Naxçıvan rəssamlarının portret yaradıcılığı (1950-1990)

Print Friendly

 

Naxçıvan rəssamlarının portret yaradıcılığı (1950-1990)

Məqalədə boyakarlıq və qrafikanın əsasən janrlarından biri olan portret janrının xüsusiyyətləri, Azərbaycan incəsənətində portret yaradıcılığının tarixi kökləri və Naxçıvan rəs-samlarının 1950-1990-cı illərdə yaratdıqları portret janrındakı əsərlərindən bəhs edilir. Yara-dıcılıqları bu illərə təsadüf edən rəssamlardan Hüseyn Əliyev, Elmira Şahtaxtinskaya, İbrahim Səfi, Əkbər Kazımbəyov, Əyyub Hüseynov, Cəmil Müfidzadə, Şamil Qazıyev, Məmməd Qasımov, Yuran Məmmədov, Həmid Qasımov, Yavuz Kərimov, Məmmədəli İsmayılov, Nurhüseyn Mahmudov, Əyyub Səfərov, Sabir Qədimov, Mir Cəlil Seyidov, Telman Abdinov və başqalarının portret yaradıcılıqları haqqında geniş məlumat verilmişdir.

Açar sözlər: Naxçıvan, rəssam, təsviri incəsənət, portret, janr, əsər.

Portret təsviri incəsənətin əsas janrlarından biridir. Digər janrlarda ol-duğu kimi portret əsərləri də öz məzmununu ictimai həyatdan alır və ictimai varlığı spesifik bədii obrazlar vasitəsi ilə əks edir və ictimai həyata təsir göstə-rir. Ona görə də portretçi rəssam öz əsərlərində insanın yalnız zahiri oxşarlıq, poza, hərəkət və mimika kimi xarici əlamətlərini verməklə kifayətlənməyir. O, eyni zamanda portretini çəkdiyi şəxsin mənəvi dünyasını, psixoloji xüsusiyyə-tini və nə cür xarakterə malik olduğunu da göstərməyə çalışır.

Bədii forma və təsvir formalarına görə portret əsərləri monumental, təntənəli, rəsmi, intim, satirik və s. olur. Ancaq bu növlərdən hər biri ictimai hə-yatdan – mövcud siyasi-iqtisadi quruluşdan asılı olaraq müxtəlif dövrlərdə müxtəlif dərəcələrdə inkişaf etmişdir (2, s. 225).

Azərbaycan incəsənətində ilk insan təsvirlərinə XIII əsrin sonu və XIV əsrin əvvəllərində Marağa və Təbrizdə yazılmış əlyazmalarda rast gəlmək olur. Bu vaxtdan etibarən Marağa və Təbriz şəhərlərində yayılmağa başlayan miniatür sənəti XV-XVI əsrlərdə arası kəsilmədən inkişaf edir. XVI əsrdə isə Təbriz miniatür məktəbi nəinki, orta əsr Azərbaycan, eləcə də qonşu Şərq xalq-ları incəsənətinin inkişafında da əhəmiyyətli yer tutur. Təbriz rəssamlarının ya-ratdığı surətlərdə portret janrı üçün xas olan iki əsas xüsusiyyət nəzərə çarpır: İdealizə etmək və tipikləşdirmək.

İdealizə etmə yolu ilə yaradılan əsərlərdə əsasən insanın zahiri əlamət-ləri – geyim, zinət və s. təsvir olunaraq, demək olar ki, daha qəşəng və gözəl verilirdi. Buna görə də bu cür portretlərdə insanın daxili aləmi, fərdi psixoloji xüsusiyyətləri öz əksini tapa bilməzdi. Bu yol ilə əsasən şah, şahzadə, əyanlar və yuxarı təbəqəyə aid olan qadın surətləri yaradılırdı. Kəndli, döyüşçü, qulluq-çu və aşağı təbəqəyə aid olan insanlara aid portretlər məzmununa uyğun olaraq tipikləşdirmə yolu ilə yaradılırdı (1, s. 77-89), (4, s. 66-71).

XVII əsr Azərbaycan rəssamlığının, eləcə də portret sənətinin süqut dövrü olmuşdur. XVIII əsrdə isə portret divar rəsmlərində, xalqın yaradıcı qüv-vəsini nümayiş etdirən xalqın sevimli surətlərini təcəssüm etdirmişdir.

Təbriz miniatür məktəbinin ənənəsinin davamını XIX əsr Cənubi Azər-baycan rəssamı Həsən Əfşarın əsərlərində və görkəmli rəssam Mirzə Qədim İrəvaninin və Mir Möhsün Nəvvabın yaradıcılığında izləmək mümkündür. Bu dövrdə portret sənətində realistik xüsusiyyətlər təzahür etsə də, bu janr tamam-ilə realizmə əsaslana bilməmişdir.

