Page 960 - Vahid Rzayev
P. 960
958
Hər zirvəyə yüksəlmək, çatmaq isə, yeni - yeni, zirvələrin yoludur. Hər hansı bir
zirvəyə çatmaq, yüksəlmək, o, zirvədə, marağın, axtarışın zirvəsinə, çatmaqdır.
Zirvə sənin deyil.
Sən zirvədəsənsə, deməli onda, sən, o zirvəninsən.
Kainatları İdarə edən, Ağ işığın zirvəsinə, onun bilgilərinə, bildiklərinə, onların
cəminə çatmaq isə, mümkünsüzdür.
Onlara, yüksəlmək olar, onları bilmək olar, amma ki, onlar, sənin özününkü, ola
bilməz!
10.03.2018
***
Həyat?...
Nədir həyat, necədir həyat?
Bilib, bilmək üçündür, həyat,
öyrənib, görüb, müqayisə edib, müşahidə etmək üçündür, həyat.
Doğulub, bir də, ölmək üçün deyil, həyat.
Axtarıb, öyrənib, bilib - bilməklə, Yer aləmindən bilməklərlə, qayıdılandır bu, həyat.
Nədir həyat, necədir həyat?
Bir doğulub, bir də, ölmək üçün deyil, həyat!
İşıqdan gəlib, İşığı görüb, İşığa qovuşmaq üçün, İşığa bir də qayıdışdır, bu Həyat!
İşıq, Şeytani ola bilməz.
İşıq şeytani olsa əgər, onda, bütün Aləmlər, qaranlığa, bir də, zülmətə bürələnər...
Zülmətə bürələnmiş həyatda isə, heç bir həyat olmaz, əksinə həyatsızlıq olar.
Onda zülmətin özü, öz zülməti ilə, özü - özünü, elə Özündə - özünü, özsüz edərdi.
İşıq yoxsa, Həyat yoxdir.
İşıqdan - İşıq yoxsa, İşığın - İşığa qayıdıb, qovuşması da, yoxdur.
Budur Həyat, İşıqla - İşığın arasındadır, Həyat!
10.03.2018
***
Bütün aləmlər bir nəm, bir də, su...
Bütün yaddaşlar arasında, bir ağrılardır, bir də ki, suda olan yaddaşdır..