Page 793 - Vahid Rzayev
P. 793
791
Şamla, Pərvanə...
Yanan şamdakı, fitildir?
Fitil, şama, şam isə, o, fitilə, pərvanədir.
Pərvanə isə, uçaraq, onların ətrafında, onların pərvanəsidir.
Şamla bir olan o, fitil də görüntüdür.
İşıq, o, əriyən şama baxan, işıq salan - İşıq saçan, elə o, İşığın özüdür.
31.10.2017
***
O şam yanmasa, olmaz...
O, yanmasa, o şam da yanmasa, inan ki, o dönər, özü - özünü yandırar.
Onun yaddaşı yanmaq, İşığın yaddaşı, Ağ İşıq salmaqdır.
O şam yanmasa olmaz... şam pərvanəyə, o pərvanə isə, o şama vurğun.
Bir misal Leyli, bir misal Məcnundur.
Leyli, Məcnunun, Məcnun, Leylinin pərvanəsi idi.
Onların, olan pərvanəsi, elə eşqin, özü idi.
Yanan onlar idi.
Eşq isə, o yananların, onların arasında, onların, eşq pərvanəsi idi.
Bu görüntüyə, bu hala baxıb da, o şama baxıb da, sanki, qadın yandıran, kişi isə,
ancaq işıq saçandır.
Qəribədir...
31.10.2017
***
Yaratdı...
Yaratdı, bir dəfə,
Törətdi, dəfədən - dəfə!
02.11.2017
***
Həyat, İşıqsız, susuz, olmaz...
Bizi, əhatə edən aləm içərisində, bütün ardıcıllıqlar, davamiyyətlər, bir - birini əvəz
etmələr, dəyişikliklər, bizim gözümüz qarşısında, baş verir.
Eyni zamanda da, onları, görə bildiyimiz, öyrənə bildiyimiz halların, əhatəsindəyik.