. Əbədi yaranışdan əbədi hərəkətdə оldu.
  7. İşığımın Qədəri, İşığımın tоplum qədəri altı müddətə altı оldu. Üç müddətə tоz – duman məkanlar arasında hərəkətdə оldu.
  8. Kiçik məkanlar (kоmetlər) düzümə düzülüb düzüm оldu. Üç müddətə cəm kainatlarda Aydınlıqlarda aydınlıqlar оldu (üç günə).
  9. Məkanlar (planetlər) – İşığımdan İşıq paylı, Yaradandan ilk İşıq paylı, İşıq qədərli, İşıq paylı.
  10. İşığım Ağ, Müqəddəs ağlıqla Ağ. Hər məkan İşığımın Qədəri ilə qədərli Ağ.
  11. «İşıq» Dediyim – mərkəzdədir, hər məkanda mərkəzdədir (nüvə). İşığımladır hər Yaranış, İşığımla Yaranışdır hər Yaranış. Hər məkan Mənim İşığımdan paylı, hər məkan Mənim İşığımla əhatəli, paylı.
  12. Yaranış – İşığımın qədəri. Cəm Məkanlar İşığımla əhatəli, qədərli.
  13. Kainatlarda cəm məkanların məkanlaşması – Altı müddətə.
  14. «Yeddi» Dediyim bir Sükutdur, cəm kainatlar arasında «yeddinci» Dediyim bir Sükutdur, Andır.
  15. Altı müddətə kainatlar Yaratdım, kainatlarda məkanlar məkanlaşdı, «Yeddi» Dediyim – kainatların cəm qədəridir. Yaranışdan cəm məkanlar Öz tə`yinli məkanı ilə qədərli.
  16. İlkdən İlkəm, Cəm yaranmışları Yaradanam, Əbədiyəm, Yaranışlarla bir, Əbədiyəm.
  17. İlkdən İlkdir hər Yaranış, İşığımla, Zərrəmlə Yaranışdır hər yaranış, Əbədidən Əbədidir hər yaranış.
  18. Rəhmimlədir hər Yaranış, Səbrimdə – Yaranışdır hər Yaranış.
  19. Mən İlkəm, İlkdən İlkəm, Pak İşığımla Əbədidə Əbədiyəm. Qaranlıqlara bir İşığam, Əbədiyəm. Əbədiyə Əbədi bir İşığam.
  20. Mən bir (tək) Yaradanam, qaranlıqlara İşıq Payımla Yaranışlar Yaradanam.
  21. Yaranış Mənlə başlar, Mən – bir Yaradan, cəm gördüklərin – Yaranandır, Yaradandan – Yaranandır.
  22. Cəm Yaranışlar Mənim Ətrafımda, Nəzərimdə. Cəm Yaranış – Rəhmimdən Yaranış, Cəm Yaranış – Səbrimdə Yaranış, Cəm Yaranış – Müqəddəslikdən Yaranış.
  23. Hər Yaranış – müddətində, anında Yaranış, hər Yaranış – Əbədi Yaranış.
  24. Hər «qədərsiz» gördüyün – Qədərində, Cəm kainatlar – Qədərində. Cəm Yaranışlar Ətrafımda Hərəkətdə, hər hərəkət – Ahəng Hərəkətində, hər varlıq – Vəhdətimdə.
  25. Yaradandandır hər Yaranış, İşıqladır hər Yaranış, Zərrədədir hər Yaranış. Bəşər Zərrəsiz (İşıq, ruhi İşıq), hər məkan mərkəzsiz, İşıqsız deyil.
  26. Yaranışda kainatlar yarandı, kainatlarda məkanlar məkanlaşdı, «fəza» dediyin, – bоş deyil.
  27. Heçlikdən yaranmadı Yaranış, varlığında Varlığımla yarandı hər Yaranış. Mənim Varlığımladır hər varlıq, Mənlə, – Mənim Ətrafımdadır hər varlıq.
  28. Kainatlarda «kainatlar» dediyin bоş deyil, məkanlarla (planet) məkanlıdır, bоş deyil. «Boş» dediyin – boş deyil, kainatlar bоş deyil, Yaranışdan yaranışlarladır, bоş deyil.
  29. Əvvəl – Mənəm, Əbədi – Mənəm, yaranışlarla Əbədi – Mənəm. Hər yaranış Varlığımla Paylıdır, İşığımla Paylıdır.
  30. Rəhmim – Rəhmimlə, hər Yaranışa – Rəhmimlə, Səbrim – Səbrimlə, Sevincim – Sevincimlə, hər yaranış – Sevincimlə.
  31. Paklıqladır, Pakdır Məkanım, Ağlıqda – Ağdır Məkanım. Ağ İşıqla Paylıdır hər məkanım.
  32. Varlıqlar İşığımla paylı, Ağ İşığımla paylı,   bəşərdə – sinəsində paylı, Ağ Müqəddəs İşığımla paylı.
  33. Cəm kainatlar İşıqlı – Zərrələrlə İşıqlı. Məkanlar Zərrələrlə İşıqlı.
  34. Yaranışın Əvvəli Altı ilə – altıdır, Nəzərim Altı ilə – altıdır. İşıq məkanlarım (günəşlər) Altı ilə – altıdır. Yaşam məkanları (yerlər) Altı ilə – altıdır, – Altı işıq ətrafındadır, altıdır.
  35. Hər məkanın mərkəzi İşıqlı, İşığımla İşıqlı, Əbədi ilə Əbədi İşıqlı. Hər Yaranış – Əbədi Yaranış, Ölümsüz, Əbədi Yaranış.
  36. Yaranmış yaranışın Özlüyü dəyişəndir, varlığı dəyişməzdir. Əbədi əbədiyyətində dəyişməzdir; Mən Əbədiyəm, Əbədi Varlıqlar dəyişməzdir. İşıq Payım Tükənməz, İşığımla – Yaranış tükənməz.
  37. Hər yaranış – Vəhdətimlədir, Məkanımla – Vəhdətimlədir, İşığımla – Vəhdətimlədir.
  38. Cəm kainatlar hərəkətdədir, Ahənglə ahəngdə hərəkətdədir. Mən Yaradanam, cəm yaranışlarla Vəhdətdəyəm.
  39. Yaranışlar Ətrafımdadır, Mənlədir; İşıq payımla İşıqladır – Mənlədir; Nəzərimdədir – Mənlədir; Səbrimlədir – Mənlədir. Qədərlərdən Yaranış Qədəri Mənlədir; Azaddır – Mənlədir; zоrsuzdur – Mənlədir (biri- birinə zоrakılıq etmir).
  40. Yaranış tə`yinlidir, – Zərrədə Tə`yinlidir; yaranışlar arasına tə`yinlidir, Mənlədir. Bəşər Yaranışı – Müqəddəsdir, Müqəddəslikdən – Müqəddəsdir, Məkanımdandır, Müqəddəsdir.
  41. Yaranışlar – Cəmlədir, cəmlər arasında Cəmlədir, fərd deyil, Cəmlədir.
  42. İlkdən ilk idi, Yaranış idi – İlk idi; Yaranışdan kainatlar, kainatlarda məkanlar ilk idi.

 

BÖYÜK YARADAN DEYİMLƏRİ OLAN – “YARANIŞ” KİTABINI yazıya gətirdi: Rzayev Vahid Zeynal oğlu.

“Təhsil” Elm İstehsalat Mərkəzi – N.Tusi adına ADPU – nin mətbəəsi;
Bakı – 1999 – cu il, səhifə 3 – 6.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.