Page 747 - Vahid Rzayev
P. 747
745
***
Yunus Emre məntiqinin, mə'naları çox, dərindir.
Y. Emre məntiqi qarşısında, başqa bir fikir demək, mümkünsüzdür.
Çünki onun, Fəlsəfi mə'na, məntiq, mahiyyətlərində açılan fikirlərini, sübut etməyə
də, ehtiyac qalmır.
Yer üzündə, bütün, Fəlsəfi fikirlər, o qədər, dəqiq və ardıcıldırlar ki, o fikirlər, gözlə
yox, ancaq, dərrakə ilə, görünür!
21.09.2017
***
İşıq olmasa idi, ondan, Zərli, parlaq İşıq şuası da, olmazdı...
Günəşi - görmədəyik,
Günəşi - bilmədəyik!
Günəşsiz - olmamaqdayıq,
İşıqsız da, İstisiz də,
ola - bilməməkdəyik...
İlkindən tapdı insan, metallar arasından, Qızılı, Gümüşü, tapdı İnsan.
“Qızıl” - Günəşdir, günəşindəndir onun rəngi.
Tükənməyəndir onun, rəngi,
solmayandır, onun rəngi, parlaqdır, onun rəngi!
Gizlətsən də, İtirsən də, basdırsan da, solmazdır, onun rəngi!
(Yə'ni, ətrafla, su, torpaqla, əlin - bədənin təmasında da, istidə də, soyuqda da,
Oksidləşə bilmir, onun rəngi).
Peşələr arasında, onun, ustasının adı, Zər – dir
Zər - gər, Zər - gar, olubdur, onun adı!
Qızıl - Günəş, İşıq təmsilçısı olduğundan, Zər təmsilçisi olduğyndan, onun ustasının
da adı, Zərdəndir - Zərgərdir!
Peşələr arasından, suçu adı, əkinçi adı, maldar adı, aqronom adı, dəmirçi adı, dülgər,
dərzi, pinəçi, süpürgəçi, sürücü, metallurq və nə qədər adlar və adlıqlar var.
Amma ki, Qızıl-Gümüş ustasının, vardır, bir adı!
İşıq təmsilçisi, Günəş təmsilçisi, Zər təmsilçisidir onun, adı!
Zərdir, Zərgərdir, Zərgardır, (pərgardır), o, peşəkarın, adı!
İlkdən, Yer üzünə, ünsüyyətə dil, danışıq gəlibdir.