Page 739 - Vahid Rzayev
P. 739
737
Bu onun, doğma, rahat rəng yaddaşıdır.
Otaq, dəhliz, tavan, divar rəngi, əşyaların rəngi, yataq dəstinin rəngi, qab-qacağın
rəngi və s. ora daxil ola bilər.
Dəbdə “deyil”, deyə-deyə, müxtəlif gözlə görünməyən, müalicəsi bilinməyən,
“allerqik xəstəliklər”- törədə bilir!
Bitkilərə də, müxtəlif süni müdaxilələr, onların rahatçılıq və funksiya yaddaşını
zəiflədə bilər ki, o daha, sağlamlıq daşıyıcılığından, uzaqlaşar.
Səbəblər sadədir, öz ətrafımızda, öz yanaşmalarımızı, mürəkkəbləşdirmişik!
Bütün insanlara, avtomobillər xoş gəlir!
Niyə?
Çünki, avtomobillər müxtəlif rəngdə olduğundan, insanlar hərəkərdə olan, o
avtomobil axımına baxıb, hər kəs, ayrı-ayrılıqda, ona doğma bildiyi, rəngarəngliyi
gördüyündən, hamıya avtomobillərin, hərəkəti və rəngi, xoş gəlir!
14.09.2017
***
Gözləyərlər...
Nələri məhv etməyə çalışmadı o, bəşəriyyət, bu bəşəriyyət?
Nə Tanrı, nə də ki, Yer üzü bezmədi, dayanmadı, doymadı, bəşəriyyətdən.
O, Kainat və o, Kainatda olanlar, o, Mələklər, bəşəriyyətin - ali Bəşər olacağını,
gözlədilər!
15.09.2017
***
Təhsil...
O, Vətən balasına, təhsil verməsən, o, vətən balasını, oxutmasan
kim o, vətən balasına təhsil verər, kim o, vətən balasını, oxudar ki?
Özümüzdən başqa, kim var ki...?
15.09.2017
***
Günəş şüaları, Günəş istisi..
Nə İkar olaq, nə də ki, Dedal olaq!
Şamdan, qanadlar düzəldib, Günəşə tərəf uçmaq, istəyək!
Son nəticədə, “yanmış, ərimiş”- qanadlarla, o, Günəşə, sonda çatmaya bilək, geriyə
dönək.