Lakin XX əsrin əvvəllərindən etibarən Azərbaycanda realistik portret nümunələri yaranmağa başlamışdır. Yeni tarixi şəraitdən doğan ictimai münasi-bətlər bədii yaradıcılıqda da öz əksini tapmağa başlayır. Azərbaycan təsviri in-cəsənətinin görkəmli nümayəndələrindən Əzim Əzimzadə və Bəhruz Kəngərli Avropa və “Molla Nəsrəddin” jurnalının təsiri altında yaradıcılıq istiqaməti Azərbaycan portret sənətində mövcud olan təsvir dairəsinin və dekorativ məh-dudluğunun çərçivəsini qıraraq ona yeni ideya, məzmun və yeni forma gətir-mişlər. Əzim Əzimzadənin satirik portretləri və Bəhruz Kəngərlinin yoxsul xalq nümayəndələrini təsvir edən portretləri bunu daha yaxşı sübut edir.

Ümumiyyətlə, XX əsrin əvvəllərində həyata keçirilən mədəni inqilab nəticəsində Azərbaycanda incəsənətin bir sıra yeni növləri və janrları meydana çıxmış, keçmiş milli-mədəni irsin ən gözəl ənənələrinə və realist dünya sənəti-nin mütərəqqi nailiyyətlərinə əsaslanan yeni tipli incəsənət yaranmışdır. Azər-baycanda, o cümlədən Naxçıvanda realizm prinsiplərinə sadiq olan istedadlı rəssamların milli yaradıcılıq məktəbləri formalaşmışdır.

Azərbaycan təsviri sənət tarixinə professional rəssamlıq sənətinin banisi kimi daxil olmuş Bəhruz Kəngərli çoxəsrlik rəssamlıq sənətimizdə tamamilə yeni olan realist boyakarlığın əsasını qoymuşdur. Onun yaradıcılıq ənənələri Naxçıvanda rəssamlıq sənətinin formalaşmasında böyük rol oynamışdır.

Azərbaycan incəsənətində öz yaradıcılığı ilə parlaq bir səhifə açmış Bəhruz Kəngərlinin bədii irsinə daxil olan əsərlərin böyük əksəriyyətini mən-zərələr təşkil etsə də, onun yaradıcılığında portret janrı da əsas yerlərdən birini tutur. Onun əsasən akvarellə işlədiyi uşaq, qadın və kişi portretləri (“Yatmış uşaq”, “Uşaq başı”, “Naxçıvan gözəli”, “Avtoportret”, “Qoca kişi”, “Rus dili müəllimi Məhəmməd Zamanbəyovun portreti”, “Şirniyyatçı Kərbəlayi Heydə-rin portreti” və s.) və qaçqınlar seriyasına aid olan “İki qaçqın qız”, “Qaçqın oğlan”, “Çanfəda kəndindən qaçqın”, “Avşar kəndindən qaçmış qadın”, “Qaç-qın xanım”, “Qırmızı yaylıqlı qız” və s. portretləri misal göstərmək olar (10, s. 43-53).

Azərbaycanın xalq rəssamı Hüseyn Əliyevi əsasən mənzərə çəkən bir rəssam kimi tanısaq da, onun portret janrında çəkdiyi əsərlərin də əhəmiyyətli yeri vardır. Belə ki, hələ 1939-cu ildə böyük dramaturq M.F.Axundovun portre-tini yaratmaq üçün keçirilən müsabiqədə Hüseyn Əliyevin çəkdiyi portret mü-sabiqənin ikinci mükafatına layiq görülmüşdür.

Onun yaradıcılığında 1950-1970-ci illər xüsusi yer tutur. O, bu illərdə Azərbaycan rayonlarını qarış-qarış gəzmiş, əmək və istehsalat qabaqcılları, ay-rı-ayrı sənət adamları və ziyalılarla görüşmüş onların bir-birindən maraqlı portret-lərini yaratmışdır (13, s. 142-143). Onun bu silsilədən olan – “Kişi portreti”, “Rəssamın portreti”, “Qadın portreti”, “Naturaçı” (1954), “İslam İbrahimovun portreti” (1955), “Tərcüməçi Vəli Hacıoğlu” (1958), “Avtoportret”, “Sədulla Ramazanovun portreti”, “Oğlum Nazimin portreti”, “Qızım Nərgizin portreti” (1962), “Yatmış qadın” (1964), “Kolxozçu”, “Gül Bala Əliyevin portreti” (1966), “Sərhədçinin portreti” (1968) və s. portretləri o dövrün portret sənətində özünəməxsus yer tutur (11, s. 3-5).

Azərbaycan milli incəsənətinin inkişafında böyük xidmətləri olan rəs-samlardan biri də Azərbaycanın xalq rəssamı Elmira Şahtaxtinskayadır (1930-1996). O, təbiət, insan və həyat vurğunu idi. Onun əsərlərində həyat eşqi çox güclü idi. Elmira Şahtaxtinskaya uzun illər ərzində “Azərnəşr”in bədii redakto-ru, Dövlət Mətbuat və Poliqrafiya komitəsinin baş rəssamı vəzifələrində çalış-mış, keçmiş SSRİ və Azərbaycan Rəssamlar İttifaqı İdarə heyətinin və SSRİ Mədəniyyət Nazirliyi Bədii Şurasının üzvü olmuşdur.

