Page 626 - Vahid Rzayev
P. 626
624
Şe'riyyat (9-luq), Qəzəllər, Rübailər, Novellalar, Romanlar, Oçerklər, bütün mətnlər,
ölçülərdən çıxmaz, ölçülərə, sığar!
Musiqilər : bəstələr, rənglər, dəramətlər, nəqarətlər, operalar, baletlər, simfonik
əsərlər, ariyalar, duetlər, xor kapellaları, romanslar, kvartetlər və s. ölçülərdən
(Çərəklər, səkkizliklər, on altılıqlar, diyezlər, qammalar), çıxmaz!
Vaxtlar-zamanlar bir -birindən qopmaz, uzaqlaşmaz, ayrılmaz!
Maşın-mexanızmlər, binalar, tikintilər, təyyarələr, gəmilər, tələb olunan ölçülərdən,
çıxmaz.
Gecə-Gündüz, Günəş Planetlər, yerindən çıxmaz biri-birindən uzaqlaşmaz biri-birinə
yaxınlaşmaz, on altılıq, hərəkət sür'ətindən, geridə qalmaz.
Qəribə deyil mütləqdir, Yarasalar o canlı varlıqlar gecələr uçar, gündüzlər uçmaz!
Səbəb nədir ki, onlar gündüzlər uçmaz?
Niyə, Quşlar Gün boylanandan oyanar, Gün batanda, yuvalarına çəkilər?
Niyə, “toyuq korluğu”-deyilən bir tibbi diaqnoz var ki, Gün batanda toyuq gözləri,
ətrafını görməz?
Axı, bunların hamısına səbəblər olmalıdır!
Çünki, o quşların, o yarasaların göz görmə sür'ətinə uygun, göz işıq görmə qədərləri
belə nizamlanıblar!
Yırtıcı heyvanların, şir, pələng, canavar və s gecə də, gündüzdə göz “işıq görmə”-
qədəri bərabərlik bölgüsünə yaxın olduğundan, vaxta-zamana bölünmürlər. Ev
heyvanlarından it, pişik, at, eşşək bərabər “işıq görmə”- sür'əti, işığı bərabər bölmə
xüsusiyyətinə görə, (gözün) rahat görərlər!
Qış vaxtı Alpinistlər dağ zirvələrinə qalxarkən mütləq olaraq tünd eynək taxarlar,
Şimal-Cənub qütblərinə yollanan ekspedisiya üzvləri, mütləq olaraq, tünd eynək
taxarlar!
Çünki uzun müddət, yol boyu, ayaq altına, Ağ olan Qara, baxdıqlarından, onların,
gözləri kor olmasın deyə o tünd eynəklərdən istifadə edirlər!
Qütblərə yollanan ekspedisiya iştirakçıları arasında tamami ilə, kor olduqdan sonra,
tünd şüşəli, eynəklərdən istifadə etməklə, Qarda yerimək, hərəkət etmək, qanun kimi,
qəbul olunub.
Biz canlıların da, gözlərinin görmə sür'əti spektral, (müxtəlif rəng çalarları bölgüsü)
ona uyğun, Yaranışdan, gözlərimiz belə nizamlanıb!
Çünki, Kainatda bütün Planetlərin, birgə hərəkət sür'əti, 16-ya nizamlandığından, o
hərəkəti görmə, sür'ətinə uyğun olaraq, bizim görmə (rəngləri istər-istəməz gözlərimiz
bölüşdürüb nizamlayır) ona uyğun olaraq, görərik!