Page 788 - Vahid Rzayev
P. 788
786
Vaxt, Zaman...
Bu dünyaya, gələcəyimiz vaxtı, gəlməmişdən əvvəl, bilirikmi?
Bu dünyada nə qədər olacağımızı, nə qədər qalacağımızı, onun müddətini, vaxtını,
bilirikmi?
Bu dünyadan, bir də, əbədiyyətə qayıdacağımız, o, günü, o, an vaxtını, bilirikmi?
Yox, bilmirik.
Çünki, əbədiyyətin özündə də belə, “vaxt - zaman” adlı, elə bir məvhum, yoxdur ki, o,
əbədiyyətin özü də, vaxta - zamana sığsın, o, vaxta - zamana uyğunlaşsın.
(Nə gözəl İmiş, 49-a sığan, ədədi silsilə!)
25.10.2017
***
Rənglər, səslər, hərəkətlər...
Hər bir insanın, özü ilə Yer üzünə gətirdiyi, özünə məxsus, öz “rəngi”, xarici görkəmi,
göz yaddaşı, barmaq izi, yer üzündə, ona verilən, adı - vardır.
Hər bir varlığın, özünə məxsus, spesifik olan iyisi, rəngi, əndazə ölçüləri, forması,
guruluşu, vardır.
Necə ki, güllərin-çiçəklərin, meyvə - tərəvəzlərin, göy - göyərtinin, öz İyisi, öz rəngi,
öz boyu, öz dadı, öz adı, vardır.
Bütün bəşəriyyətin, bütün heyvanat aləminin, bütün insanların özünə məxsus,
“görkəmi”- vardır.
İnsanlar, biri-birini, “adları” ilə, səsləri ilə, rəngləri ilə, ayırd edib, biri-birini, belə
tanıyırlar.
Güllər - çiçəklər isə, biri-birini rəngləri, iyiləri (rayihə) ilə, ayırd edib “tanıyırlar”.
Heyvanat aləmi də, biri-birini, görkəmi ilə, rəngi ilə, “iyisi” ilə, tanıyırlar.
Sularda balıqlar, biri-birini, rəng çalarları ilə, əndazə ölçüləri ilə, tanıyırlar.
Təbiətdə quşlar, biri-birini, rəngləri ilə, səsləri ilə, tanıyırlar.
Paradoksal sual çıxır ortaya, əgər bütün varlıqlar biri-birini, rəng, səs, iyi ilə ayırd
edib, tanıyarkən, insan necə ola bilər ki, Kainatda olan, bütün varlıqlar tərəfindən,
tanınmamış olsun?
Kainat tərəfindən, insan da, tanınır.
Davranışları ilə, düşüncələri ilə, ətrafa münasibətləri ilə, adı ilə, ona deyilmiş ayaması
və yaxud, təxəllüsü ilə, ona ayrılmış, işarə “rəngi”, ilə.
Qəribədir, Kainat sistemində olan bütün qalaktikalar, meqaqalaktikalar, planetlər,
asteroidlər, meteoritlər, kvarklar, kvazarlar, bütün kvantlar, onlar da, tanıyarlar, bir -

