Page 122 - Vahid Rzayev
P. 122

120




                  ***
                  Baxışlar...

                  İnsan - sağa baxanda, solu görmür!
                  Sola baxanda, sağı görmür!

                  Yuxarıya baxanda, aşağını görmür,

                  Aşağıya baxanda, yuxarını görmür!
                  Düz baxanda, söz içində, söz axtarır, fikir içindən, fikir axtarır, onunla, “müəmma” -
                  axtarır, müəmmalar, görmək istəyir!

                  Bəs, onda bu İnsan, nəyi, nələri, necələri, necə görmək istəyir?
                  Amma, fərqləri, müqayisələri, axtarır, onları görmək, istəyir!

                  24.08.2015
                  ***

                  Bir sən, bir vücud...
                  Bir sənsən, bir də, vücud!

                  Sənlə vücud arasında vardır, yenə də, bir vücut!
                  Səni vücutdan, vücutu səndən, ayırmağa çalışmadadır, o, vücud!

                  İnamsızlıq nöqtəsində durubdur, o vücut!

                  İşığa üz tutanda, İşığı çağıranda, uzaqlaşmadadır, o, “vücud!”.
                  Biz İşıq əhatəsini istəsək, onda qaranlıqlara, yuvarlanar, o, vücud

                  24.08.2015
                  ***

                  Səs və səs tezlikləri...
                  Oval  daxilinə  sığan  Kainatda,  bütün  Planetlər,  dayanmayan,  ləngiməyən
                  hərəkətdədirlər.

                  Bizim, Günəş sistemimizdə olan, Planetlərin hər biri, ayrı-ayrılıqda, öz səs tezliyinə
                  malikdirlər!

                  Yer Planeti, tək həcm, kütlə və Günəş ətrafında, hərəkəti ilə, özünü Kainata bəyan
                  etmir!
                  Yer Planeti, onu əhatə edən, Planetlərlə yanaşı, Qalaktikalarda olan, Planetlərlə də,
                  səs tezliyi yayımı ilə, “bağlılıq, əlaqələri”- saxlayır.
                  Yer kürəsinin, səthində və dərinliklərində, hər bir partlayış, hər bir tərpəniş (zəlzələ
                  də), baş vermə anında, bu Planetimiz, ətraf Planetlər və Qalaktikaya da, o, səs yayma
                  tezliyi  ilə,  anilikdə,  onun  səthində  və  dərinliklərdə  baş  verən,  bütün,  tərpənişləri,
   117   118   119   120   121   122   123   124   125   126   127