Rəssam “Azərbaycan qədim mədəniyyət ölkəsidir” adlı əsərin yaradıl-masına hələ 70-ci illərdə başlasa da, o, yalnız 80-ci illərdə reallaşdı. Rəssamın yaratdığı 20-dən çox portret tablosu bu silsilədəndir. Bunlar Təbriz miniatür məktəbinin dahi nümayəndəsi Soltan Məhəmməd, şairlərdən Qətran Təbrizi, Xaqani Şirvani, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Məhsəti Gəncəvi, musi-qiçilərdən Səfiəddin Ürməvi, Əbdülqadir Mərağai, dahi memar Əcəmi, filosof Bəhmənyar, xəttat Mirəli Təbrizi, böyük hökmdar və sərkərdə, Azərbaycan di-linin islahatçısı, şair Şah İsmayıl Xətaidir. Dahi Nəsrəddin Tusinin obrazına El-mira Şahtaxtinskaya üç dəfə müraciət etmişdir. Bəlkə də rəssamın yaratdığı portretlər içərisində ən yadda qalan və ən təsirli obrazdır. Əsl sənət dili, coğrafi, ərazi sədlərini nəzərə almayaraq bütün ürəklərə yol açır. Rəssam “Bütün bəşə-riyyətə” silsilə portretlərini məhz belə sənətkarlara həsr etmişdir. Bunlar  Niza-mi, Nəvai, Şekspir, Puşkin, Bethoven və s. dahilərdir. Elmira Şahtaxtinskaya di-gər janrlarda olduğu kimi, portret yaradıcılığında da, bəşəri hislər, insanpər-vərlik, humanizm və bu kimi keyfiyyətləri ön plana çəkən örnək rəssamları-mızdan biri idi (13, s. 531).

İbrahim Səfi (1898-1983) ilk təhsilini Baş Noraşen (İndiki Cəlilkənd) kənd məktəbində almış, sonra İrəvan Müəllimlər Seminariyasında oxumuşdur. 1913-cü ildə Moskva Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq məktəbinin ha-zırlıq şöbəsinə daxil olmuş, lakin müəyyən səbəblərə görə təhsilini yarımçıq qoymuşdur. O, Birinci Dünya Müharibəsindən sonra Türkiyəyə getmiş, 1923-cü ildə İstanbul Gözəl Sənətlər Akademiyasını bitirmişdir. Bədii yaradıcılığa erkən başlayan rəssam 1920-ci ildə Türkiyədə keçirilən Avropa rəssamları müsabiqə-sinin mükafatını almışdır. Müxtəlif sənət cərəyanlarına, təzadlı rəssamlıq üslub-larına yaxından bələd olan İbrahim Səfinin yaradıcılığında realizmə üstünlük verilmiş, dünya incəsənətinin mütərəqqi ənənələri davam etdirilmişdir. Onun portret janrında “Atatürkün portreti”, “Qaraçı qız”, “Qadın portreti”, “Portret”, “Gəzər-gi musiqiçi Hafizin portreti”, “Zərrux xanımın portreti”, “Zaxarinanın portreti” və s. kimi bir-birindən qiymətli tablolar yaratmışdır. Əsərləri Türkiyə və Yuna-nıstandakı muzeylərdə, Milli Azərbaycan İncəsənət Muzeyində, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində və şəxsi kolleksiyalarda saxlanılır (13, s. 206-207).

Əkbər Kazımbəyov (1884-1972). O, 1884-cü ildə Şərurda köklü-soylu bir ailədə dünyaya gəlmişdir. O, 1907-ci ildə İrəvanda gimnaziyanı bitirdikdən sonra ali təhsil almaq üçün Kiyevə gedir. Bir müddət Kiyev Universitetinin hü-quq fakültəsində oxuduqdan sonra təhsilini Moskva Universitetinin hüquq fa-kültəsində davam etdirir və buranı müvəffəqiyyətlə bitirir. Təsviri sənətə olan maraq Əkbərdə rəssam olmaq arzusu oyadır. Bu arzu ilə o, 1911-ci ildə Moskva Rəssamlıq Akademiyasına daxil olur. 1915-ci ildə akademiyanın rəsm bölümü-nü bitirən Əkbər heykəltəraşlıq bölümündən də sertifikat alır. Lakin həyatın amansız dalğaları Əkbəri Vətəndən çox uzaqlara aparır. Birinci Dünya Mühari-bəsi zamanı Zaqafqaziyada döyüşən ordu ilə Türkiyəyə gedir. O, rəsm çəkməyə gec başlasa da, onunla ciddi məşğul olmağa başlayır. Həyatının son üç ilində çəkdiyi 35-40 ədəd portret, mənzərə, natürmort və çoxfiqurlu kompozisiyalar-dan ibarət tabloları, ölümündən 14 il sonra oğlu Nuri Muğanın təşəbbüsü ilə İs-tanbul Pamük Bank Suadiye Sanat Qalerisində 1986-cı ilin 4 aprel-2 may tari-xində açılan sərgidə ilk dəfə tamaşaçılara və sənət dünyasına təqdim olunur. Rəssamın əsərləri Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Mu-zeyində, Türkiyədəki muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır.

