Page 385 - Vahid Rzayev
P. 385
383
Mətləbdən, uzaqlaşmayaq!
Dədə QorQud Dastanında, “Dəli Domrul”, personajı var!
O, Dəli Domrul, insanların rahat keçdiyi çayın üstündə, körpü quraşdırır!
İstədiyini o, körpüdən keçməyə buraxır, istəmədiyinin qarşısnı kəsir, körpüdən
keçməsinə imkan vermir!
Bir köç gəlir, Dəli Domrul, köçün qarşısını kəsir, yol vermir!
Deyir, “sabah keçərsiniz, bu gün olmaz!”.
Köç çayın o biri sahilində, gecələməyə məcbur, olur!
Gecənin yarısında, o taydan, köç içərisindən hay qopur.
Dəli Domrul, körpüdən keçib, köçün içərisinə gedib, soruşur ki, “bu nə haydır?”.
Cavab verirlər ki, “Bir, İgid ölüb”.
Dəli Domrul soruşur ki, “ölüm nədir, o, igid ölüb nədir, kim öldürə bilər, bu igidi, bu
cavanı?”
Cavab verirlər ki, “O, Can Aparan, Əzrail öldürdü, bu İgidi!”.
Domrul deyir ki, “O, nə Əzraildir ki, bu İgidi öldürə bilsin! Gəlsin, məni də, öldürsün
görüm! Ona, bir Əzrail göstərərəm ki, insanlardan, Uzaq Durar!”.
Domrul qayıdır, öz alaçığına!
Bir vaxt keçəndən sonra, baxır ki, gecə, budur başı üzərində, bir Varlıq dayanıb!
Baxan kimi o Varlığı tanıyır ki, Bu, elə O, Can Aparan, Əzraildir!
Onda, Dəli Domrul deyir ki, “Ağzımda dilim buz kimi, əllərim, ayaqlarım, soyudu
buz kimi! Başımın üstündə Dayanıb, elə bu da, Buz kimi!”.
Domrul deyir ki, “mən bilmirdim ki, Sən Beləsən, Buz kimi, mənə dəymə, Səni
tanıdım, Buz kimn!”.
Əzrail, Dəli Domruldan, Uzaqlaşır!
Nəticə:
Dəli Domrul personajı ilə, Dədə Qorqud, ilk insanın qocalmaz, yaşlaşmaz, Obrazını,
bir də, İnsana əlavə bir Ömür bəxş oluna biləcəyini, yadımıza Salır!
Bütün Azərbaycan Dastanları, çox dərin bir mə'nalar, kəsb ediblər!
07.08.2016
***
Həqiqətlər var...
Bütün Həqiqətlər, Həqiqətlədirlər!