Page 963 - Vahid Rzayev
P. 963

961




                  İşıqdan İşıq törəyər, İşıq törədər, İşıq, heç özündən soryşmaz ki, mən niyə varam?
                  Amma ki, yenə də, bütün yaranmışlar, İlkin İşığına qovuşar.

                  Heç, İşıqdan, qopmaz, heç işıqdan uzaq olmaz.
                  11.03.2018


                  ***
                  Onlar da, bir - birinə, yardımçıdır, xilaskardır...
                  Ümumiyyətcə, Azərbaycanın iqlim şərti, həm kəskin isti ilə, həm də, kəskin soyuqla,
                  şaxta ilə, müşayət olunandır.

                  Qış fəslində, Naxçıvanda qar çox yağar.
                  Bə'zən mart ayına kimi, yerdə qar, buz qalar.

                  Ola bilməz ki, qışda qar yağanda, qarın necə yerə yendiyinə, fikir verilməsin.
                  Çox maraqlı görüntü olur, ona görə ki, qar çox intensiv, dayanmadan yağdığından,
                  həmin ərəfədə, hava da, çox sakit, küləksiz, səssiz - küysüz olur.

                  Bu səbəbdən, yağan qar özünə böyük maraq yaradır.

                  Bir  də,  yağmağa  başlayan  qarda,  əsrarəngiz  gözəllik  gizlənir  ki,  bu  səbəbdən,  qar
                  yağanda, insanlar qarın necə yağmasına diqqətlə, mehribanılıqla baxarlar.
                  Qarın konstruksiyası pərə bənzər.

                  Yağan qar dənələri, Yer səthinə fırlana - fırlana, çox da, sakitliklə yenərlər.
                  Hava, yüngül küləkli olsa da, qar dənələrinin pərli quruluşu, qarın yer səthinə sakit
                  yenməsini, sabit saxlayar.

                  Qar ümumi halda, altı künclü olmaqla, hər küncü, hər pəri də, altı qol, formasındadır.
                  Qar, çəkisinə görə yerə yenmir.

                  O, tərkibində daşıdığı həll olunmamış acı minerallara görə Yerə yenir.

                  Əgər, axar sular, yağış suları, öz dad tərkibində, acı daşısaydılar, onda çaylar, bütün
                  axar sular, dad e'tibarı ilə, acı dadı, dadmalı idilər.
                  Azərbaycanda, keçmişdə bə'zi yerlərdə, “daşdan süzülən” sudan istifadə edərdilər.

                  Çay suyunu, o daşdan damcı üsulu ilə, süzərdilər.
                  Bə'zi yerlərdə, süzülmüş o sudan istifafə edərdilər.

                  Ümumiyyətcə, Yer üzündə bütün suların süzgəci, bir Daşdır, bir də ki, Torpaqdır.

                  Yazda  qar  suyu  əridikcə,  yaxudda  ki,  yağışlar  yağdıqca,  torpaq  özündə  yığıb
                  saxladığı, həmin duz birləşmələrini, su tərkibində, tədricən, Dəniz, Okeanlara axıdır.

                  Bu səbəbdən, Dəniz, Okeanların su tərkibi, duzlu və acı olur.
   958   959   960   961   962   963   964   965   966   967   968