Əyyub Hüseynov (1916-1998) Azərbaycan rəssamlıq Texnikumunu 1935-ci ildə, Tiflis Rəssamlıq Akademiyasını 1941-ci ildə bitirmişdir. Uzun illər ər-zində Əzim Əzimzadə adına Rəssamlıq məktəbində işləmiş, 1956-65-ci illərdə isə həmin məktəbin direktoru olmuşdur. Azərbaycanın xalq rəssamı Əyyub Hü-seynov əsasən tematik tablo, məişət janrında və əmək mövzusunda işləmiş, “Naxçıvan duz mədənində”, “Avtoportret” (1957), “Qoca kişi portreti” (1965), “Kolxozçu” (1977), “Qadın portreti”, “Tələbə qız” və s. portretlər və tarixi kompozisiyalar yaratmışdır.

Naxçıvanda dünyaya göz açmış Azərbaycanın tanınmış rəssamlarından biri, Azərbaycanın əməkdar rəssamı, qrafika ustası Cəmil Müfidzadədir (1934). O, “Anamın portreti” (1965), “Molla Pənah Vaqifin portreti” (1967), “Ovçunun portreti”, “Maral sürənin portreti”, “Kür balıqçısı” (1976), “Tikçinin portreti” (1977), “Dostlar” (1984) kimi silsilə portretlərin müəllifidir. Onun fərdi sərgi-ləri Bakı, Moskva, İstanbul, Polşa və Fransada təşkil olunmuşdur. Dünyanın bir çox muzey və şəxsi kolleksiyalarında onun əsərləri saxlanılır (16, s. 5).

Bəhruz Kəngərlidən sonra Naxçıvanda rəssamlıq sənətinin formalaşma-sında böyük rolu olan rəssamlardan biri də Şamil Qazıyev (1908-1980) olmuş-dur. O, əsasən, teatr rəssamı kimi fəaliyyət göstərmiş, 1934-cü ildən “Şərq qapı-sı” qəzetinin baş rəssamı, eyni zamanda Naxçıvan Teatrının baş rəssamı (1934-1948) olmuşdur. Şamil Qazıyev portret janrında da bir neçə maraqlı boyakarlıq və qrafika əsərlər yaratmışdır. Onun “Çarıqçı”, “Avtoportret”, “Sərhədçi” (1976), “Qaçqınlar”, “Adaxlı” (1977) və s. portretlərini misal göstərmək olar (9, s. 3).

Məmməd Qasımov (1925-1987) Bakı Dövlət Rəssamlıq Məktəbinin bi-tirdikdən (1947-1952) sonra bütün həyat və yaradıcılığını Naxçıvan teatrının çi-çəklənməsinə həsr etmişdir. O, təkcə teatr rəssamı kimi fəaliyyət göstərməmiş, eyni zamanda gənc rəssamların yetişdirilməsində və Naxçıvan mədəni mühiti-nin formalaşmasında mühüm rol oynamışdır. Görkəmli sənətkar Naxçıvan teatrının səhnəsində göstərilən 100-dən artıq tamaşaya bədii tərtibat vermişdir. Məmməd Qasımov çoxsahəli yaradıcılıq potensialına malik olan sənətkarlardan biri idi. Onun yaradıcılığında portret janrının da özünəməxsus yeri vardır. Rəs-samın “Xalq artisti Səməd Mövləvinin portreti” (Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Naxçıvan ş.), “Xalq artisti İbrahim Həmzəyevin portreti” (Nizami Həm-zəyevin şəxsi kolleksiyası, Naxçıvan ş.), “Şairə Kəmalə Ağayevanın portreti” (Kəmalə Ağayevanın şəxsi kolleksiyası, Naxçıvan ş.), “Tahir Teymurovun portreti” (Nigar Hadıyevanın şəxsi kolleksiyası, Bakı ş.), “Şıxı Nuriyevin portreti” (Meh-man Nuriyevin şəxsi kolleksiyası, Bakı ş.) və s. bu janrda olan əsərlərini misal göstərmək olar. Məmməd Qasımov bir ictimai xadim kimi Naxçıvanın tərəqqisi üçün əlindən gələni əsirgəmirdi. O, 1945-1985-ci illər ərzində muxtar respubli-kada keçirilən dövlət tədbirləri, əlamətdar hadisələr və şəhərin bəzədilməsində yaxından iştirak edir, partiya və dövlət xadimlərinin portretlərini də çəkirdi. Məmməd Qasımov 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının əməkdar in-cəsənət xadimi fəxri adına layiq görülmüşdür (14, s. 657).

