Page 966 - Vahid Rzayev
P. 966

964




                  Əslində  isə,  etdikləri  dərin  müşahidənin nəticələrindən  və  Yer  aləmində  baş verən,
                  ərəfə ardıcıllıqlarına, bir ad, “ça”, sonrakı mərhələlərdə, “çar”, yə'ni ki, o “ça”, hecası,
                  bir yerdə dayanmayan, o mütləq, bir - birini əvəz edən hallara, verilən adlıqdır.
                  Həmin adlıq, “çar”, adlığı, ərəfələr adı olduğundan, heç bir xalq, milliyət adı ilə yox,
                  ərəfə ardıcıllığının, bildirilməsidir ki,

                  - “çar - çarx”,
                  - “çar - çarx fələk”, yəni ki, Kainatın dönən təkəri, çərxi,

                  - “çar - mıx”, zorla, güclə, bir vasitə ilə, ağrı ilə, aşağıya dartma prosesi,

                  - “na çar”, karıxan, hərəkət etməyən, həllini bilməyən,
                  - “çal maq”, səs edib, səs salmaq və s.

                  Nəticə  e'tibarı  ilə,  “çar”,  kəlməsi,  bir  yerdə,  durub,  dayana bilməyən,  ərəfələr bir -
                  birini, ardıcıl əvəz etməsini bildirən hal kimi, ifadə olunubdur.
                  Çox - çox sonralar, dilimizə, danışığıma, tələffüzümüzə, “ə”, hərfi, “ə”, fonemi, daxil
                  olduğundan, “çar”, “çarx”, sözünü, kəlməsini, “çərxi fələk” kimi də, tələffüz etmişik.

                  Yə'ni ki, “çar” - ı, “ə”, hərfi ilə də, ifadə edə bilmişik, etmişik.
                  Əslində, Yer aləmində, həyatın başlanma anını,

                  - Günlə, Günəş İşığı ilə başlamasını,

                  - həyat üçün isə, ən əsas, törəyib - törədib, onun, törəmənin artmasına, hər bir halın,
                  təmiz və təmizlik halının, sudan və Su ilə başlamasını, müşahidə etdiklərindən, Yer
                  aləminin ikinci mərhələsini, Su ilə, Su başlanğıcı ilə, yad edərək,
                  -  bütün  halları,  İşıq,  su,  ilə  başlayaraq,  onlarla  birlikdə,  Hava  və  Hava  qatını,  yad
                  edərək,
                  - bütün bu halların, mühit üçün, mühitdə, Yer planetində, baş verməsini, yad edərək,
                  bu ardıcıllıq, dörd mərhələdən keçdiyindən, “Dörd ünsür”, adı verilibdir.

                  Yə'ni ki, bu Dörd ünsür ardıcıllığına:
                  Gün - İşıq başlanğıcı,

                  Su - böyüyüb, pərvəriş tapmasına,
                  Hava  -  yer  aləmində,  canlıların,  törənişinə  o,  hava  kütləsinin  köməkçi  olmasına,
                  Yer, torpaq - bütün canlıların, törətməsinə, mühit yeri olan, Yer Planeti, yad edilərək,
                  bu ardıcıllığa, “çarşənbə, çərşənbə”, kimi, yad edirik.

                  Yer  aləmində  həyatın  hansı  mərhələlərdən  keçməklə  başlamasını,  yad  edirik,  onu
                  bayram anı kimi, özümüzə yaddaş etmişik.
   961   962   963   964   965   966   967   968   969   970   971