Page 116 - Vahid Rzayev
P. 116

114




                  Yaradan, bütün varlıqları, Özü Yaratdığından, bioloji varlıqları, bu, Yer aləmi üçün,
                  müddət qədərində, Yaradıb!
                  Əbədi Özü, Müddətlərdə isə, biz!

                  “Əbədi olan” O, İşığa, qayıtmalı isə, biz!
                  18.08.2015

                  ***
                  Gün gələcək, o gün olacaq

                  O, gün gələcək ki, “Sən”- yox, “Biz”- yox, “Hamımız”- fikri qəti olacaqdır!
                  “İnciyər”-fikri aradan gedəcəkdir. Bu planetdə “bəşər fikri”- tamamlanacaqdır!

                  “Birrərlər”-birliyə gələcəkdir!

                  Su hövzələri, azalacaqdır. İki Qütb torpaq sahələri artacaqdır. Sizin sahə, bizim sahə
                  olmayacaqdır. Qit'ələr yenə də, yaxınlaşacaqdır!
                  Gün gələcək, su hövzələrində, təbiətdə yırtıcı heyvanların sayı kəskin azalacaqdır!

                  İlk insandan qalma, “süd içmək”- yenə də, qayıdacaqdır!
                  Binalar Ağ, geyimlər Ağ, hərəkətlər ağla olacaqdır!

                  Müddətlər dayanmayacaq, Anlar tükənməyəcəkdir!
                  Elmlərə, “yarım dairə”- işıq əyrisi gələcəkdir!

                  İnsanlar bir, bəşər bir olacaqdır, inanclar bir olacaqdır, Kainata inanclar bir olacaqdır!

                  Kainata, İnanc olacaqdır!
                  İşıq olacaqdır, işıqsız olmayacaqdlr, yeni İşıq tapılacaqdır!

                  İşıq olacaqdır, məftilsiz simsiz olacaqdır!
                  Hər  bina,  hər  tikili  üstə,  o  binaya  İşıq  olacaqdır!  Binadan,  binaya  İşıq  nəql
                  olunmayacaqdır. Hər fərdin kiçik işıq daşıyıcısı olacaqdır.

                  Hərəkət vericilər, İşıq daşıyıcılığı ilə olacaqdır. Yeni işıq daşıyıcıları olacaqdır. Hər
                  fərdin,  kiçik  İşıq  daşıyıcısı,  ətrafının  temperaturlar  bilgisini,  vücudunun  (diaqnoz),
                  diaqnostikasını  verəcəkdir.  Həkimə  müraciətdə,  konkret  diaqnozla,  müraciət
                  olunacaqdır!
                  Susuz  olmayacaqdır,  yağsız,  sürtkü  materialları  olmadan  olmayacaqdır,  yer
                  qatlarından, faydalı qazıntılar, hasilatlar olmasa olmayacaqdır!

                  Çaylar,  sular  axmasa  olmayacaqdır!  “O,  İşığı”-  əldə  etməklə,  ətrafdan,  təbiətdən,
                  Kainatdan qopmaq olmayacaqdır!

                  Elm olacaq, Elm əsas olacaqdır, Elmsiz olmayacaqdır!
                  Düşünməsələr, düşündürməsələr olmayacaqdır!
   111   112   113   114   115   116   117   118   119   120   121