Page 641 - Vahid Rzayev
P. 641

639




                  Meynələr çubuğundakı xanələr arası məsafələr, (simmetriya) pozulmur!
                  Televiziya kanallarından, Meyxanə janrının, müzakirələrini seyr etdikcə, düşünürük:
                  “meyxana - meyxanasa, bəs onda, şərabxanə, nədir?”.

                  Böyük, Meyxanə ustadları, öz şagirdlərinə, göz önündə, dərk edilə bilən, dərs vəsaiti
                  kimi,  (Abşeron  yarımadası)  bir,  meynənin  çubuğunu  göstərərək,  ümumən,  Təbiəti
                  misal çəkərək, “fikri, çubuq kimi düz de, məntiqdə, qafiyəyə sığdırıb, qəfildən de!
                  Qafiyə  sonluğunu,  “u”,  “ü”-  də  tamamlayaraq,  tərəf  -  müqabilə,  məntiqi  cavabı
                  deməyə yer ver! Meynə çubuğunda olan, xanələr arası məsafəyə, uyğun de!

                  Meynənin,  xanəsindən  çıxmaq  olmaz,  qafiyə  pozular.  Qafiyə  pozularsa  əgər,  fikir
                  pozular,  “meyxanə”  qafiyələri,  sözlü  yığım  olar.  Məntiqin  ahəngi  pozular”,  deyə  -
                  söyləyiblər.
                  Ö.Xəyyamın, İ.Nəsiminin Rübailərinə, baxaq.

                  Dörd misralı, bu Rübailərdə, dörd misra bir məntiqə, beşinci misranı isə, söyləməyə,
                  nə yer, nə ehtiyac, qalmayıb.
                  Rübai də, sanki, bir meynədə, bir şanədir!

                  Yə'ni ki, meynə çubuğundakı xanələrində, simmetriya pozulmur.
                  M.Nostradamusda da, katrenlər dördlükdədir.

                  Dördlük tamlığın ifadəsidir.
                  Qəzəlxan, Ə.Vahidin Qəzəllərinin hər biri, “Şanənin”, şanəsində, şanə - şanədir.

                  Meyxanə  janrı  da,  meynə  xanələri  arasında,  simetriyaya  uyğundur,  amma,
                  şərabxanadan deyil.

                  Şərabxanada, səslər çox olar, məntiq olmaz, fikir, cəm ola, bilməz.
                  Xalq, Xalqı yarada bilməz.

                  Xalq, Dil yarada, bilməz.
                  Dil, dilçilik, Yaradandandır.

                  Kainatlara üz tutub, xitab edənlər, İlkə, Yaradıcıya xitab edənlər, Kainatın Dilində,
                  xitab edərlər!
                  Əgər,  Bəşərin  Dilini  kainatlar  bilmirsə,  əgər  xitablarımız  eşidiləcək,  lakin  dərk
                  edilməyəcəksə,  sorğu  olacaqsa  əgər,  cavab  orada,  “mənim  öz  dilimdə”  dərk
                  edilməyəcəksə, mənə nə sorğu, onda mənə, nə sual?

                  Onda mən orada, nə azad, nə sərbəst adammışam!

                  ...Vəhdət, ahəngdədir, ahəng isə, Məntiqin ifadəsidir!
                  Elə buna görə də: Bəşər, mənim dilim – Kainatın dili!

                  Kainatın dili – Cəm Bəşəriyyətin, Dili!
   636   637   638   639   640   641   642   643   644   645   646