Yuran Məmmədov (1934-1984) mənzərə, natürmort və çoxlu sayda te-matik kompozisiyaların müəllifidir. Onun portret janrında – “Bizim ailə”, “Cər-rah Mehdi Bağırovun portreti”, “Gənc artist”, “Çoban”, “Sosialist Əməyi Qəh-rəmanı Bahar Talıbovanın portreti” və s. uğurlu əsərləri vardır (6, s. 11; 13, s. 316-317).

Naxçıvan rəssamlarının ən uğurlu sərgilərindən biri Naxçıvan MSSR Mədəniyyət Nazirliyinin 1967-ci ilin mayında, oktyabr inqilabının 50 illiyinə həsr olunmuş sərgi olmuşdur. Bu sərgidə rəssamlardan Həmid Qasımovun mən-zərə və məişət janrındakı əsərləri ilə yanaşı, portret janrında da, maraqlı əsərləri nümayiş etdirilmişdir. Onun “Qız portreti”, “Bizim uşaqlar”, “Ana”, “Briqadi-rin portreti”, “Balaca”, “Avtoportret”, “Şair Mikayıl Müşfiq Xəzərdə”, “Gənc-lik”, “Kolxozçunun portreti”, “Sara xala” və s. kimi portretlərində ana və uşaq-dan tutmuş şair Mikayıl Müşfiqin Xəzərin seyrinə dalmış şairanə portretini də böyük məharətlə təsvir etmişdir (6, s. 5-6).

Yavuz Kərimovun mənzərə, məişət, tarixi, bataliya və s. janrlarda da bir çox maraqlı əsərləri vardır. Onun “Balıqçı qız”, “Kənd qızları”, “Balıqçı”, “Ba-lıqçılar”, “Bizim həyətin qızları”, “Atam qayıdır”, “Rəssamın portreti”, “Balaca qız”, “Qız portreti”, “Balaca çoban”, “Əhməd” və s. əsərləri portret janrında çə-kilmiş ən maraqlı əsərlərdən sayılır (6, s. 6-8).

Məmmədəli İsmayılov da bu sərgidə bir neçə maraqlı portretləri ilə çıxış etmişdir. Onlardan “Anamın portreti”, “Avtoportret”, “Rəssam qızın portreti”, “Naturaçı”, “Çoban”, “Kolxozçu”, “Gənc qızın portreti” və s. bu qəbildən olan əsərlərini misal göstərmək olar (6, s. 8).

Nurhüseyn Mahmudovun yaradıcılığında mənzərə janrı əsas yerlərdən birini tutsa da, onun bir-birindən maraqlı portretləri olduğunun da şahidi oluruq. Bunlardan “Tələbə qız”, “Qız portreti”, “Dostumun portreti”, “Gənc krançının portreti”, “Traktorçunun portreti”, “Yoldəyişən qız”, “Qoça portreti” və s. əsər-ləri Nurhüseyn Mahmudovun mənzərə janrında olduğu kimi portret janrında da nə qədər geniş yaradıcılıq manerasına sahib olduğunu göstərir (6, s. 9-10).

Şərur rayonunun Muğanlı kəndində anadan olmuş Əyyub Səfərov yara-dıcılığının böyük bir hissəsini Moskva və Bakıda keçirməsinə baxmayaraq, tez-tez doğma diyara baş çəkir, gələcək əsərləri üçün hazırlıq materialları toplayır-dı. Bu da onun yaradıcılıq imkanlarını artırmaqda çox faydalı olurdu. Elə bunun nəticəsidir ki, rəssamın əsərlərinin böyük əksəriyyəti doğma diyarın fədakar in-sanlarına və ecazkar təbiətinə həsr olunmuşdur. Onun “Sosialist Əməyi Qəhrə-manı Gülbala Əliyevin portreti”, “Sosialist Əməyi Qəhrəmanı Ağa Nemətulla-nın portreti”, “Qoca arvadın portreti”, (1950), “Kolxozçu qızın portreti”, “Qoca arvadın portreti”, “Fəhlə”, “İdmançı”, “Neftçi fəhlə” (1952), “Mühəndisin portre-ti”, “İdmançı qızın portreti”, “Qoca arvad örpək ilə”, “Polkovnik”, “Kolxozçu qız”, “Usta qadın”, “Sənətkar” (1953), “Rəssamın portreti”, “Kolxozçu qız”, “Müəllim”, “Kənd müəllimi”, “8-ci sinif şagirdi”, “Oğlan kolxozçudur” (1954), “Dəmiryol texnikumunun müəllimi”, “Qız”, “Fəhlə”, “Qırmızı paltarlı qız”, “Mühəndis” (1955), “Qardaşımın portreti”, “Pambıqçı”, “Oğlan portreti”, “Qız portreti”, “Cavan”, “Qoca arvad” (1956), “İki dost”, “Sevilin portreti”, “Avto-portret”, “Yatan qız”, “Qonşu” (1957), “Universitet tələbəsi”, “Sosialist Əməyi Qəhrəmanı H.Əhmədovanın portreti”, “Rəssamın portreti”, “Piano çalan”, “Qız portreti”, “Nataşanın portreti”, “Qabaqcıl fəhlə”, “Boruçu”, “Qızım” (1958), “108 №-li məktəbin şagirdi”, “Saçlı qız”, “Mühəndis”, “Kitabxanaçı” (1959), “8-ci sinif şagirdi”, “Qızımın portreti”, “Pedaqoq”, “Cavan mühəndis”, “Trak-tor briqadiri”, “Suçu” (1960), “Politexnik İnstitutunun tələbəsi”, “Cavan trak-torçu”, “Sosialist Əməyi Qəhrəmanı Bahar Talıbovanın portreti”, “Traktorçu-nun portreti” (1961), “Cavanın portreti”, “10-cu sinif şagirdi”, “Kitabxanaçı qız”, “Qabaqcıl pambıq yığan”, “Qara paltarlı qız” (1962), “Pambıqçı qadın”, “Qız portreti”, “Gülən qız”, “Traktorçu”, “Keçmiş matros Baqayev” (1963), “Portret” (1964), “Əsgər portreti”, “Əsgər postda dayanan vaxt” (1966), “Portret qırmızı donda”, “Qızın portreti” (1967), “Həyat yoldaşım” (1968), “Dostumun portreti” (1970) və s. silsilə portretləri Azərbaycan təsviri sənətinin ən gözəl nümunələ-rindən sayılır (5, s. 3-10).

