“Ailə pedaqogikası” – dəyərli dərslik nəşr edildi

Print Friendly

Ailə dövlətin təməli olduğu kimi, insanlığın, bəşə­riy­­yə­tin də davamı üçün çox önəmli bir ünsür, hamı­nın rahat­lıq­la sığınıb isindiyi bir ocaqdır. Ailə kiçik bir dövlət hesab edilərək cəmiyyətin əsasını təşkil edir.  Ailə məsələsi bütün dövr­lərdə insanları, dövlətləri düşün­dürən, onlar üçün hər şeydən zəruri olan bir məsələ­dir. Onun necə olması, hansı təməllər üzərində qurul­ma­sı, inkişafı,  övlad­la­rın tər­bi­yəsi millətin və dövlətin gələcə­yi­nin əsas şərtlə­rin­dəndir. Ailə elə bir qurumdur ki, burada ailə üzvləri bütün tərəfləri və cəhətləri ilə əhatə olunmuşdur. 

Bü­tün şəxsi, mənəvi, əxlaqi keyfiyyətlər öncə ailədə for­ma­laşır. Ailə­nin şəxsiyyətin inkişafında, böyüyən insanın tale­yində əhəmiyyəti çox böyükdür.Ailə cəmiyyətin insan qruplarının ilkin mərhə­lə­­si olub ər-arvadı, uşaqları öz ətra­fın­da birləşdirən insan qru­pu­dur. Hər bir insanın mənəvi keyfiyyətləri, davranı­şının ilkin cəhətləri ailədə formalaşır, xüsusilə – xeyir­xah­lıq, diqqətlilik, qayğı­keşlik, böyük­lə­rə, vali­deyn­lərə hörmət, kiçiklərə qayğı, sadəlik, təvazö­kar­lıq, düzlük və doğru­çu­luq, əməksevərlik, vətənpər­vər­lik kimi mənəvi, əxlaqi keyfiyyətlərin tərbiyə olun­masıailədə formalaşır.

Qloballaşan cəmiyyətimizdə gündən-günə artan və diq­qə­­ti cəlb edən həyat hadisələri onu göstərir ki, müxtə­lif amil­­lə­rin təsiri nəticəsində ailə tərbiyəsi sistemində problemlər, çətinliklər əsaslı dəyişik­liklər baş verməkdədir. Uzun əsrlər boyu milli-mənəvi dəyərlə­rə bağlılığını qoruyub saxlamış ənə­nə­­vi ailə məfhumunun bəzi hallarda erroziyaya uğra­ması prosesi də nəzə­­­­rə çarpır. Bu xoşagəlməz dəyiş­­mə­nin əsas səbəbləri kimi sosial-iqtisadi çətinlikləri, az­uşaqlı və təkuşaqlı ailə­lə­rin sayının artmasını, yeni qurulmuş ailələrin təcrü­bəli valideyn­lərdən çox tez ayrılaraq müstəqil həyata er­kən başla­malarını, sosial amil­ləri və ən əsası gənc­­lərin ailə qurumu mövzusun­da az biliyə sahib olmalarını göstərmək olar.

      Bu günlərdə  prof.R.L. Hüseynzadənin və dos.L.Z.Allahverdiyevanın  ADPU-nun mətbəəsində çapdan çıxmış “Ailə pedaqogikası” adlı dərsliyini  çox əhəmiyyətli və dəyərli hesab edirik. Dərsliyin redaktoru,  prof. Oruc Həsənli, rəyçiləri isə prof. İsmayıl Əliyev, prof. Akif Abbasov, prof. Hikmət Əlizadə, prof. İramin İsayev, dos.Vahid Rzayevdir.

