Page 451 - Vahid Rzayev
P. 451

449




                  Nə hərəkətsizdir ki?...
                  27.11.2016

                  ***


                  Düşüncəni, cümləyə çevirən, əlifbadır...
                  Ətrafımızda hər nəyi görürüksə, o, gördüklərimizin, özü, hər biri, ayrı-ayrılıqda, bir
                  əlifbadır, (alfavit).

                  O,  gördüklərimizin  hər  birini,  ayrı  -  ayrılıqda,  onları  öz,  “əlifbasında”,  oxumağa
                  çalışırıq.
                  Çalışırıq da, oxuyuruq da!

                  Rəssam üçün, rənglərlə təsvir edəcəyi, hər-hansı, rəsm əsərinin başlanğıcı, molbertlə
                  başlayır.
                  Həmin, molbert üzərinə, müxtəlif rəng çalarlarını, yığmaqla, əlindəki fırça ilə, rəsm
                  əsərini, rənglərlə, təsvirə çevirir, onu rənglərin - rənglərində, təsvirə çevirir.
                  Molbert, rəssam üçün, rəng çalarlarının, ilkin əlifbasıdır.

                  O, rəngləri o, əlifbadan, tabloya köçürür.

                  Rəssam,tabloda  rənglər  ardıcıllığını,  peyzajlarla,  cümləyə  çevirir,  rəngarənglik
                  cümləsinə çevirir.
                  Son nəticədə, rəssamın çəkdiyi əsərə baxdıqca, onun, “əlifbasında”, o, əsəri rənglər
                  əlifbasında, biz də baxaraq, oxuyuruq.

                  Bəstəkar, musiqi partiturasını, musiqi əsərini, notlar, “əlibasının əsasında”, yazır.
                  Musiqi  ifaçıları,  həmin  tərtib  olunmuş,  musiqi,  “əlifbasından”, oxuyaraq,  musiqi
                  əsərini, səsləndirirlər.

                  Həkim, resepti, tibb alfavitinə uyğun olaraq, yazır.
                  O, əlifbanı, əczəxanada (aptektə), çalışanlar, oxuya bilirlər.

                  Tikinti mühəndisi, inşa ediləcəyi, binanı, tikilini, tərtib olunmuş, layihəyə əsasən, inşa
                  edirlər.
                  O, layihə, “əlifbasını”, oxuyaraq, İnşaaya başlayırlar.

                  Fikir, düşüncəni, alfavit əsasında, sözə, cümləyə, mətnə, çeviririk.
                  Gəmiçi,  yolun,  marşrutun,  tərtib  olunmuş,  “əlifba”  xəritə,  əsasını  oxuyaraq,  səfərə
                  çıxır.
                  Hər bir halda, hər bir başlanğıcda, əlifba, İlkdə, öndə, dayanır.

                  Ədədlər üçün, riyazi əlifba, əlifbalar üçün isə, yenə də, əlifbalar cədvəli, aparıcıdır.
                  Sürücü üçün, yol hərəkət işarələri, yolların əlifbasıdır.
   446   447   448   449   450   451   452   453   454   455   456