Page 452 - Vahid Rzayev
P. 452

450




                  Radio, televiziya cihazlarının tə'mir edilməsi üçün, o ustaya, həmin cihazın sxemdən
                  istifadə edilməsi, o cihazın, tə'mir əlifbasıdır.
                  08.12.2016

                  ***


                  “Həqiqət” və həqiqətlər...
                  Hər kəsin, dərk etdiyinin özü, onun özü üçün, bir “həqiqətdir”.

                  Hər kəsin, mə'na içərisindən, tapdığı məntiq, onun üçün, bir həqiqətdir.

                  Nədə deyil ki, həqiqətlər?
                  Hər  gördüyümüz,  hər  toxunduğumuz,  hər  hiss  etdiyimiz,  hər  daddığımız,  bir
                  həqiqətdir.
                  Onları, nə təstiq, nə də ki, inkar etməyə, ehtiyac yoxdur.

                  Çünki onların hər biri, ayrı - ayrılıqda, hər kəs üçün, bir həqiqətdir.

                  Ölümlə  ölürük,  bu,  bir  həqiqətdir,  amma  ki,  ölümün  özü  də,  heç  ölmür,  çünki  o,
                  “ölümün” özü də, bir həqiqətdir.
                  Ölüm də, ölümsüzlük də, bir həqiqətdir.

                  Gecə, bir həqiqətdirsə, gündüz də, bir həqiqətdir.
                  “Həqiqət” anlayışı, çox geniş bir məfhumdur.

                  Burada, fikirlər müxtəlifdir, çünki, “fikirlər”, müxtəlif də, olmalıdır.
                  Hər bir kəs üçün, dərk etdiyi, qəbul etdiyi, onun üçün, bir həqiqətdir.

                  Onun qəbul etdiyi həqiqəti, onun əlindən almaq olmur.

                  Çünki, onu - onun əlindən almağa, heç ehtiyac da, yoxdur.
                  Çünki, bu onun üçün, bir həqiqətdir.

                  Həqiqətin, ölçüsü, meyyarı, yoxdur.
                  Çünki, həqiqət meyyarı, Kainatın özündədir.

                  O, həqiqətlər isə, nə dönən, nə də ki, dəyişiləndir.
                  Həqiqətlərin ölçüsü, çox böyükdür, nəticəsi isə, çox qıssa, çox konkretdir, çünki o, bir
                  həqiqətdir.
                  Həqtəndir, həqiqətdən gəlirik, Həqqə, həqiqətə də, qayıdırıq.

                  Bu səbəblərdən, həqiqət, hər kəs üçün, ayrı-ayrıdır, amma, həqiqət, mütləqdir.

                  Biz, yaranmışıq, ona görə də, mütləqik, hər, İki mütləqin arası, bir həqiqətdir.
                  Həqiqət isə, son nəticədə, hər kəsin, dərk etdiyi kimi, olan bir həqiqətdir.
   447   448   449   450   451   452   453   454   455   456   457