“Ailə pedaqogikası” pedaqogika  elminin mühüm bir  sahəsini təşkil  edir.  Tərbiyə işində çox mü­hüm mərhələ hesab edilən ailə tərbiyəsi öz  aktuallığı ilə daim diqqət mərkəzində olmuşdur. Məhz bu baxımdan pedaqoji təmayüllü ali mək­təb­­lərdə və ya fakültələrdə bakalavr təhsil pilləsində tədris olunan “Ailə peda­qo­gi­kası” fənninin tədrisi  xüsusiəhəmiyyət kəsb edir. Belə ki, gələ­cək­də valideyn olmağa hazırlaşan gənclər bu fənni öyrə­nər­kən ailə etikasına, ailə etikasınıntələblərindən irəli gələn məhəb­bətə, nika­ha və ailəyə, ailə münasi­bət­lərinə, nika­hın uğur­­lu və ailə­nin möh­kəm olması­na, ailədə qarşılıqlı mü­na­­sibət­lərin qurul­ma­sına, uşaq­la­rın tərbiyəsi və təhsi­linə, vətə­nin ləya­qət­li vətəndaş­ları kimi yetiş­dirilməsinə ciddi və məsu­liy­yətlə yanaş­maq adəti və qabiliy­yəti formalaş­dırmaq barədə fikir­lərlə tanış olurlar.

       Bu dərslik demək ki, əsasən gənclər auditoriyası üçün nəzərdə tutulmuşdur. Hansı ki bu auditoriyanın gənc övladları ailə həyatına hazırlaşır, gözəl ailə quraraq vətən üçün layiqli vətəndaşlar yetişdirəcəklər. Bu cəhətdən  “Ailə pedaqogikası” dərsliyi gənclərimiz  üçün çox dəyərli, əhəmiyyətli bir kitab olaraq  bir istiqamətverici,  bir yol göstəricisi və  yeri gələndə də bir öyüdləyici  kitabdır. 

       Bu bir dəyərli  dərslik olaraq müəllimlərimiz  üçün məlumatverici, maarifləndirici bir  kitab, bilik mənbəyidir. Bu dili  aydın, səlis, ailə həyatından götürülmüş nümunə  və təcrübələrlə zəngin olan bir  kitabdır.   Maraqlı cəhətlərdən biri  də budur ki, dərslikdə ailə tərbiyəsi ilə bağlı müsbət nümunələrin verilməsi ilə yanaşı, həm də yanlış tərbiyə nümunələri, səhv tərbiyə üsulları da  verilmişdir. Verilən nümunələr isə demək olar ki, hər  bir  ailədə başa verə  biləcək hadisə və təcrübələrdir.

     “Ailə pedaqogikası” dərsliyində  ailə tərbiyəsinin, ailə həyatının, ailə münasibətlərinin   demək olar  ki, bütün sahələrinə toxunulmuşdur. Belə ki, dərslikdə  bir çox  sahələr geniş şərh  edilmiş, bəzi sahələr isə az şərh  edilmiş, bəzən də bəhsə uyğun nümunə və təcrübələr  verilmişdir. Dərsliyin mündəricatına xüsusilə fəsillərə baxsaq, dərslik haqqında  müəyyən təsəvvürlərə  malik ola bilərik:  I fəsil. Ailə və onun xüsusiyyətləri; II fəsil. Ailədə uşaqların tərbiyəsinin təşkili.  III fəsil. Hərtərəfli şəxsiyyət  yetişdirmək ailəninəsas  məqsədidir. IV fəsil.Mədəni vərdişlərin formalarıvə uşaqlardatərbiyə olunma imkanlar; Vfəsil. Şəxsiyyətin inkişafi və ailədə  uşağın   sosial inkişaf şəraiti; VI fəsil. Məktəbin ailə ilə  əlaqə formaları.

Sonda istifadə edilmiş ədəbiyyat verilmişdir.

           Hər  fəsil bir  neçə yarımfəsildən ibarətdir. Tələbələrin müstəqil çalışması üçün hər  yarımfəsildən sonra suallar, tapşırıqlar  və  istifadə üçün ədəbiyyat siyahısı verilmişdir. 

          Göründüyü kimi dərslik geniş və əhatəli işlənmişdir. Bu dərslikdən nəinki tələbələr, nəinki müəllimlər, həmçinin ailə həyatına  hazırlaşan hər bir gənc üçün  əhəmiyyətli və dəyərli bir  kitabdır. Bu dərslik  habelə ailə tərbiyəsində çətinlik çəkən, övladları ilə düzgün ünsiyyət və münasibət  qura  bilməyən valideynlər  üçün də faydalıdır.  Bu dərslik  hamı üçün gərəkli və əhəmiyyətlidir. 

“Ailə pedaqogikası” dərsliyi yüklə

Azərbaycan Respublikasının “Təhsil” Cəmiyyəti” 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − fourteen =