Əjdər Fərzəlinin “Nuh gəmisi, Gəmiqaya-Qobustan əlifbası” kitabının müzakirəsindən

Print Friendly, PDF & Email

    Bu akademiya 1947-ci ildən qol qoyduğu yalanları bu gün etiraf edir, yəni yaxşı mənada. Düşünürəm ki, bu işdə yəqin ki, İsa müəllimin də böyük əməyi var, “AqRa” ictimai birliyinin də böyük əməyi var, yəqin ki, bir müddət əvvəl bu cür müzakirə baş tuta bilməzdi, lakin 1947-ci ildə tədqiqatına başlanmış Qobustan qaya rəsmlərinin bir qayda olaraq arxeoloqlarımız  və sənətşünaslarımız çoban çoluq yaradıcılığı kimi təqdim etməyə başlamışdılar.Ancaq:

     Əjdər müəllimin yazdığı bu kitab göstərir ki, bu hec də belə deyil, bi kitabdakı piktoqramlardan xalqımızın çox zəngin dünya görüşünə malik olduğu, öz fikirlərini işarələrlə damğalarla ifadə etmək gücünü göstərib.

    Yəqin ki, sual versəm Camal Abdullayevi tanıyırsınızmı? (zaldan: tanıyırıq) Bir nəfər tanıdı bu özü də böyük işdir. Mən axşam bu tədbirə hazırlaşarkən “You tube”-da Aztelefilmin çəkdiyi “Qobustan” adlı iki seriyalı filmə baxdım. Bu filmin aparıcısı həmin Camal Abdullayevdir. Bu film 1997-ci ildə çəkilib və həmin film çəkilərkən O, Azərbaycan Politexnik İnstitutunun  tələbəsi idi və məndə olan məlumata görə onun həmin Qobustan qaya rəsmlərinin o vaxta qədər arxeoloqlarımızın sənətşünaslarımızın təqdimatından  cox fərqli olaraq yeni bir tutumda təqdim etməsi elm aləmində narazılıq yaratmışdı və mənim bildiyimə görə həmin adamı ali məktəbdən uzaqlaşdırmışdılar(yəni  ziyanlı bir element kimi). Yəni o dövrdə də indi də yenilik heç vaxt asanlıqla qəbul olunmur, vaxtaşırı təpkilərlə qarşılaşır, o baxımdan da həmin o cavan tədqiqatçının o vaxt irəli sürdüyü fikirlər həqiqətən də çoxları üçün gözlənilməz idi. Mənim Camal Abdullayevə fikrinizi yönəltməkdə məqsədim odur ki, Camal Abdullayevlə   Əjdər Fərzəlinin söylədiyi fikirlər  üst üstə düşür.

     Bunlar sadəcə çoban-çolaq yaradıcılığı deyil, xalqımızın böyük mədəniyyətini  özündə hifz edən dəyərli sənət nümunələridir və düşünürəm ki, bu müzakirə bu çərçivədə qalmamalıdır və dünyanın ən nüfuzlu dilçilik institutlarında bu cür müzakirələr  aparılmalıdır, kitabın təqdimatı ilə və alimlərimizin iştirakı ilə. Düşünürəm ki, indiki zamanda Qarabağ probleminin mövcud olduğu hazırki şəraitdə Gəmiqaya- Qobustan əlifbasının Azərbaycan xalqına məxsus olması həm də Azərbaycan xalqının bu yerin sahibi olduğunu göstərəcəkdir, bu da düşünürəm ki çox önəmli məsələdir.

     Ziyadxan Əliyev, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti,    sənətşünaslıq üzrə fəlsəfə doktoru 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.