Page 797 - Vahid Rzayev
P. 797
795
Çünki, balıqların, quşların, bitkilərin, müxtəlif, bənzər, təsnifatları vardır.
İnsanın isə, özündən başqa, heç bir, “təsnifatı”, yoxdur!
Yer üzündə, bir Kişi görkəmi, bir də, Qadın görkəmi, Vardır!
Bir İnsanın, forması, zahiri görkəmi, dəyişməzdir, sabitdir.
Baxırsan ki, düşünürsən ki, belə bir görkəmdə olan, bu İnsanın, formasını və
konstruksiyasını, təsəvvürdə dəyişib, başqa bir formada, başqa bir konstruksiyada,
başqa bir gözəllikdə, təsəvvür etmək mümkündür?
Əgər ki, bir təsəvvürlə, bu insanın, Anatomik - Fizioloji - Bioloji, quruluş və
formasını, təsəvvürlə dəyişmək, mümkün olarsa idi, onda bu İnsan nə görkəmdə, nə
konstruksiyada, başqa, daha nə Formada ola bilərdi?
Məni bağışlayın, əgər ki, Ç. Darvinin, “təkamül nəzəriyyəsi”, nə qədər, cəlb edici
görünsə də, ona əsaslansaq da belə, bu İnsanın, görkəmi və zahiri görkəmi, nə dönüb,
“meymun” olar, nə də ki, o, meymun dönüb, “insan”, olar!
“Əmək”, nə İnsanı meymuna, nə də ki, meymunu, İnsana çevirə bilir!
Çünki, hər bir halda, bütün canlılar, var olmaq üçün, hərəkətdədirlər!
Amma ki, bu mütləq olan insanın, görkəm və konstruksiyasını, heç bir təsəvvürlə,
dəyişdirib, ona, başqa bir görkəm, vermək də, olmur.
Yenə də, düşünürsən ki, əgər İnsan, belə bir formada olmayıb, o, başqa bir formada,
yə'ni, başqa nə kimi, quruluşda, formada, ola bilərdi?
İnsanı, gördüyümüz bu zahiri görkəmdən başqa, ayrı bir şəkildə təsvir və təsəvvür
etmək, mümkün olmur.
Çünki, o İnsan, heç bir təsəvvürlə, başqa bir, dəyişikliklərə, uğraya bilmir, onlara,
sığmır!
Əgər ki, insan görkəmi, yaranıbsa belə, heyvanat və bitki aləmi isə elə, deməli bu
quruluş, bu formada böyük bir məntiq, bir də, böyük bir, mə'na vardır.
İnsanın, formasını, konstruksiyasını, zahiri görkəmini, bənzərini, oxşarını, heç bir
formaya sığdırıb, onu dəyişmək, olmur.
(Mümkündü? Bəlkə ona, başqa bir görkəm, başqa bir zahiri quruluş, başqa bir forma
vermək olar?).
Bəşəriyyət və İnsan, bütün təsvirlərin, bütün təsəvvürlərin, məzmuisidir!
Ona, görkəmləri vermək istəsək də belə, ətraf aləmin bütün quruluş və formaları,
İnsanla, elə İnsan üçün də, təzahür edibdir.
Ətrafda, təbiətdə, bu aləmdə hər nə varsa, o, elə İnsanda da, var.
Bu sadə səbəbdən, bütün görkəmlər İnsana sığır, o, İnsan isə, heç bir görkəmə sığmır!
05.11.2017