Yuxarıda adlarını çəkdiyimiz rəssamların portret janrında qazandıqları uğurları onu göstərir ki, bu janr XX əsrin 60-70-ci illərində naxçıvanlı rəssam-ların yaradıcılığında əsas yerlərdən birini tutmuşdur.

Naxçıvanda təsviri sənətin əsas inkişafı 1971-ci ildə Azərbaycan Rəs-samlar İttifaqının Naxçıvan Təşkilatı yaradıldıqdan sonra başlayır. Öz ətrafında Naxçıvanda yaşayıb yaradan rəssamları birləşdirən təşkilat, muxtar respublika-nın mədəni həyatında çox mühüm və əhəmiyyətli rol oynayır. Təşkilatın ilk sədri seçilmiş Naxçıvan MSSR Əməkdar incəsənət xadimi Məmməd Qasımo-vun gərgin əməyi sayəsində ilk gündən rəssamlar uğur qazanmağa başlayırlar. Rəssamlardan Sabir Qədimov, Həmid Qasımov, Yavuz Kərimov, Məmmədəli İsmayılov, Nurhüseyn Mahmudov, Yuran Məmmədov, Şamil Mustafayev, Rəcəb Rəcəbov və başqaları təkcə Naxçıvanda deyil, Bakıda, Moskvada və keçmiş SSRİ-nin digər şəhərlərində təşkil olunmuş sərgilərə qatılır və bir-birindən maraqlı əsərlərlə çıxış edərək Naxçıvanı tanıtdırırdılar (6, s. 657).

Bu rəssamlardan özünəməxsus yaradıcılıq dəsti-xətti ilə seçilənlərdən  biri də Sabir Qədimov idi. Onun yaradıcılığında Naxçıvan insanının əzəmətli obrazı əsas yer tutur. Rəssamın “Mexanizatorlar”, “Qız portreti”, “Kəndli qız”, “Çoban”, “Tələbə qız”, “Şaxtaçı” “Qoca” (1966), “Köhnə kommunist” (1968), “Kəndli qız” (1969), “Bacımın portreti”, “Xədicə”, “Köhnə dənizçi”, “Səkinə” (1970), “Mila” (1972), “Mexanizatorlar” (1973), “Avtoportret” (1975) və s. əsərlərində insanın daxili və zahiri gözəlliklərini əlvan boyaların çalarlarından məharətlə istifadə edərək çox ustalıqla verə bilmişdir (6, s. 4-5; 15, s. 81-84), (8, s. 5-7).

Naxçıvan rəssamları içərisində istedadı, məhsuldar yaradıcılığı ilə fərqlənən rəssamlardan biri də Azərbaycan Respublikasının Əməkdar rəssamı Mir Cəlil Seyidov olmuşdur. Yaradıcılığının ilk illərində realizm cərəyanında istədiyi mürəkkəb süjetli əsərlər Mir Cəlil yaradıcılığının ana xəttini müəyyənləşdirməklə yanaşı, ona böyük uğur qazandırdı. O, tarixi janrda böyük şair, dramaturq Hüseyn Cavidin yaradıcılığına müraciət etmiş, şairin fəlsəfi dünyagörüşünün əsirinə çevrilən rəssam bir-birinin ardınca Cavid dünyasına işıq salan silsilə portretlər yaratmışdır. Onun “Cavidi düşünərkən”, “Cavidlə İblisin dialoqu”, “Hüseyn Cavid dünyası”, “Cavidin yuxusu”, “Xəyyam”, “Xumarla söhbət” tabloları Cavid yaradıcılığına işıq tutan ən dəyərli əsərlərdəndir. Rəssamın “Hüseyn Cavid dünyası” əsərində sənət piramidasının zirvəsində təsvir etdiyi Cavid portreti parlayan ulduza bənzətməklə ətrafındakıları da Cavid işığının nuruna qərq etmişdir. Bu əsərdə Cavid dünyasının gözəllikləri, ülvi məhəbbəti, rəssa-mın sehrli fırçası ilə tamaşaçıya çatdırılır (3, s. 264-269).

