Page 459 - Vahid Rzayev
P. 459

457




                  Hava ilə, su birliyi, bütün varlıqlara, bir konservantdır, bir də, qoruyucudur.
                  09.01.2017

                  ***


                  Günəş İşığı...
                  Yaxşı ki, bir olan Günəşi, kateqoriyalara, sizin, bizimə, onların, kimlərinsə arasında,
                  öz arasında, bölə bilmədilər.

                  Bütün  bəşəriyyət,  bütün  dövr  və  zamanlar  üçün,  Günəşi,  sabit,  bir  adlı,  bir  İşıq
                  mənbəyi kimi, gördü, bildi, tanıdı.

                  Onu, öz aralarında isə, bölə bilmədilər.
                  Nələr bölünmədi, nələri bölmədilər ki?

                  Ancaq, bir İşığı, öz aralarında, bölə, bilmədilər.

                  Çünki, o, İşıq, hamı üçündür.
                  Hamıya, O, İşığı saçır!

                  Yaxşıya da, pisə də, e'tinasıza da, saymaza da, özündən razı, özündən narazıya da,
                  əhli - kefə də, O, öz İşığını saçır.
                  Amma,  o  işıq  payı,  heç  kim  arasında,  bölünməz,  ona  müxtəlif  bəhanələrlə  sahib
                  çıxılmaz.
                  O, İşıq, hamı üçündür, o, hamınındır.

                  Amma,  Günəş  də,  öz  sabit  İşığını,  hamı  üçün,  bərabər  bölən,  hamı  üçün,  bərabər
                  saçan, bərabər yayandır.
                  Günəş seçməz, kim - kimdir, kimlə - kimdir.

                  Günəş, İşığını seçmədi, hər kəs, hər kütlə, hər varlıq üçün saçdı, onu İşıqlandırdı.

                  Bir Günəşi öz aralarında, sənin, mənim, bizim, onların arasında, bölə, bilmədilər.
                  Çünki, bölünməyəni, necə böləcəydilər.

                  09.01.2017

                  ***


                  Bir olmaq, bir də, ölmək üçün, gəlmirik Yer üzünə...
                  Olan, bütün bəşəriyyəti, bütün vaxtlar və zamanlar əhatəsində, bir sual düşündürüb,
                  “mən, nə üçün gəlmişəm, Yer üzünə?”

                  Bütün bəşəriyyət, belə düşünüb və yenə də, belə, düşünəcəkdir!
                  İnsan  və  bütün  bəşəriyyət,  bütün  varlıqlar,  bir  izdivacları  üçün,  bir  də,  təbii
                  ehtiyaclarını, ödəmək üçün, gəlməz Yer üzünə.
   454   455   456   457   458   459   460   461   462   463   464