Azərbaycan seysmologiyasının banisi

Print Friendly, PDF & Email

Yapon, rus və Amerika zəlzələ nəzəriyyələrinə Azərbaycan alternativi:
Görkəmli seysmoloq alim Şamo Süleyman oğlu Rəhimiov (1931-1965) haqqında
Şamo Süleyman oğlu Rəhimiov 1931-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi qızıl medalla  başa vuran Şamo M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsinə  daxil olmuş, oranı bitirdikdən sonra SSRİ Elmlər Akademiyasının  Yerin fizikası İnstitutuna aspiranturaya göndərilmişdir.  Aspiranturanı bitirdikdən sonra müvəfəqqiyyətlə dissertasiya müdafiə edərək fizika riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.
1958-ci ildən ömrünün sonuna kimi Azərbaycan SSR Elmlər Akademiyasının geologiya İnstitunda böyük elmi işçi işləmişdir.

 Ş.S Rəhimov vahid seysmik xidmət rəhbəri kimi həm də Yerin Təki problemləri ilə məşğul olan fiziklər qrupuna başçılıq etmişdir. Onun qələmindən çıxan onlarla elmi işlər və məqalələr  Yer Təkinin müxtəlif problemlərini, seysmologiyanı, mühəndis seysmikasıni, Azərbaycan ərazisinin seysmik rayonlaşdırılmasını  və s. əhatə edirdi.  

Gənc Azərbaycan aliminin məruzələri və elmi nəticələri  dəfələrlə keçmiş SSRİ-də  və xaricdə – Macarıstan, Almaniya  Demokratik Respublikası, ABŞ, İngiltərə, Hindistan kimi ölkələrdə keçirilən elmikonqres və konfranslarda   dəfələrlə çap olunmuş, təqdim olunmuş və böyük marağa səbəb olmuşdu.

Həmin dövrdə dünyada seysmik məsələlərlə məşğul olan  üç elmi məktub mövcud idi:  Yapon, Rus və Amerikan alimlərinin məktəbləri . Ş. S. Rəhimov bu məktəblərə  alternativ olaraq dünya alimlərinin diqqətini cəlb edəcək Azərbaycan seysmologiya məktəbini yarada bildi.

Şamo Süleyman oğlu Rəhimovu Azərbaycan seysmologiyasının banisi saymaq olar.

O, Reley seysmik dalğaların çərçivəsində yeni 2 qrup dalğaları kəşf etdi. Bu dalğalar müasir seysmologiya elmində Şamo dalğaları adlanır.

1960-cı illərin sonundan Bakı Seysmik stansiyası Şamo Rəhimovun adını daşıyır.

  Qeyd: Ş.S Rəhimovun ölümündən sonar rus dilində nəşr olunan  «Вопросы из учения строения земли» adlı kitabının pdf formatda  övraqımızda yerləşdirilməsi gözlənilir. İzləyin!

Ş.S.Rəhimovun “Вопросы изучения строения земли” kitabı

“AqRa” EİDİB  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.