Mir Cəlilin “Qayğı”, “Portret”, “Min bir gecə”, “Bürkü silsiləsindən qayğı”, “Dialoq”, “Portret 2”, “Söhbət 2”, “Qayğı 15”, “Dalğın qız”, “Bürkü 2” və s. portretlərində rəssamın fərdi üslubu, parlaq ifadə tərzi, sənətdə müasirlik ruhu, təzə forma axtarışlarına güclü meyl, müasirliyin fəlsəfi-etik problemlərinin fırça dili ilə izahı və anlamı onun əsərlərinin dəyərini şərtləndirən estetik amillərdəndir. 1986-1990-cı illərdə yaratdığı tablolarda, rəssamın yeni mərhələyə keçməsi daha aydın hiss olunur. Onun “Rəssamın dünyası”, “Rəssamın mələkləri”, “Min bir gecə” silsilə əsərlərində realizmdən mücərrədliyə meyli açıq-aşkar görünməkdədir (7, s. 7-17, 23-33, 39; 12, s. 20-24, 28, 29, 31-33, 36-38, 41-43, 45-50, 56-58, 63, 66, 67, 70-73, 78).

Naxçıvanın tanınmış rəssamlarından biri də Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinovdur. 1978-ci ildə Azərbaycan Dövlət Rəs-samlıq Məktəbini bitirdikdən sonra Naxçıvana gəlmiş, bütün həyat və yaradıcı-lığını doğma diyarın əzmkar, zəhmətkeş insanlarına və füsunkar təbiətinin gö-zəlliklərinə həsr etmişdir. Yaradıcılığında portret və mənzərə janrı əsas yer tu-tur. Xalqımızın ümummilli lideri Heydər Əliyevin, oftalmoloq alim Zərifə xa-nım Əliyevanın, İlham Əliyevin, balaca Heydərin, M.H.Şəhriyarın, B.Kəngərli-nin, X.R.Ulutürkün, H.Cavidin portretləri emosional təsiri, rəng çalarlarının poetik cazibəsi ilə diqqəti daha çox cəlb edir. Telman Abdinovun əsərləri Moskva, Sankt-Peterburq, İstanbul, Ərzurum, Qars, Tehran, Bakı, Naxçıvan şəhərlərin-dəki sərgilərdə uğurla nümayiş olunmuşdur.

1980-ci illərin əvvəllərindən başlayaraq Azərbaycan Rəssamlar İttifaqı Naxçıvan Təşkilatının sıraları Moskva, Sankt-Peterburq, Tbilisi, Bakı və başqa şəhərlərdə təhsil almış gənc rəssamların hesabına genişlənir. Şəhər və rayon mərkəzlərinin bədii tərtibatı peşəkar rəssamlara tapşırılır. Vaxtaşırı keçirilən sərgilərdə Nəriman Əliyev, Abazər Qardaşbəyov, Babək Abazərli, Məmmədəli İsmayılov, Mir Cəlil Seyidov, Yuran Məmmədov, Sabir Qədimov, Qədirulla Bağırov kimi orta nəslə mənsub rəssamlar maraqlı əsərləri ilə tez-tez çıxış edir-lər. Gənc rəssamlardan Məmmədəli Ələkbərov, Əli Səfərli, Hüseynqulu Əliyev, Telman Abdinov, Mirmehdi Seyidov, Əbülfəz Axundov, Əbülfəz Cabbarov, Adil Talıbov, Əlövsət Allahverdiyev, Sabir Məmmədov, İsmayıl Əliyev, Ziyafət Əsgərov və başqalarının təşkilatın sıralarına qoşulmaları Naxçıvanda təsviri incəsənətin inkişafına təkan verdi. Artıq Naxçıvan rəssamlarının səsi keçmiş SSRİ-nin ən mötəbər sərgi salonlarından gəlməyə başladı. Bakıda, Gəncədə, Xan-kəndində, Sumqayıtda və respublikamızın digər şəhər və rayonlarında naxçıvanlı rəssamların tez-tez sərgiləri təşkil olunurdu. Bu sərgilərdə gənc rəssamlar bir-birindən maraqlı əsərlərlə çıxış edirdilər.

