Page 1032 - Vahid Rzayev
P. 1032

1030




                  ***

                  İnsan, Şeytan...

                  Budur  insan,  hər  nəyisə  edəndə,  öz  xoşuna  gəldiyində,  "mənəm,  mən  dedim,  mən
                  etdim", deyən insan!
                  Hər nəyi isə başa düşə bilməyəndə, başa düşmək də, istəməyəndə, onu da, "Şeytan"
                  adına, həvalə edən, insan!

                  Onda İnsan, özü ilə, öz Şeytanının arasında qalır...
                  Sonra da, müəmmalı - müəmmalı deyir ki, hanı O, Xaliqi Mütləq?

                  Özünlə, öz aranda dayanıbsa dediyin həmin o, Şeytan, onda orada, Xaliqı Mütləqin nə
                  İşi var?

                  04.05.2018

                  ***

                  Kainat, bir də biz...

                  Kainat hamınındır, amma, heç kimin deyil.

                  Kainat hamıyadır, amma hər kəsə deyil.
                  Çünki, o, Kainatı hər kəs də, dərk edə bilmir.

                  Kainatın özü və quruluşu bütün varlıqları özündə var etmək üçündür.
                  Kainat, nə sənin nə mənim deyil.

                  Kainat onun özündə var olmağımızdır.
                  Kainatın Sahibi var, Sahib birdir, biz çox O, təkdir.

                  Sahibi  Mütləq  olmasa  idi,  Kainat  olmayacaqdı,  Kainat  olmasa  idi,  biz  olmayacaq,
                  Planetlər, Ulduzlar, Səyyarələr, istilər, soyuqlar da, olmayacaqdı.

                  Kainat var ki onun Sahibi də vardır.
                  Sahib var ki, Kainatın özü, o, Kainat içərisində, biz də varıq.

                  05.05.2018

                  ***


                  İşıqla, Qaranlıq...
                  İşqla, çağırılan hər olan sabahlar,

                  heç vaxt qaranlıqlarla qurtara, qaranlıqlarla bitə bilməz.
   1027   1028   1029   1030   1031   1032   1033   1034   1035   1036   1037