Page 796 - Vahid Rzayev
P. 796

794




                  Göz görə bilər, bu hal, mümkün olandır.
                  Göz, boy görə bilər, əndazə görə bilər, gözəllik görə bilər, yaraşıq görə bilər, özü ilə,
                  özünə uyğunluq görə bilər və s.

                  Görəsən bu, “könül” - deyilən, nədir ki, o, ancaq, sevgi üçün, sevgidə təlatümə düşür?
                  O, könül nədir ki, “göz”- ona, ondan kənar aləmi göstərir, o da, o könül də, ancaq
                  sevgidə təlatümə, düşür?

                  Göz, bir anatomik - bioloji, üzv kimi, bir çox gördüklərini əks elətdirə bilirsə, deyilən
                  həmin o, “könül” - niyə başqa hala, başqa görüntüyə, hər hala, alüdə olmur?

                  O, “könül”, deyilən nədir ki, o, ancaq sevgiyə, alüdə olur?
                  Bu gün sevir, sonra da, o sevgidən də, üz döndərə bilir...

                  Könül, elə bir aləmdir ki, əgər sevdisə, o sevdiyi sevdanı, heç vaxt unutmur.
                  Deməli,  deyilən  o  könül,  elə  budur,  sevdiyi  ona  yaddaş  olur,  sevdiyini  o,  yadda
                  saxlayır.

                  04.11.2017
                  ***

                  Var olmuşuq...
                  Ona görə də, “Var olandan”, var olmuşuq!.

                  “Yox Olandan” - necə var olmaq olardı?
                  05.11.2017

                  ***
                  İnsanın, zahiri görkəmi və anatomik quruluşu, dəyişməzdir

                  Hər bir halın, özünə məxsus, cavabları var.
                  Yoxdur, elə bir sual ki, onun mütləq olan, cavabı da, olmasın.

                  İlkdən  yarandı  belə,  bütün  quruluş,  konstruksiya,  forma,  hərəkətlər,  dayanmayan,
                  tükənməyən, hərəkətlərdə olub, sonda qayıtsın öz ilkinə, öz əvvəlinə.

                  Baxırsan ətrafa, bütün varlıqlara, amma bütün varlıqların, az qala öz təkrarı, öz əvəzi
                  vardır.
                  Quşların,  balıq  təsnifatının,  heyvanat  aləminin,  bitkilərin,  yaşıllıqların,  dağın  -
                  dərənin,  düzəngahın,  dəniz  -  okeanların,  çayların-göllərin,  bulaqların,  rənglərin,
                  səslərin, ahənglərin və s. bənzəri, təkrarı, müqayisəsi, vardır.
                  Amma  ki,  bir  İnsanın  -  onu  əvəz  edə  biləcək,  ikinci,  başqa  bir  görkəmi,  forma  və
                  konstruksiyası yoxdur.

                  İnsan,  kişi  -  qadın,  fərq  etmir,  onlar,  bir  görkəmdə,  bir  formadadır,  bir
                  konstruksiyadadır, bir gözəllikdədir!
   791   792   793   794   795   796   797   798   799   800   801