1988-1990-cı illərdə ölkədə baş vermiş ictimai-siyasi hadisələrlə bağlı bütün sahələrdə olduğu kimi rəssamlıq sənətində də durğunluq yarandı. Əvvəlki illərə nisbətən rəssamlıq sənətinə olan tələbat azaldı. Ancaq bütün bunlara bax-mayaraq rəssamlarımız ruhdan düşmədilər. Azərbaycanın müstəqilliyi üçün azadslıq və demokratiya uğrunda mübarizəyə qoşulub insanları ruhlandıran və doğru yol göstərən, bir-birindən dəyərli onlarca əsərlər yaratdılar.

ƏDƏBİYYAT

1.Azərbaycan incəsənəti. Bakı: Maarif, 1977, 213 s.

2.Azərbaycan incəsənəti: 10 cilddə, VI c., Bakı: Azərbaycan SSR EA Nəşriyyatı, 1959, 320s.

3.Alıyev N. Hüseyn Cavid obrazları Mir Cəlil Seyidovun yaradıcılığında //AMEA Naxçıvan Bölməsinin Xəbərləri, 2007, № 3, s. 264-269.

4.Əfəndi R. Azərbaycan incəsənəti. Bakı: Şərq-Qərb, 2007, 282 s.

5.Kataloq. Əyyub Səfərovun fərdi yaradıcılıq sərgisi. Bakı, 1967, 28 s.

6.Kataloq. Naxçıvan rəssamlarının sərgisi. Naxçıvan, 1967, 12 s.

7.Kataloq. Mir Celil Mir Alekber oğlu Seyidov. Antalya (Türkiye), 2002, 48 s.

8.Kaтaлoг. Сaбир Kaдымoв. Выстaвкa посвящается 30-летию пoбeды в Вeликoй Oтeчeствeннoй Вoйнe 1941-1945 гг. Нaxичeвaнь: Нaxтипoгрaфия,1975, 8 с.

9.Kaзыeв Шaмил. Kaтaлoг. Бaку, 1978, 13 с.

10.Kərimov K. Bəhruz Kəngərli. Bakı, 1962, 58 s.

11.Kərimov K. Hüseyn Əliyev. Bakı, 1983, 34 s.

12.Mehdiyeva T. Mir Cəlil Seyidovun rənglər dünyası. Naxçıvan: Əcəmi NPB,2011, 79 s.

13.Naxçıvan Ensiklopediyası. Bakı: AMEA, 2002, 594 s.

14.Naxçıvan Teatrının Salnaməsi. Naxçıvan: Əcəmi NPB, 2010, 734 s.

15.Vəzirov C. Mənə bir sərgi salonu verin // Qobustan, 1990, № 1, s. 81-84.

16.Влaдимир П.С. Джaмил Муфидзaдe. Мoсквa, 1988, 63 с.

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ

 İctimai və humanitar elmlər seriyası, 2013, № 1: (səh:196-205)

NİZAMİ ALIYEV

AMEA Naxçıvan Bölməsi

Низами Алыев

ПОРТРЕТНОЕ ТВОРЧЕСТВО НАХЧЫВАНСКИХ

ХУДОЖНИКОВ (1950-1990)

В статье говорится о художественных особенностъях одного из главных жанров живописи и графики – портрета, об исторических корнях портретного творчества в азербайджанской культуре и о работах Нахчыванских художников 1950-1990-х гг., созданных в этом жанре. Дается обширная информация о творчестве художников, чья деятельность приходится на эти годы – Гусейна Алиева, Эльмиры Шахтахтинской, Ибрагима Шафи, Акпера Кязимбекова, Эйюба Гусейнова, Джамиля Муфидзаде, Шамиля Казиева, Мамеда Гасымова, Юрана Мамедова, Гамида Гасымова, Явуза Каримова, Мамедали Исмаилова, Нургусейна Махмудова, Эйюба Сафарова, Сабира Кадымова, Мир Джалила Сейидова, Тельмана Абдинова и др.

Ключевые слова: Нахчыван, художник, изобразительное искусство, портрет, жанр, произведение.

 ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА,Серия общественных и гуманитарных наук, 2013, № 1

 Nizami Aliyev

PORTRAIT WORKS OF NAKHCHIVAN PAINTERS (1950-1990)

It is told in the paper about art features of portrait as one of the main genres of painting and graphic arts, about historical roots of portrait works in the Azerbaijan culture and about works of the Nakhchivan’s painters of 1950-1990th created in this genre. The extensive information about works of painters, whose activities falls on these years – Huseyn Aliyev, Elmira Shahtakhtinskaya, Ibrahim Shafi, Akper Kyazimbekov, Eyub Huseynov, Jamil Mufidzadeh, Sha-mil Kaziyev, Mammad Gasimov, Yuran Mammadov, Hamid Gasimov, Yavuz Karimov, Mammadali Ismayilov, Nurhuseyn Makhmudov, Eyub Safarov, Sabir Gadimov, Mir Jalil Sayidov, Talman Abdinov etc. is given.

Key words: Nakhchivan, painter, fine arts, portrait, genre, work.

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES;The series of social and humanities sciences, 2013, № 1

 

 

One comment

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

один × один =