Əjdər Fərzəlinin “Dədə Qorqud yolu” kitabı

Print Friendly, PDF & Email

  İstedadlı tədqiqatçı Əjdər Fərzəlinin “Dədə Qorqud yolu” kitabı dilçilik, ədəbiyyatşünaslıq, folklorşünaslıq, tarix, fəlsəfə, arxeologiya, etnoqrafiya, etimologiya, jurnalistika və sair elmlərin qovşağında qələmə alınmışdır. Müəllif öz qarşısına yurdumuzun tarixi xəritəsini yeni anlamda açıqlamağı məqsəd qoymuşdur. Güclü bədii-poetik təfəkkür, elmi işə sonsuz marağı, jurnalistlik peşəsi onu bu işə, açıq zəhmətə sövq etmiş, respublikamızı, xüsusən Gəncəbasar, Qarabağ bölüklərini dönə-dönə, qarış-qarış gəzmiş, toponimlərimizi dərindən öyrənmişdir. 20-25 ildən artıq bir dövrdə müntəzəm surətdə saysız məqalələrlə mətbuatda çıxış etmiş, 1989-cu ildə “Dədə Qorqud yurdu” adlı kitabını buraxdırmışdır. Həm məqalələri, həm də ilk elmi kitabı rəğbətlə qarşılanmışdır. O, öz axtarışlarına bir an da olusn ara verməmiş, yeni ədəbiyyatları, mövcud tədqiqatla bağlı konsepsiyaları, müxtəlif, bir-birinə zidd mülahizələri öyrənməyə çalışmış, lazım gələndə “opponentləri” ilə polemikaya girməkdən də çəkinməmişdir. Onun izlədiyi qayənin qaynaqları təkcə elmi ədəbiyyatlarla, lüğətlərlə, əski və müasir tarixi sənədlərlə məhdudlaşmamış, gəzdiyi, olduğu obalarda, mahallarda el ağsaqqalları və sənətkarları ilə də görüşmüş, xalqın yaddaşından qiymətli “incilər” toplamışdır.

  O, yüzlərlə sözlərə, terminlərə, daşlaşmış adlara, ünvanlara müxtəlif yöndən işıq tutmuş, müasir, vətəndaşlıq mövqeyindən öz fikirlərini, mülahizələrini irəli sürmüşdür. Ümumən, onun qənaətlərini, gəldiyi nəticələri doğru, inandırıcı və əsaslandırılmış hesab etmək olar. Bununla yanaşı, mübahisəli görünən, bəzən tam sübuta yetirilməyən fikirlər də kitabda az deyildir. Görünür, yeni axtarışlar müəllifi öz məqsədinə daha da yaxınlaşdıracaq.

  Əlbəttə, bu şəkildə “Dədə Qorqud yolu” kitabını nəşr etmək olar, xalqımıza belə kitablar çox gərəklidir.

  Güman edirk ki, bu kitab oxucuların və mütəxəssislərin diqqətini cəlb edəcək, onlarda böyük maraq oyadacaq.

Əli Saləddin,

Filologiya elmləri doktoru,

Kitabı Yüklə

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − 7 =