Page 748 - Vahid Rzayev
P. 748
746
Danışığa, dilə - dilçiliyə, sonra, əlifba gəlibdir!
Bütün əlifbaların başlanğıcına, ilkinə “A” - hərfi, bütün hərflərin əvvəlində, İlkini
olan kimi, gəlibdir.
Metallar arasında, qiymətli kimi, Gümüş, Qızıl, ilkin tapılıbdır.
Gümüş, Ağ İşıq olub - Kişi təmsilçisidir!
Qızıl, parlaq İşığı İlə - Günəş təmsilçisi, İşıq təmsilçisi!
O, da, İşıq, bu da, İşıq!
O, səbəbdən, biz ilklərik, Yer üzünə ilklərik!
O, səbəbdən biz, A-Zərlərik!
İnsan, barmağında, qolunda, boynunda Zər gəzdirdi, İşıq gəzdirdi!
İşıqdan gəldiyindən, İşıq gəzdirər, İnsanlar da, İşıq!
Metallar arasında, Qara metal, çox-çox, sonralar tapılıbdır!
Bizim, İlkimiz İşıq, adımız, Zər İşıq, daşıyarıq İşıq, sonumuz da, İşıqdır!
Əbədiyyətimiz də, İşıqdır, “O”, İşıqlıdır - İşıq!
22.09.2017
***
Bə'ziləri yatır...
Daş yatır!
Qum yatır!
Bitki yatır!
Canlı yatır, İnsan yatır!
Yatmayan, bir Su, bir Hava, bir də, Günəşdir, bir də, daxili üzvlərimizdir! Yatmayan,
yadımız - yaddaşımızdır, başımız - beynimizdir!
Yatmayan, nəfəsimiz, havamızdır!
Yatmayan - hərəkətlərdir, sür'ətlərdir, bir də, Kainatdır!
Yatmayan, Mürgüləməyən, bir də, Kainatın, Sahibi Mütləqidir!
Yatmayan Mürgüləməyən, bir də, “O” - dur!
22.09.2017
***
Dirəklər, dayaqlar, istinadlar...
Bütün, tikintilər, bütün konstruksiyalar, bütün mexanizmlər, bütün başlanğıclar, ilkin
olan, dirək, dayaq, İstinadlardan, başlayırlar!

