Page 978 - Vahid Rzayev
P. 978
976
Əgər ki, ağız boşluğu olmasa, mə'də, nəyə gərək?
Əgər ki, mə'də olmasa, bağırsaq sistemi, nəyə gərək?
Əgər ki, bağırsaq sistemi olmasa, təbbi ehtiyac yolu, nəyə gərək?
Əgər ki, ağ ciyarlar olmasa, nəfəs, nəyə gərək?
Əgər ki, qara ciyar olmasa, qan ehtiyatı, nəyə gərək?
Əgər ki, qan olmasa, ürəyin döyünməsi, nəyə gərək?
Əgər ki, insan olmasa, bu quruluş nəyə gərək?
Əgər ki, Yer olmasa, İnsan nəyə gərək?
Onda, insansız Yer, - Yersiz də insan, nəyə gərək?
18.03.2018
***
Bayramın - bayramı,
Bayramlar - bayramı...
Nə dəyərli bir sevinc, nə xoş olan bir mərhələ, nə İşıqlı bir başlanğıc.
İşıq olmasa idi, necə başlayardı, olmalı və olacaq, başlanğıc?
Çox möhtəşəm bir başlanğıc, çox möhtəşəm bir quruluş!
Həyatın başlanması üçün, təməl başlanmalıdır, Həyat isə, təməldən başlanmalıdır.
Yer həyatının özü də bir təməl başlanğıcıdır.
Yer həyatının özünə isə, təməlin, özü təməllənməli idi.
Təməllərin başlanğıcı, Kainatdan - Kainatla, İşıqla - İşıqdan, Günəş İşığından
başlanmalı idi ki...
Günəş işıqlandırmalı idi, Həyat isə onun, o İşığa sevincəklə, həyatın özü də, Həyatla
olmalı idi ki, elə də, oldu!
Ol, olmasa idi, olmalı olan, necə olacaqdı ki...
Gör ki, babalarımız bu Ərazidə və bu ərazidən, Həyatı müşayət edərək, həyatın
başlanğıc anını, bayram ediblər!
Yerlə - Göy, yerdən isə, Göyün özünə bayram ediblər.
Həyatın, başlanğıc olan əlamətini, Göydən görüblər, göylə görüblər, Ulduzların
düzülüş qaydasından görüblər!
Onu bürc, o Bürcü isə, onun ərəfəsinə uyğun olaraq, Qoç deyiblər.
Babalarımız, elm deyiblər, elmdən deyiblər, elmlə deyiblər, bütün elmlərin
başlanğıcını, Səmadan - səmavi, o səmadan Kainatı müşahidə edərək, Astronomiyanı