Page 253 - Vahid Rzayev
P. 253
251
İkinci 16 - lıq, insanın Yer aləmindən ayrılarkən, “ölərkən”, onun varlığından ayrılan
0,16 qr. azalmadır ki, o da, Ruhi İşıq qədəri olub, O biri Aləmə qovuşur.
Bir hal da ondan ibarətdir ki, mütləq olaraq, izdivacda kişi faktoru (erkək), aparıcı
funksiya daşımalıdır, ona görə ki, Kişi varlığı Kainatın ilkin halında, İşıq payı
daşıyıcısı olub, tam 32 - nin təmsilçisi funksiyası daşıyır.
Yaranacaq övlad, ikinci 16 - lıq ərəfəsində ata - ananın üz cizgiləri, hərəkət
dinamikalarını, boy, görkəm, rəng funksiyalarını daşıyacaq müddətinə aid olur.
Bununla yanaşı övlad, ata - ana ilə yanaşı, babalarının - nənələrinin üz cizgilərini də,
hərəkət dinamikalarını da, daşıya bilir.
Amma xasiyyətlər müxtəlif olur ona görə ki, hər bir yaranmış fərd, Kainatın hansı
tərəfindən (ilkin 16 - lıq ərəfəsi), gəldiyi, oranın göstəricisi, təmsilçisi olur.
16.01.2016
***
Quşlar, Qitədən - Qitəyə, qurduqları, öz yuvalarına uçarlar...
Ümumi halda həmişə müşahidə edirik ki, Yaz fəslində, bir çox quşlar, uçub bizim
əraziyə, qayıdırlar, gəlirlər.
Həmin quşlardan, Qaranquş, Hacıleylək, Durna və s. olurlar.
Qəribə və düşündürücü hallardan biri də, odur ki, Ərazimizə uçub gələn, o, quşlar,
qurduqları öz yuvalarını, səhf salmadan, yenə də, həmin o, yuvalarına qayıdıb,
gəlirlər.
Buradan belə bir nəticəyə gəlmək olar ki, həmin quşlar əvvəldən seçdikləri Ərazini
səhf salmadan, yenə də, həmin ərazidə, öz qurduqları yuvalara, qayıdırlar.
Bu hal, ilkdən sadə görünsə də, amma bu yer dəyişmə, çox mürəkkəb bir proses və
mexanikadır.
Bir neçə, düşündürücü suallar çıxır ortaya.
O, Quşlar, Payız fəslində, uçub gediblərsə, Yaz fəslində isə, nə kimi, hansı coğrafi
xəritədən, kompasdan, sekstantdan, cəhətlərdən, “istifadə” edərək, uçub, geriyə
qayıdırlar?
Məsələ burasındadır ki, bütün canlılar, eyni vaxtda, yaddaş daşıyıcılarıdırlar.
İnsanlar, göz yaddaşı, bədən, vücut, dad yaddaşı, baş yaddaşı ilə, bir çox halları,
onların “köməyi” ilə, yadda saxlayıb, Yaddaşlaşdırırlar.
Quşlar, Balıqlar isə, göz yaddaşı ilə, bir çox halları və predmetləri, yaddaşlaşdırırlar.
Adətən, Durnalar Qutədən - Qitəyə, ərazidən - əraziyə, yer dəyişəndə, üçbucaq,
piramida tipində düzülərək, başda isə, bir aparıcı durna, olmaqla, uçurlar.