Page 480 - Vahid Rzayev
P. 480

478




                  Su, öz səsində.
                  Bulaq, çeşmə, şəlalə, çay, öz səsində.

                  Yağış, öz səsində, leysan, öz səsində, damcı, öz səsində.
                  Su, öz səsində.

                  Od, öz səsində.

                  Ocaq, öz səsində, tonqal, öz səsində, yanğın da var, öz səsində, təndir, öz səsində.
                  Nə səsizdir ki?...

                  İnsan, öz səsində, çağırar, öz səsində, deyər, öz səsində, tanıyarlar onu, öz səsində.
                  Dalğanın, öz səsi, sahilin, öz səsi, ləpədöyənin, öz səsi, tufanın, öz səsi.

                  Nədir səs, niyədir, səs?
                  Səs olmasa, eşitmərik, səs olmasa, bilmərik.

                  Səs də, dalğadır, o da, uzununadır.

                  Düşüncəmiz də, səsdir, o, tezlikdədir, o, tezlik, səsidir.
                  O, da, yayılandır, o, da, eşidiləndir.

                  Kainatlara, “düşüncəmiz”, tezlik səsində, yayılandır.
                  Kainatın da var, öz səsi.

                  Kainatla, Kainatda, səs eşidilər, Kainatın, öz səsi, dinlənilər.
                  Necə eşidər, Kainat bizi, niyə eşidər, Kainat bizi?

                  Düşüncəmizin  tezliyindən,  düşüncəmizin  sür'ətindən,  hecamızın  quruluşundan,
                  sözlərimizin  ardıcıllığından,  cümləmizdəki  istəklərdən,  Kainata  yayılan,  düşüncə
                  sür'ətindən, eşidər bizi, bilər bizi, tanıyar bizi.

                  Nə səssizdir ki, niyə səssizdir ki?
                  Səs olmasa, eşitmərik.

                  Səs olmasa, bilmərik.
                  Düşüncə tezliyimiz olmasa, Kainata, eşidilmərik.

                  Səsi, səsləri, görmürük.
                  Onları ancaq, eşidə bilirik.

                  Onları ancaq, eşitdirə, bilirik!

                  28.01.2017

                  ***

                  Nə “kasıb”, nə də ki, “dövlətli”, var...
   475   476   477   478   479   480   481   482   483   484   485