Page 1033 - Vahid Rzayev
P. 1033

1031




                  Çünki İşığın özü də, Qaranlığın öz içərisində gizlənib, o, qaranlığın özündə, yox ola
                  bilməz.
                  Qaranlıq isə, İşıq qarşısında acizdir.
                  Qaranlıq İşıqdan qaçır.

                  İşıqdadır - görünənlər, bilinənlər.
                  Qaranlıqlar isə, özünü gizli bilib, İşıqdan gizlənəndir.

                  İşıq da, İşığın özü ilə, özündə Qalibdır.

                  10.05.2018

                  ***

                  Gün keçdi, gündən keçdi...

                  Gün keçdi, gündən keçdi,

                  Gün, gündən keçdi.
                  Gün keçdi, elə bildik ki, gün keçdi.

                  Gün, gündən keçdi.
                  Gün, o gün, gün hər gün,

                  Gün də, o gün, yenə də, Doqquzuncu nöqtəsindən keçdi,
                  Biz elə bildik ki, gün keçdi.

                  Gün keçmədi.

                  Günəş keçmir, Günəş yerindən keçmir, Günəş yerindən getmir.
                  Onun özü İşıqdır, İşıq - işığın ardıncan, getmir.

                  İşığın ətrafına, onun işığına doğru, biz gedirik,
                  İşıqsız olmuruq.

                  İşığı Gündən bildik, ondan sonra elə bildik ki, Gün getdi ki, gün də, keçdi.
                  Yox, Gün getmədi!

                  Gün getmir, Gün yerində olur, yerindən çıxmır, yerindən getmir.

                  O baxır, bizə baxır, o baxır Yerlə, bizə baxır.
                  O, Yerə boylanır.

                  Yerə, hissə - hissə, bucaq - bucaq, boylanır.
                  Yer də, ondan başqaları da, o İşığa, hissə - hissə yox, bucaq - bucaq, dolu - dolu, tam -
                  tam, onlar da, ona boylanır.

                  İşıqsız, onlar da, ola bilmir.
   1028   1029   1030   1031   1032   1033   1034   1035   1036   1037   1038