Page 974 - Vahid Rzayev
P. 974
972
Hə - necə olur?...
Nə olur, necə olur, insan necə olur?
Sual bu, sual da, bundadır.
Bir insan ömrü, bir adam ömrü, müddətlər arasında, müddətlər bölümündədir.
O insan, doğulandan - doğulan andan, öyrənməyə, bilib - bilməyə başlayır.
İnsan, baxıb - baxıb, dinləyib - dinləyib, eşitdiklərini, bildikləri arasında, bilmək
istədikləri arasında bölməyə başlayır.
İnsan ancaq öyrənməyə, bilməyə gəlir, Yer üzünə.
İnsan Yer üzünə gələli, özünü tanımağa gəlir.
Ona görə də, insan Yer aləmində ancaq və ancaq oxumaq, bilmək, hər dəfə ətrafa
baxdıqca, yeni bir aləmi, öyrənmək arasında, olur.
Hanı o insan ki, bildikləri ilə, yensin, gəlsin, Yer üzünə?
Və gəlsin, bildirsin ki, desin ki, hər bir işi, hər bir halı, nəyin - nə ilə, nə səbəbdən belə
bir ardıcıllıqla belə qurulduğunu, özüm qurmuşam, öz qurduğumu, özüm bilirəm.
Xeyir, yox, qətiyyən belə deyi, belə ola da, bilmir.
İnsan, adam, özünü tanımağa gəlir.
Özünü bilməyə gəlir, özünü, öyrənməyə gəlir.
Kim dedi ki, mən hər bir halı, bilirəm?
Kainatdan, hər an, insana Yer üzündə olan insana, diqqət edərlər, o insan, özünü,
tanıdımı?
İlk insandan, ilk gündən, Yer insanına, ancaq bilib öyrənməyə tövsiyə etdilər.
Çünki, İnsan, ancaq özünü, özü, əhatə olunduğu aləmləri dərk etsin. İnsan özünü
tanısın, özünü dərk etsin.
Davrandığını, etdiklərini, bilsin, özünü tanısın.
Və ondan, soruşulsa ki, özünü tanıdınmı?
Lazım olmayanları etdikcən, o sən idinmi, sən elə, olmalıydınmı?
Sən özünü tanıdınmı?
O, sən elə olmamalı idin.
Sən özünü tanımalı, nəyə görə o aləmdə olduğunla, maraqlı olmalı idin.
15.03.2018
***
Dayanmayan, tükənməyən, zəlzələlər...